(1:58 / 12.68Mb / просмотров видео: 28)

Azərbaycan öz müstəqilliyini itirməməlidir

28
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "1993-cü ilin iyun hadisələri bu günki siyasətin prizmasından" mövzusunda dəyirmi masa keçirilib.

Vaxt ötdükcə Azərbaycanda 23 il əvvəl ölkədə baş vermiş hadisələrin əsl mahiyyəti tam olaraq anlaşıldı.Bu barədə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən dəyirmi masada siyasi icmalçı, Mətbuat Şurasının üzvü Azər Həsrət bəyan edib.

Ekspertlərin ümumi fikrincə, ötən dövr bizə bir həqiqəti anlatdı: Azərbaycan müstəqilliyini itirməməlidir!

 

28
(0:49 / 5.85Mb / просмотров видео: 14)

Dağıdılmış qəbir daşları Ağcabədi məzarlığının atəşə tutulandan sonrakı videosu

15
Bu gün səhər saatlarından Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəs rejimini pozmaqda davam edib. Atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb.

Ağcabədinin Hacılar, Qiyaməddinli, Boyat, Arazbar və İmamqulubəyli kəndləri ağır artilleriyadan intensiv atəşə tutulub. Səhər saat 07:00 radələrində atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb. 7 qəbir daşı dağılıb, xeyli qəbirdə qəlpə izləri əmələ gəlib.

Ağcəbədi atəş altında: Evlər dağınıq, şüşələr paramparça, təsərrüfatlar viran – video >>

Sakinlər Ermənistan Silahlı Qüvvələrinin kəndləri mütəmadi atəşə tutduğunu, lakin heç nədən qorxmadıqlarını bildiriblər.

15
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(1:09 / 8.84Mb / просмотров видео: 22)

Təki vətən sağ olsun: Ağdamın cəbhə kəndlərinin pambıq yığımı

19
(Yenilənib 13:34 31.10.2020)
Builki pambıq yığımı qoşunların qarşıdurma xəttində gedən döyüş əməliyyatları ucbatından xeyli gecikib. Amma bu, kəndlini narahat etmir. Ətraflı videomizda.

Ağdamın kəndlərində sakinlərin əsas məşğuliyyəti kənd təsərrüfatı məhsullarının istehsalıdır. Təsərrüfat sahiblərinin bir hissəsi də pambıq əkib becərir. Builki yığım mövsümü müharibə vaxtına düşüb. Buna baxmayaraq, fermerlər sahələrdə yığım işlərini həyata keçirirlər.

Təsərrüfat sahibi  Şahmar Rzayev Ağdamın cəbhə kəndlərinin ərazisində 50 hektara qədər pambıq əkib. Yüksək məhsul becərən fermer yığımı davam etdirir. sahələrdən 45 sentinerdən yuxarı məhsul əldə olunacağını deyir. Bunun üçün bütün aqrotexniki qaydalara əməl edib.

Günortaya qədər Ağdama 130-dan artıq mərmi düşüb – VİDEO >>

Düşmənin ağ qızıl tarlalarını ağır artilleriyadan atəşə tutmasına baxmayaraq, rayon ərazisində fəaliyyət  göstərən pambıq qəbulu və emalı məntəqələri kəndlinin məhsulunu sahələrdən toplayır. Bütün xərcləri isə həmin şirkətlər öz hesabına reallaşdırır.

Əgər Ermənistan silahlı qüvvələri terror aktlarından əl çəksə, soyuq havalar gəlmədən pambıq sahələrdən toplanacaq. Əslində havanın qeyri-sabit keçməməsi də bu işi sürətləndirəcək.

19
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Gürcüstanda parlament seçkisi

Gürcüstanda parlament seçkiləri: Giorgi Qaxaria "ölkənin demokratik inkişafına" səs verib

0
Baş nazir: "Seçki kampaniyası demokratiyanın bütün tələblərinə cavab verib, bu səbəbdən demokratik dəyərlərə, ədalətə və iqtisadi cəhətdən güclü Qərb yönümlü dövlətə səs verdim".

BAKI, 31 oktyabr — Sputnik. Bu gün Gürcüstanda parlament seçkisi keçirilir. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbər görə, səhər saatlarında səsvermədə iştirak edən qonşu ölkənin Baş naziri Giorgi Qaxaria ölkənin demokratik inkişafına səs verdiyini bildirib.

"Seçki kampaniyası demokratiyanın bütün tələblərinə cavab verib, bu səbəbdən demokratik dəyərlərə, ədalətə, iqtisadi cəhətdən güclü Qərb yönümlü dövlətə səs verdim", - deyə o bildirib.

"Bugün dünəndən qat-qat üstün olan Gürcüstana səs verdim və sabah bugünküdən daha yaxşı olacaq. Əlbəttə ki, heç kim keçmişə qayıtmağı xəyal edə bilməz, səsimi ölkənin gələcəyi üçün verdim", - deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda budəfəki parlament seçkisi qarışıq seçki sistemi əsasında keçirilir: 150 yerdən 120-si partiyaların təqdim etdikləri siyahı əsasında, 30-u isə majoritar dairələr tərəfindən seçiləcək. Partiyalar üçün keçid həddi 1%-dir, majoritar namizədlərin səslərin 50%-dən çoxunu qazanması tələb olunur.

Səslərin 40%-dən çoxunu alacaq bir partiya müstəqil olaraq hökuməti qura biləcək.

Xatırladaq ki, Gürcüstanda 48 partiya və iki siyasi blok parlament yerləri uğrunda mübarizə aparır. Əsas rəqiblər hakim "Gürcü Arzusu" partiyası və başında keçmiş Prezident Mixail Saakaşvilinin durduğu birləşmiş müxalifəti təmsil edən Vahid Milli Hərəkatdır.

Azərbaycandan qonşu ölkədə seçkiləri müşahidə edən Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev jurnalistlərə açıqlamasında bildirib ki, onların olduğu dairələrdə hər hansı insident baş verməyib:

“Pandemiya şəraitinə baxmayaraq, seçici fəallığı müşahidə olunur. Seçki məntəqələrində koronavirus infeksiyasının yayılmaması üçün xüsusi qaydalara ciddi şəkildə əməl olunur”.

A.Nağıyev qeyd edib ki, deputatlığa namizədlər arasında Gürcüstan azərbaycanlılarının da yer alması mühüm əhəmiyyət kəsb edir.

Qrup rəhbəri Milli Məclis və Gürcüstanın yeni seçiləcək parlamenti arasında əməkdaşlığın davam etdiriləcəyini söyləyib: “Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Parlamentlərarası əlaqələrin gələcəkdə də davam etdirilməsi və gücləndirilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, qonşu ölkədə keçirilən parlament seçkilərini Milli Məclisin 3 üzvü müşahidə edir.

0