Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanlı veteran Varşava səmasında necə vurulmasında danışdı

Abunə olmaq
Böyük Vətən Müharibəsinidə qələbənin 71-illiyi ərəfəsində Sputnik Azərbaycan oxuculara müharibə veteranlarının xatirələrindən ibarət “İllər sonra” silsiləsini təqdim edir. Müxbirlərimizin baş çəkdiyi veteranlardan biri bombardımançı təyyarənin heyət üzvü olmuş Damət Məcid oğlu Nəbiyevdir.

Damət Nəbiyev 1925-ci ildə Yevlax rayonunun Vərvərə kəndində anadan olub. 1943-cü ilin fevralında 17 yaşında müharibəyə yollanır. O zaman Azərbaycandan iki hərbçidən biri kimi qəhrəmanımız bombardımançı təyyarəçi kurslarına göndərilir.

"1943-cü ilin fevralın 15-də mən orduya yazıldım. Ölkə təhlükədə idi və hər birimiz Vətənin müdafiəsinə qalxmalıydıq. Bizi Sumqayıtın ehtiyat alayına gətirdilər. Heç bir ay keçməmişdi, iki zabit gəlib aramızdan iki nəfəri Gürcüstandakı Aviasiya məktəbində oxumaq üçün seçdi. Onlardan biri də mənim idim", —deyə veteran xatirələrini danışır.

D. Nəbiyev Ukrayna, Polşa ətrafında döyüşlərdə iştirak edib və Berlinə qədər döyüş yolu keçib. "İndiyə kimi yadımdadır. Varşava üzərində yeddinci uçuşum idi, dostum yaralanmışdı, bizi atəşə tutmuşdular. Bir mühərrik zədələnəndən sonra, Visla şəhərinin ətrafında məcburi enməli olduq. Yaxşı ki, ərazi salamat idi və biz xilas olduq", —deyə Damət kişi xatırlayır.

Qəhrəmanımızın heyəti Varşavanın azad olunmasında iştirak edib, sonuncu döyüş uçuşunu isə onlar 1945-ci il 2 may tarixində Berlin səmasına edib. "Mən Qələbə gününədək döyüşmüşəm. Dostlarımın çoxu həlak olub, bir çoxu yaralanıb. Özüm sinəmdən və başımdan yaralanmışam, paraşutla tullananda, bilmirəm, necə sağ qalmışam. Biz həmişə qələbə çalacağımıza inanırdıq", —deyə müharibə veteranı sözünü bitirir.

Bundan başqa Damət Nəbiyev üç il Ağdamda, 1973-cü ilədək isə Gəncədə xidmət çəkib. O, uzun müddət cavanların hərbi hazırlığı ilə məşğul olub, mühazirələr oxuyub. Müharibə veteranı Azərbaycan torpağında böyüyüb başa çatdığı ilə fəxr edir.

 

Xəbər lenti
0