Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Tanınmış repçi “Sputnik.Qiraət”də

Abunə olmaq
“Sputnik.Qiraət” layihəsinin növbəti iştirakçısı AİD adı ilə tanınan məşhur repçi Orxan Zeynallıdır. O, layihə üçün görkəmli şair Abbas Səhhətin Azərbaycanda çox sevilən “Vətən” şeirini seçib.

""Sputnik.Qiraət" layihəsində xalqımızın zəngin şeiriyyatı vasitəsilə insanların birliyini, onları yaşından, cinsindən və vəzifəsindən asılı olmayaraq hansı bağlar bağladığını göstərmək çox maraqlı və düzgün fikirdir. İnsanları isə Vətən mövzusundan daha möhkəm nə birləşdirə bilər? Abbas Səhhət bu şeirində Vətənin insanlar üçün nə demək olduğunu çox gözəl göstərib", —deyə repçi bildirib.

O, həmçinin oxucuları öz videolarını hazırlamaqla "Sputnik.Qiraət" layihəsinə dəstək olmağa çağırıb. Hər bir sosial şəbəkə istifadəçisi şəxsi səhifəsində sevdiyi şeir parçasını oxuduğu videonu #Sputnik.Чтения və #Sputnik.Qiraət heşteqləri ilə paylaşaraq layihəni dəstəkləyə bilər. Layihənin sonunda ən yaxşı oxucu videoları Sputnik Azərbaycan-ın saytlarında yerləşdiriləcək.

Layihə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyevin çıxışı ilə başlayır. O, müasir ədəbiyyatımızın klassiki Səməd Vurğunun "Azərbaycan" şeirindən bir parça oxumaqla layihədə iştirak edib. "Sputnik.Qiraət"də həmçinin ictimai-siyasi xadimlər və mədəniyyət adamları iştirak edəcəklər.

"Sputnik.Qiraət" şeir layihəsinin məqsədi çoxqütblü, rəngarəng dünyada hər kəs üçün vacib olan dəyərləri — sevgini, gözəlliyi, həyatı vəsf edən görkəmli sənət əsərlərinin qiraəti vasitəsilə insanları yaxınlaşdırmaqdır. Layihəyə 2015-ci ilin martında Sputnik Qırğızıstan başlayıb. Qırğızıstanlı həmkarlarımızın təşəbbüsü MDB və Yaxın xaricdəki bir çox Sputnik redaksiyaları tərəfindən dəstəklənib.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

 

Xəbər lenti
0