Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanın olimpiya yığması Rio-ya yola düşdü

Abunə olmaq
Tərkibinə bir neçə idman növünün nümayəndələrinin daxil olduğu Azərbaycanın olimpiya yığması bazar ertəsi axşam Heydər Əliyev adına beynəlxalq hava limanından Rio-de-Janeyroya XXXI olimpiya oyunlarına yola düşüb. İdmançıların necə yola salındığına videoda baxın.

Hamı şəkil çəkdiriri, "Ura", "Azərbaycan, irəli!" qışqırır. Cüdoçular, boksçular, üzgüçülər… İdmançıların birinci, ikinci və ya üçüncü Olimpiadaya getməyindən asılı olmayaraq həyəcanlı olması hiss olunur.

Azərbaycan yığması Olimpiadada böyük heyətlə təmsil olunan ölkələrin sırasına daxildir. Ölkəmizi 13 idman növündə 56 idmançı təmsil edəcək.

Azərbaycan yığmasını qarşıda 14 saatlıq uçuş, iqlimə uyğunlaşma gözləyir… Bir gündən sonra Rio-da olimpiya kəndində Azərbaycan idmançılarının salamlanma və ölkəmizin bayrağının qaldırılması mərasimi olacaq.

İlk yarışlar artıq bu həftənin sonunda olacaq. Rio-de-Janeyro Olimpiadası avqustun 5-də start götürür.

 

Xəbər lenti
0