(1:37 / 9.64Mb / просмотров видео: 74)

İlham Əliyev: Biz danışıqlar xatirinə danışıqlarda iştirak etmək niyyətində deyilik

86
İclasda çıxış edən dövlət başçısı deyib ki, Ermənistan sülh və işğal etdiyi torpaqlardan çəkilmək istəmir

"Ermənistan bütün səylərini ona yönəldib ki, maksimum status-kvonu saxlaya bilsin. Bunun kifayət qədər çox sübutları var.
Danışıqlar prosesi 20 ildən çoxdur ki, aparılır. Bu 20 il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atır, daim təmas xəttində Ermənistan tərəfdən gərginlik yaradılır. Eyni zamanda keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan anlaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər. 2014-cü ildə Fransa prezidenti Fransua Olland Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmişdi və görüş çox konstruktiv şəraitdə keçmişdi. Görüşün nəticəsi ümidverici idi. Görüşdə eyni zamanda təmas xəttində təhlükəsizlik, etimad tədbirlərinin gücləndirilməsi barədə danışırdıq. Ancaq o görüşdən 2 həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda, Ağdam rayonunun ərazisində özlərinin dediyi kimi, 48 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirməyə başlamışdı. Bu, sırf təxribat xarakterli bir addım idi. Xüsusilə Parisdə uğurlu sayılan görüşdən sonra bunun nə mənası vardı?! Bir neçə gün Azərbaycan özünü çox təmkinli apardı, mən də göstəriş vermişdim ki, təxribatlara uymayaq. Ancaq ondan sonra düşmən daha da azğınlaşmış, mövqelərimizə hücum çəkmişdi, hərbi helikopterləri işə salmışdı.
Azərbaycan ordusu da hərbi helikopterlərdən birini məhv etmişdi. Bu, Ermənistana lazım idi. Ermənistana lazım idi ki, desinlər, Azərbaycan atəşkəsi pozur, özünü aqressiv aparır. Son təxribat da eyni məzmunludur. Yenə də mövqelərimizə hücum çəkirlər, əsgərlərimiz, zabitlərimiz həlak olur. Ondan sonra da Azərbaycan ordusu onların başını əzir. İndi isə dünyaya hay-haray çəkirlər ki, Azərbaycan atəşkəsi pozur. Biz atəşkəsi pozmamışıq, sadəcə, təxribata layiqli cavab vermişik".

Prezident İlham Əliyev bildirib ki, nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan ordusu bundan sonra da onları cəzalandıracaq.

Erməni tərəfinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv şəkildə atəşə tutması nəticəsində aprelin2-də gecə saatlarında və 2-dən 3-nə keçən gecə Ağdərə-Tərtər və Füzuli-Xocavənd istiqamətlərində gərginlik

 

86

Kəlbəcərin Qamışlı kəndinin videogörüntüləri

12
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də işğaldan azad edilib.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Qamışlı kəndindən videogörüntülər paylaşıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:

12

İtaliya sahillərində nəhəng balina cəmdəyi tapılıb video

18
(Yenilənib 11:57 22.01.2021)
İtaliyanın Sorrento limanı hövzəsində nəhəng balina cəmdəyi tapılıb. Hadisənin şahidlərinin çəkdiyi kadrları izləyin.

Xəbər verilir ki, dalğıcların təsadüfən onun balası ilə toqquşması nəticəsində bala onları balinanın öldüyü yerə aparıb çıxarıb. Balinanın uzunluğu 23 metr, çəkisi isə təxminən 70 tondur.

Ölmüş balinanın Neapol limanına çatdırılmasından sonra onun üzərində ekspertizanın aparılması və skeletinin muzeyə verilməsi planlaşdırılır.

18
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Bakıda havadan pis qoxunun gəlməsinin səbəbi açıqlandı

0
(Yenilənib 21:33 24.01.2021)
Hələ 2003-cü ildə ölkə başçısının tapşırığı ilə Hövsanda aerasiya stansiyası yaradıldı. Hövsan qəsəbəsinə axan bütün kanalizasiya suları təmizlənərək dənizə axıdılmalı idi. Amma...

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. "Bakı şəhərinin bütün kanalizasiya suları Xəzər dənizinə axıdılır. Bulvarda 2 metr diametrində dəmir-beton boru birbaşa Hövsan qəsbəsinə qədər davam edir. Bakıda, yamaclarda və s. olan kanalizasiya suları dənizə yönəldilir".

Bu barədə Sputnik Azərbaycan-a danışan professor Fərzəli Həsənov qeyd edib ki, həmin sular Hövsanda sovetlər dövründə xüsusi üsulla təmizlənirdi:

"Su 1 litrində 1 qram duz qalana qədər təmizlənirdi. Duz deyiləndə bərk hissəciklər nəzərdə tutulur".

Su təmizlənməyib dənizə buraxıldıqda isə bu, insanların sağlamlığı üçün təhlükəli ola bilər.

Mütəxəssis bildirir ki, bəzən dənizkənarından pis qoxunun gəlməsi də bununla əlaqədardır.

Ekoloq Telman Zeynalovun fikrincə, Bayılda da bəzi ərazilərin kanalizasiya suları dənizə axıdılır. Axşam saatlarında bulvarda müşahidə edilən qoxunun səbəbi də budur:

"2003-cü ildə ölkə başçısının tapşırığı ilə Hövsanda aerasiya stansiyası yaradıldı. Hövsan qəsəbəsinə axan bütün kanalizasiya suları təmizlənərək, dənizə axıdılırdı. Müvafiq sistemə əsasən Bakının kanalizasiya suları Hövsana yönəldilməli, orada isə təmizlənərək, dənizə axıdılmalıdır. Amma bütün kanalizasiya suları təmizlənərək dənizə axıdılırmı? Əsas sual budur".

Kanalizasiya suları ilə bağlı bu və digər suallara cavab tapmaq üçün "Azərsu" ASC–yə müraciət etsək də, suallarımız cavabsız qaldı.

0
Teqlər:
Xəzər dənizi, Bakı, Hövsan Aerasiya Stansiyası, Hövsan qəsəbəsi, Hövsan