(2:13 / 13.91Mb / просмотров видео: 10)

Qəbələdə VIII Beynəlxaq Musiqi Festivalının açılışı oldu

305
(Yenilənib 01:20 01.08.2016)
Mərasimdə əvvəlcə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxundu.

İyulun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə  VIII Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub.

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq havada qurulan  möhtəşəm səhnədə keçirilən mərasimdə əvvəlcə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxundu.

Sonra Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertura, Niyazinin “Rast” simfonik muğamı, Cakomo Puççinin “Toska” operasından Kavaradossinin ariyası, Cüzeppe Verdinin “Don Karlos” operasından Ebolinin ariyası, Fikrət Əmirovun “Azərbaycan elləri”, “Sevil” operasından Balaşın mahnısı, Üzeyir Hacıbəylinin “Sənsiz”, Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, C.Rossininin “İtaliyalı qız Əlcəzairdə” operasından üvertura səsləndirilib. Konsertdə ifaçılar-Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Samir Cəfərovun və Dövlət Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadənin çıxışı alqışlarla qarşılanıb.

Sonra festivalın xüsusi qonaqları olan bəstəkar və müğənni, SSRİ Xalq Artisti və Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və onun oğlu, gənc dirijor Murtuza Bülbül “Ay Dilbər”, “Xumar oldum” xalq mahnılarını, eləcə də “Gəl ey səhər”, “Azərbaycan”, “Qorxma, mən səninləyəm” kinofilmindən “Kak jili mi boryas” mahnılarını ifa edib. Çıxışlar yerli və xarici musiqisevərlərin böyük marağına səbəb olub.

Qeyd edək ki, festival  avqustun 5-ə qədər davam edəcək.

305