(1:35 / 9.98Mb / просмотров видео: 20)

Qəbul imtahanlarının nəticələrinə görə müsbət dinamika müşahidə olunur

76
(Yenilənib 16:14 05.08.2016)
"Təhsil XXI əsr" mərkəzinin rəhbəri Etibar Əliyev "Qəbul imtahanlarının nəticələri ekspertlərin gözü ilə" m övzusunda mətbuat konfransı keçirib.

Qəbul imyahanlarında 78 545 abituriyent iştirak edib. Ötən illərlə müqayisədə abituriyentlərin sayı azalıb. Həmçinin imtahanda 200 baldan yuxarı nəticə göstərmiş abituriyentlərin sayı artıb.

Ekspert Etibar Əliyevin sözlərinə görə, bu ilki imtahanın nəticələrində müsbət dinamika müşahidə olunur. Belə ki, 200 baldan artıq nəticə göstərmiş abituriyentlərin sayı 43,8 faizdir, bu isə 2015-ci ildəki nəticədən 3,8% çoxdur.

"Müsbət tendensiyalar yoxdur. Lakin problenlər də qalır. Məsələn, məktəb müəllimləri hələ də şagirdləri repetitor yanına göndərirlər, bu isə ailə büdcəsinə ziyan vurur. Həmçinin son 11 ildə məktəb məzunlarının sayı 28,225 azalıb",- deyə o bildirib.

 

76
Əlaqədar
II və III qruplar üzrə qəbul imtahanının nəticələri elan edilib
Qəbul imtahanlarının nəticələri böyük məyusluq yaradıb
(0:27 / 2.55Mb / просмотров видео: 15)

Raket zərbəsinin qurbanları: Bərdə övladlarını son mənzilə yola salır

20
(Yenilənib 18:01 29.10.2020)
İki gün dalbadal raket atəşinə tutulan Bərdədə həlak olmuş dinc sakinlərin dəfn mərasimi keçirilib. Ətraflı – videomuzda.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Bərdə şəhərinin raket atəşinə tutulması zamanı həlak olmuş sakini Allahverdiyev Əsgər Mahir oğlunun dəfn mərasimində olub. Əsgərin 37 yaşı vardı.

Mərmi sanki yağış kimi yağdı… - Bərdə faciəsi xəsarət alanın dilindən - VİDEO >>

2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələri saat 13 radələrində əhalinin sıx yaşadığı Bərdə şəhərinin mülki obyektləri və infrastrukturuna raket zərbələri endirib. Nəticədə 21 dinc sakin həlak olub, təxminən 70 nəfər yaralanıb. Mülki obyektlərə və nəqliyyat vasitələrinə zərər dəyib. Bütün həlak olanlar və xəsarət alanlar dinc sakinlərdir.

Dərhal evə qaçdım, amma artıq gec idi - Erməni hücumu nəticəsində həlak olan Aysunun atası >>

Xatırladaq ki, oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndini artilleriya atəşinə tutması nəticəsində beş dinc sakin, o cümlədən yeddi yaşlı qız həlak olmuş, daha 13 nəfər yaralanmışdı.

20
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(1:29 / 12.01Mb / просмотров видео: 502)

Bərdənin qisasını Ordumuz belə alır - VİDEO

247
(Yenilənib 15:12 29.10.2020)
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb

Bərdə şəhərində dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv ediliblər.

Sputnik Azərbaycan bildirir ki, müvafiq görüntüləri Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

 

247
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Qırmızı Xaç komitəsinin əməkdaşları, arxiv şəkli

Ermənistan girov düşmüş qoca ermənini geri almaqdan imtina etdi

0
Ermənistan tərəfi Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib.

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan tərəfi Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının humanitar addımı kimi birtərəfli qaydada erməni milliyyətindən olan mülki şəxsi - Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi 85 yaşlı Yevgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan-Gürcüstan sərhədindən keçirilməklə Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verib.

Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina edib.

Oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verib.

Humanitar proses zamanı insident baş verməyib.

0