Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycan müsəlmanları bayram namazı qılıblar

Abunə olmaq
Azərbaycanın bütün məscidlərində dualar oxunub. Təzə Pir məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin iştirakı ilə bayram namazı qılınıb.

Ramazan ayı müsəlmanların ay təqviminə (Hicri-qəməri) görə, doqquzuncudur. Bu zaman inanclı insanlar səhər duaları ilə yemək və su içməyi dayandırırlar. Günəş batandan sonra isə axşam duaları ilə oruclarını açırlar. Ramazan ayında tutulan oruc İslamın beş əsas şərtindən biridir.

Bu bayram günlərində müsəlmanlar bir-birilərini təbrik edir, bir-birilərinə qonaq gedirlər.

Birlik və firavanlıq bayramı sayılan Ramazan hər kəsi mərhəmətə və xeyirxahlığa səsləyir.

Xəbər lenti
0