Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"İçərişəhər" paytaxt sakinlərini və turistləri festivala dəvət edir

Abunə olmaq
Yaxın günlərdə ölkəmizdə keçiriləcək möhtəşəm idman bayramı Formula 1 Avropa Qran Pri ilə əlaqədar növbəti dəfə bütün dünyanın diqqəti Azərbaycanın paytaxtı Bakı şəhərində olacaq.

Bunan bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "İçərişəhər Formula 1-in gözü ilə" və "Meydan Bazarı" aksiyasına start verilib.

"Meydan Bazarı" ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərlərinin, "İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzində hazırlanan zərgərlik, batika, keramika və taxtaoma sənəti nümunələrinin, eləcə də zəngin milli mətbəxin sərgi-satışı təşkil olunub.

Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək, Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edirlər.

Növbəti tədbir İçərişəhərdə, Qoşa Qala qapısı qarşısındakı meydanda iyun ayının 18, 19, 25, 26-sı tarixlərində təşkil olunacaqdır.

Xəbər lenti
0