(1:11 / 7.95Mb / просмотров видео: 31)

İki əsrlik yadigar

66
Astarada XIX əsrin yadigarı olan hamamlar xüsusilə seçilir. Bu hamamları quruluşuna və istifadə imkanlarına görə, öz dövrünün möcüzələri adlandırmaq olar.

Astara rayonunun Pensər kəndi ərazisində XIX əsrdə inşa olunmuş qədim hamam var. 10 günbəzi olan hamam xeyriyyəçi Məşədi Abu-Talıb tərəfindən inşa etdirilib.

Hamam iki hissədən ibarətdir. Giriş hissəsində, binanın ortasında hövuz var. Hovuzun kənarlarında daşdan hörülmüş kürsü, kürsünün içində isə yarımdairəvi taxçalar var ki, bu da hamamdan istifadə edən sakinlərin ayaqqabılarının qoyulması üçün tikilib.

Dörd tərəfdə geyinmə-sorunma yerləri hazırlanıb. Bu hamamda qadınlar həftənin tək günləri, kişilər isə cüt günləri istifadə ediblər.

 

66
Əlaqədar
XIX əsrin möcüzəli hamamları

"TurAz Şahini - 2021" təlimləri başa çatdı

16
(Yenilənib 17:08 16.09.2021)
Döyüş təyyarələrinin taktiki-texniki imkanlarından bacarıqla istifadə edərək təlimdə verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların fəaliyyəti baza komandiri tərəfindən yüksək qiymətləndirilib.

BAKI, 16 sentyabr — Sputnik. Türkiyə Respublikasının Konya şəhərindəki aviabazada keçirilən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Şahini - 2021" birgə taktiki təlimlərinin bağlanış mərasimi keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bağlanış mərasimində aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz təlimlərdə iştirak edən şəxsi heyəti təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Bildirilib ki, uğurla başa çatan təlimlərdə uçuş, texniki və təminat heyətləri böyük təcrübə qazanıblar. Hərbi pilotların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasında bu kimi təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və növbəti birgə təlimlərin keçirilməsinin zəruriliyi də əminliklə ifadə edilib.

Döyüş təyyarələrinin taktiki-texniki imkanlarından bacarıqla istifadə edərək təlimdə verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların fəaliyyəti baza komandiri tərəfindən yüksək qiymətləndirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, birgə təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd "MİQ-29" qırıcı və 2 ədəd "SU-25" hücum təyyarələri cəlb edilib.

Eləcə də oxuyun: 

16
Teqlər:
hərbi təlimlər, Konya, Türkiyə, Azərbaycan, video, Azərbaycan Müdafiə Nazirliyi

Dədə-baba sənəti: kəndirbazlar nəslindən olan adam Dağıstan yüksəkliklərini fəth edir

14
(Yenilənib 15:05 16.09.2021)
Kəndirbazlar nəslinin altıncı nümayəndəsi olan Kamil Mamayev ekstremal marşrutlarla qeyri-adi hobbisini həyata keçirir və bu sənəti məşhurlaşdırır.

Kəndirbaz Kamil Mamayevin sözlərinə görə, altı yaşından ip üstündə yeriməyə başlayıb. Kəndirbaz indiyə kimi hobbisini 10-a yaxın müxtəlif marşrut üzrə gerçəkləşdirib ki, onların arasında 150 metr yüksəklikdə, Solotol kanyonu üzərində ip üstə gəzmək də var.

Mamayev deyir ki, fəaliyyətinin əsas məqsədi bütün arzulayan insanlar üçün ip üstündə yerimək imkanının yaradılmasıdır. Bu məqsədlə o, Çindirçero dağ xizək kurortunda müxtəlif uzunluqlu kəndirlər üzərində ekstrim-park da təşkil edir.

"Bura çox turist gəlir, mühafizə sistemi vasitəsilə ip üstündə dayanmağa çalışır, şəkil çəkdirirlər. Onların arasında bu işi öyrənmək istəyənlər də çox olur. Hərə özünə lazım olanı seçir. Bəziləri üçün bu əyləncə, digərləri üçün idman, bir başqaları üçün ekstrimdir. Elə insanlar da var ki, bu işi həyatının mənası hesab edirlər", – deyə kəndirbaz fikirlərini bölüşüb.

O, sözügedən parkın yaradılması ilə yanaşı, şəxsi rekordunu da təzələmək niyyətindədir.

"Bu il ip üstündə 1,5 kilometr məsafə qət etmək istəyirəm. Bu Rusiya rekordudur. Əgər bunu bacarsam, rekord qazanmış olacağam. Baxaq görək, necə alınır", – deyə kəndirbaz sözlərinə yekun vurub.

14
İlyas Hüseynov

Politoloq: “Toyvo Klaarın indi səfər etməsinin müəyyən səbəbləri var”

0
(Yenilənib 14:48 16.09.2021)
Politoloq İlyas Hüseynov deyib ki, enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi, eyni zamanda təhlükəsizlik və humanitar məsələlər də burada önəmli yer tutur
İlyas Hüseynov: “Aİ Cənubi Qafqazla yeni əməkdaşlıq formatına üstünlük verir”

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib.

Politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a Aİ nümayəndəsinin Azərbaycana səfərini şərh edib. Politoloq bildirib ki, Azərbayca-Aİ münasibətləri müntəzəm olaraq yüksələn xətlə inkişaf edir: “Vətən müharibəsindən sonra da ölkəmizə müntəzəm səfərlər təşkil edilib. Hazırda xüsusi nümayəndənin səfər etməsinin müəyyən səbəbləri var. Burada enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi, eyni zamanda təhlükəsizlik və humanitar məsələlər də önəmli yer tutur. Bu onu deməyə əsas verir ki, Aİ Cənubi Qafqazla yeni əməkdaşlıq formatına üstünlük verir. Cənubi Qafqaz dövlətləri Avropa İttifaqının xüsusi maraq dairəsindədir”.

İlyas Hüseynovun geniş şərhinə audifaylda qulaq asa bilərsiniz

0