Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur meyxanaçı qardaşlardan Sputnik-ə unikal təbrik

Abunə olmaq
Bu gün Sputnik Azərbaycan multimedia agentliyinin fəaliyyətə başlamasının bir ili tamam olur. Bir il əvvəl, mayın 25-də Sputnik agentliyi Azərbaycanda informasiya portalının fəaliyyətə başladığını bəyan etdi.

Bir il əvvəl internet məkanında Sputnik Azərbaycan informasiya resursu peyda oldu. Agentliyin ilk ad günü münasibəti ilə agentliyi məşhur meyxanaçılar təbrik edirlər: Ehtiram və İntiqam Rüstəmov qardaşları bu hadisə münasibətilə yeni meyxana qoşublar.

Rüstəmovların sözlərinə görə, Sputnik Azərbaycan bir il ərzində özünü yaxşı tərəfdən göstərə bilib və insanların həyatından eksklüziv məqalələri ilə oxucuların yadında qalıb.

"Давай, до свидания!" artıq hər kəsin dillər əzbəridir. Baş qəhrəmanları dünyanın bir çox ölkələrində, xüsusən də Rusiyada yaxşı tanıyırlar. Şifahi ədəbiyyatın bir növü olan meyxana janrı əsasən Abşeron bölgəsində geniş yayılıb. Lakin son illərdə bu janr ölkə hüdudlarından kənarda da yayılmaqdadır.

Sputnik Azərbaycan informasiya agentliyi və radiosunun internet portalı Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Ən aktual beynəlxalq və yerlı mövzular üzrə bütün fikir müxtəlifliyini göstərməyi qarşısına məqsəd qoyan resurs sputnik.az və ru.sputnik.az internet ünvanlarında fəaliyyətdədir. Portalda oxuculara ən müxtəlif formatlarda materiallar təqdim edilir: məqalə, infoqrafika, video və fotoreportaj, onlayn sorğu.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0