(2:45 / 17.34Mb / просмотров видео: 225)

Azərbaycanda çoxəsrlik toy adəti

455
Qeyri-maddi mədəni irsin bərpası, qorunması və təbliği məqsədilə 2010-cu ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi ölkə şəhərləri arasından “əfsanələr”, “folklor”, “sənətkarlıq” kimi nominasiyalar üzrə “paytaxt”lar seçir. 2016-cı il üçün Qusar şəhəri “Azərbaycanın folklor paytaxtı” elan edilib.

Bununla əlaqədar olaraq rayonda tez-tez elmi-praktiki konfranslar, "dəyirmi masa"lar, konsertlər, müsabiqələr, sərgilər və başqa tədbirlər təşkil edilir. Qusar şəhəri ilə yanaşı, kəndlərin də mədəni həyatında canlanma yaranıb.

Hil kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ayna Rəfiyeva hesab edir ki, iməclik vaxtı edilən maraqlı söhbət, deyib-gülmək, musiqi, rəqs işin ağırlığını unutdurur.

"Mel" ansamblının — "cehiz hazırlığı üçün iməclik" quruluşunda daha çox qədim və zəngin mədəni irsə malik bir xalqın sadə, lakin şərəfli həyatı, dünyagörüşü, ümid və arzusu, inancı ifadə olunub. Burada ləzgi dilinin şirinliyi adamların həm əmək prosesi zamanı söhbətlərində, həm də oxuduqları nəğmələrdə hiss olunur.

Qeyd edək ki, Qusarda folklorun çoxəsrlik ənənəsi var. Rayon əhalisinin təqribən 90 %-ini təşkil edən ləzgilər, tarixin bütün dövrlərində öz ana dillərini, adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlayıblar. Rayonun Hil kəndində milli-mənəvi dəyərləri, qədim adət-ənənələri təbliğ edən folklor ansamblının yaranma tarixi ötən əsrin yetmişinci illərinə gedib çıxır. 

455
Əlaqədar
"Mel"in köçürdüyü gəlinlər artıq nənə olublar...