(2:52 / 18.82Mb / просмотров видео: 92)

"Akademiklərin yataqxanası" sökülür, sakinlər etiraz edir

268
(Yenilənib 15:33 26.07.2016)
Yasamal rayonu, Şərifzadə küçəsi 33-də yerləşən və “akademiklərin yataqxanası” kimi məşhur olan bina sökülür. Binanın əksəriyyəti professor, dövlət mükafatı laureatları, universitet müəllimləri olan sakinləri yeni bina tikilənə qədər hara köçəcəklərini, harada yaşayacaqlarını bilmirlər.

Azərbaycanın Nazirlər Kabinetinin qərarına əsasən binalarının tikintisi və şəhərsalmanın planlaşdırılması ilə bağlı mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq 5 il müddətində şəhərin simasına, ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və şəhərsalma normalarına uyğun gəlməyən binalar sökülərək yeniləri ilə əvəz edilməlidir.

Söhbət Yasamal rayonunda yerləşən 18 yaşayış binasından gedir. Ora "akademiklərin yataqxanası" da daxildir. Lakin bu binanın sakinləri hesab edirlər ki, onların yaşadığı bina bu siyahıya daxil deyil.

Binanın sakinləri bildirirlər ki, onları bu evdən tədricən zorla çıxarıblar. Bir qədər əvvəl yataqxananı su basıb. Sakinlərin bir hissəsi özünə müvəqqəti yaşayış yeri tapıblar. Lakin onlar öz mənzillərinə qayıdacaqları günü gözləyirlər. Əvvəlcə ümid ediblər ki, onların mənzilləri təmir ediləcək. Amma sonra onlara binanın söküləcəyini bildiriblər. Söz veriblər ki, sakinlərə müvəqqəti yaşamaq üçün kirayə haqqı ödəniləcək, 18 aydan sonra isə onlara bu binanın yerində inşa olunacaq yeni binada mənzil veriləcək.

"Deyin görək, mən mənzilimdəki əşyaları hara aparım? Mən 60 yaşımda hara gedim? Mənim üç oğlum bu gün orduda xidmət edir, vətənin keşiyində dururlar, amma məni — onların atasını əşyaları ilə birlikdə küçəyə atırlar. Mənim uşaqlarım ordudan hara qayıdacaqlar?"- deyə binanın sakini Eldar Qasımov bildirir.

Hazırda sakinlərin hamısı demontaj işlərinin başlanmasına qədər başqa yerlərə köçməyə macal tapmayıblar.

268
Əlaqədar
"Evlərinizi tərk etməsəniz, başınıza uçuracağıq!"

Ey qızıl lalələr, qızıl lalələr video

15
(Yenilənib 13:03 06.05.2021)
Yaz fəsli Azərbaycan təbiətində xüsusi rəngarənglik yaradır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Göyçayın Qarayazı kəndinin ətrafında bitən qızıl lalələr gözəl mənzərə ortaya çıxarıb.

Rayonun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt sakinləri ilə bərabər, yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır.

15

Ağdam rayonunun Qarapirimli kəndindən videogörüntülər

8
Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndindən çəkilmiş ən son videogörüntüləri ictimaiyyətə təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Qarapirimli kəndi 1993-cü ilin iyun ayında erməni işğalçıları tərəfindən işğal olunub. 1977-ci il əhalinin siyaıya alınmasına görə, kəndinin əhalisi 400 nəfər olub.

Əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq və üzümçülükdür.

 

8
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Ümumdünya Peyvənd Konqresi: COVID-19 əleyhinə ən yaxşı vaksin "Moderna"dır

0
"Moderna" həmçinin "ən yaxşı texnologiya" kateqoriyasında da "BioNtech", "Inovio", "Janssen", "Medicago", "Novavax", "Vaccitech" və "GeneOne Life Science" şirkətlərinin işləmlərini geridə qoyub.

BAKI, 6 may — Sputnik. ABŞ-ın "Moderna" şirkəti və Milli səhiyyə institutunun birgə məhsulu olan preparat Ümumdünya Peyvənd Konqresində (World Vaccine Congress Washington 2021) COVID-19 əleyhinə ən yaxşı peyvənd hesab olunub.

ABŞ və bir sıra digər ölkələrdə təcili hallarda tətbiqinə icazə verilmiş preparat reytinqdə "AstraZeneca", "Bharat Biotech", "Janssen", "Medicago", "Novavax", "Pfizer/BioNtech", "Sputnik V" və heyvanlar üçün "Zoetis" preparatını ötüb.

"Moderna" həmçinin "ən yaxşı texnologiya" kateqoriyasında da "BioNtech", "Inovio", "Janssen", "Medicago", "Novavax", "Vaccitech" və "GeneOne Life Science" şirkətlərinin işləmlərini geridə qoyub.

Qalibin hansı meyarlar əsasında seçildiyi dəqiqləşdirilmir.

0