Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bütün yaşda olanlar üçün Open Air: Bakı Bulvarında uşaqlar da rəqs edir

Abunə olmaq
Bu dəfə Dənizkənarı bulvarda qaynar latın rəqslərinin pərəstişkarları toplaşmışdı. Onların diqqətini uşaq cütlüyü - Fərhad Ağayev və Valeriya Kovalyova xüsusilə cəlb etmişdi. Onların çıxışının ən parlaq məqamlarına tamaşa edin.

Xəzərin sahilində Open Air rəqs bayramı davam edir. Müxtəlif günlərdə bulvarda cütlük olmayan qız və oğlanların latın rəqsləri etdiklərini görmək olar. Sosial şəbəkənin köməyi ilə təşəbbüskarlar uşaqları tapa və rəqs meydançasında birləşdirə biliblər.

Qeyd edək ki, hər şənbə günü bulvarın köhnə hissəsində rəqs həvəskarları üçün rəqs meydançası açılır. Bunlardan biri də, misal üçün bazar günü açıq səma altında (Open Air) ilk kütləvi rəqsin təşəbbüskarları — Badi Kuba Salsa rəqs studiyası və Baila Baku tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə təşkil edilmiş hind rəqsləri gecəsi idi.

Open Air-in davamı üzümüzə gələn şənbə gözlənilir.

 

Xəbər lenti
0