"Sputnik Azərbaycan ayrı-ayrı sahələrin insanlarını Sputnik.Qiraət layihəsinə cəlb etməklə poeziya vasitəsilə insanların birliyini göstərməyə çalışır. Həmçinin bu layihə insanlara kitabları, kitab oxumağı sevdirmək kimi gözəl məqsədə xidmət edir", —deyə Zahid Oruc bildirib.
Layihə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyevin çıxışı ilə başlayır. O, müasir ədəbiyyatımızın klassiki Səməd Vurğunun "Azərbaycan" şeirindən bir parça oxumaqla layihədə iştirak edib. Daha sonra tanınmış repçi AİD Abbas Səhhətin "Vətən" şeirindən, məşhur aktyor və rejissor Qurban Məsimov Əliağa Vahidin yaradaçılığından, millət vəkili Fazil Mustafa isə Xalq şairi Məmməd Arazın şeirindən parçalar oxuyub.
Layihədə həmçinin hər bir sosial şəbəkə istifadəçisi iştirak edə bilər. Bunun üçün sevimli şeir parçasını oxuyaraq videonu şəxsi səhifədə #SputnikЧтения və ya #SputnikQiraət heşteqləri ilə paylaşmaq yetər. Layihənin sonunda ən yaxşı oxucu videoları Sputnik Azərbaycan-ın saytlarında yerləşdiriləcək.
Sputnik.Qiraət şeir layihəsinin məqsədi çoxqütblü, rəngarəng dünyada hər kəs üçün vacib olan dəyərləri — sevgini, gözəlliyi, həyatı vəsf edən görkəmli sənət əsərlərinin qiraəti vasitəsilə insanları yaxınlaşdırmaqdır. Layihəyə 2015-ci ilin martında Sputnik Qırğızıstan başlayıb. Qırğızıstanlı həmkarlarımızın təşəbbüsü MDB və Yaxın xaricdəki bir çox Sputnik redaksiyaları tərəfindən dəstəklənib.
Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.
Prezident İlham Əliyev Şuşa şəhərində Azərbaycan bayrağını qaldırıb. Əliyevlər ailəsi, həmçinin Cıdır düzündə olub, Şuşa məscidini ziyarət edib və şəhər işğal olunan vaxt güllələnmiş, sonradan Bakıya gətirilmiş heykəllərin açılış mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Şəhər 28 il yarımdan sonra yenidən Azərbaycanın nəzarəti altına qaytarılıb.
BAKI, 15 yanvar — Sputnik. Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilib. Müdafiə Nazirliyi bu gün Böyük Mərcanlı kəndindən videogörüntülər yayımlayıb.
Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:
BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.
"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.