(2:06 / 13.01Mb / просмотров видео: 58)

Azərbaycanda Novruz bayramını xalq gəzintiləri yarmarkalarla qarşılayırlar

256
(Yenilənib 15:15 21.03.2016)
Azərbaycana bahar gəlib, demək xalq əyləncələri və bayram alış-verişinin vaxtıdır. Paytaxt sakinləri baharı Bakının qədimi mərkəzində - İçərişəhər qalasında qarşılayırlar. Burada "Novruz bahar bayramıdır 2016" festivalı keçirilir.

Səhər tezdən İçərişəhərdə ayaq basmağa yer yoxdur. Burada paytaxt sakinlərinə və qonaqlara kəndirbazlar, pəhləvanlar və musiqi kollektivlərinin iştirakı ilə rəngarəng proqram təqdim edilir.

Qoşa Qala qapısı meydanında Meydan bazarı — suvenir və xalq sənəti nümunələrininsatışı təşkil olunub. Burada milli mətbəx nümunələri ilə tanış olmaq, əl işləri olan gözəl və bənzərsiz hədiyyələri almaq mümkündür. Burada xalq və estrada musiqiləri səslənir, kəndirbazlar, gözbağlayıcılar və pəhləvanlar öz məharətlərini göstərirlər.

Bayram şənlikləri xanəndə, müğənni və el sənətkarlarının iştirakı ilə gecəyədək davam edəcək.

256

Soxulcan zülallı kekslər: Gələcəyin yeməyi beləmi görünür?

508
(Yenilənib 11:55 03.08.2020)
Latviya alimləri qeyri-adi keks reseptini işləyib hazırlayıblar. Soxulcanlı şirniyyatın necə göründüyünü isə videomuzda izləyin.

Ənənəvi inqrediyentlərə Latviya alimləri soxulcanlardan alınmış zülal əlavə ediblər.

“Bir alim kimi, bu soxulcanların zülal mənbəyi kimi qida məhsullarında istifadə edilə biləcəyi mənim üçün çox maraqlı gəldi”, - deyə Latviya Kənd Təsərrüfatı İnstitutunun dosenti İlqa Qedrovitsa bizə danışıb.

Bir çox ölkənin sakinləri artıq çoxdan həşərat və müxtəlif qurd növlərinə yemək kimi baxırlar. Onlar bunları “ənənəvi” ətin alternativi kimi görürlər. Riqalı alimlərin işi sayəsində bu alternativlərin siyahısı arta bilər. 

508

Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz "Arzu-1"miz

5547
(Yenilənib 16:11 31.07.2020)
Xaçmazın Arzu kənd sakini Cəlil Allahyarov müxtəlif maşın hissələrindən yeni avtomobil yaratmağa müvəffəq olub. Onun bunu necə etdiyini və maşının necə göründüyünü videomuzda izləyin.

58 yaşlı Cəlil Allahyarov 38 il elektrik avadanlıqları üzrə avtomobil ustası olub. Təsərrüfatında maşın gərəkli olduğunu görəndə isə onu almaq əvəzinə sıfırdan özü yaratmaq qərarına gəlib.

2 ay ərzində və 2,500 manata ərsəyə gətirdiyi avtomobil istifadəsində 7 müxtəlif maşın detallarından istifadə edilib. Alışdırma və əyləc sistemi “Qazel”, karbürator “VAZ 07”-dən, ötürmə sistemi “QAZ-24”-dən, mühərrik “Moskviç”-dən, qabaq faralar “KamAZ”-dan, oturacaqlar isə “Toyota”-dan götürülüb. Maşının karkasını isə usta dəmir lövhələrdən öz əlləri ilə düzəldib.

Avtomobil 1 ton yük daşımaq gücündədir, saatda 80-100 km sürətlə hərəkət edir. Maşın hər kəsin marağına səbəb olsa da, usta onu satmaq fikrində deyil. O, maşını məhz özü üçün, kənd təsərrüfatında istifadə etmək üçün yaradıb. Adını isə yaşadığı kəndin şərəfinə “Arzu-1” qoyub.

Cəlil bəy bu avtomobilini patentləşdirmək, gələcəkdə isə kvadrasikl və amfibiya maşın yaratmaq fikrindədir. 

Xatırladaq ki, amerikalı məşhur ixtiraçı, mexanik, sənayeçi və biznesmen Henri Ford 1893-cü ildə işdən sonrakı boş vaxtlarında özünün ilk avtomobilini düzəldib, 1903-cü ildə "Ford Motor Company"ni təsis edib.

5547
Əklil

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat edib

0
Sabiq məmur müalicə məqsədilə Türkiyəyə aparılıb. Lakin həmin ölkədə aparılan müalicə nəticəsiz qalıb

BAKI, 3 avqust — Sputnik. Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyev vəfat edib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, o, bu gün dünyasını dəyişib.

F.Nəbiyev bir müddət xəstəlikdən əziyyət çəkib. O, müalicə məqsədilə Türkiyəyə aparılıb. Lakin həmin ölkədə aparılan müalicə nəticəsiz qalıb. 

0