(2:31 / 16.39Mb / просмотров видео: 37)

Motoşou ya Xəzər sahilində bayker festivalı

89
(Yenilənib 18:08 16.08.2016)
Azərbaycanın dilbər güşələrindən olan Nabranda Rusiya, Türkiyə, ABŞ-dan gəlmiş motohəvəskarların iştirakı ilə növbəti BikeParty motofestivalı keçirilib. Sputnik festivaldan reportajı təqdim edir.

Nabranda keçirilən sayca beşinci BikeParty-də qonaqlara məşhur brend, həmçinin əl işi olan motosikletlərin şousu təqdim edilib.

Tədbirin təşkilatçısı olan "Land of Fire" motoklubu festival barədə belə deyir: "Festival günü musiqi, adrenalin və təbiət bir birinə qarışır və vəhdət təşkil edir". Klubun vitse-prezidenti Əlmar Zahirovun sözlərinə görə, festival artıq çoxdandır beynəlxalq tədbirə çevrilib və burada Rusiyadan, Türkiyədən və hətta ABŞ-dan iştirakçılar var.

"Biz ölkəmizdə motosiklet mədəniyyətini aşılamaq istəyirik. Həmçinin cavanlarımıza qəzalardan qaçmağa kömək edəcək xüsusiyyətləri təlqin etmək, şortda, dəbilqəsiz motosiklet sürməyin təhlükəli olduğunu anlatmaq istəyirik", — deyə Zahirov bildirib.

Yerlı rok qrupların ifası və müxtəlif maraqlı müsabiqələr festivalı izləyicilər üçün daha da rəngarəng edib. Müsabiqə demişkən, bu dəfə motosiklet həvəskarları ən güclü səsli motosikleti və ən ağılasığmaz mototüninqi seçiblər.

"Festivalın dostyana, evsayağı ab-havası adamı valeh edir. Hər il bura gələnlərin sayı artır. Əminəm ki, bu yubiley festivalı sonuncu deyil", — deyə fetivalın aparıcısı, şoumen Eldar Bağırbəyov qeyd edib.

Festivalın pik nöqtəsi möhtəşəm gecə atəşfəşanlığı oldu, baykerlər isə yalnız səhər tezdən dağılışdı.

Nabrandakı BikeParty ölkəmizdə bayker mədəniyyətini nümayiş etdirməklə yanaşı istirahət etməyə imkan verən yeganə tədbirdir.

89