(0:47 / 4.88Mb / просмотров видео: 69)

Bakının tarixi məhəlləsi tarixə qovuşdu

111
(Yenilənib 11:38 02.02.2016)
Paytaxt sakinləri “Sovetski” kimi məhşurlaşan daha bir tarixi məhəlləni itirəcəkləri ilə artıq barışıblar. Söküntü işləri orada bu gün də davam etdirilir.

Yasamal rayon İcra Hakimiyyətinin verdiyi xəbərə görə, artıq 1800 ev sökülüb, cəmi isə 2320 yaşayış və qeyri-yaşayış tikilisi sökülməlidir.

Rəsmi məlumata görə, 2015-ci il ərzində 8759 ünvan üzrə yaşayış və qeyri-yaşayış obyektlərinin mübadiləsi keçirilib. 2769 obyekt sahibinə pul ödənilib, digər 2698 şəxsə əlavə kompensasiya verilib. Bundan əlavə sahəsi kiçik olan mənzillərin sahiblərinə 103 yeni mənzil və iki torpaq sahəsi təqdim edilib.

  • Tarixi məhəllədə söküntü işləri bugün də davam etdirilir
    Tarixi məhəllədə söküntü işləri bugün də davam etdirilir
    © Sputnik / Kamilla Aliyeva
  • Artıq 1800 ev sökülüb, cəmi isə 2320 yaşayış və qeyriyaşayış tikilisi sökülməlidir
    Artıq 1800 ev sökülüb, cəmi isə 2320 yaşayış və qeyriyaşayış tikilisi sökülməlidir
    © Sputnik / Kamilla Aliyeva
  • 2015 il ərzində 8759 ünvan üzrə yaşayış və qeyri-yaşayış obyektlərinin mübadiləsi keçirilib
    2015 il ərzində 8759 ünvan üzrə yaşayış və qeyri-yaşayış obyektlərinin mübadiləsi keçirilib
    © Sputnik / Kamilla Aliyeva
  • Bu ərazidə yenidənqurma işləri Bakı və Abşeronun Baş inkişaf layihəsinin ən vacib tərkib hissəsidir
    Bu ərazidə yenidənqurma işləri Bakı və Abşeronun Baş inkişaf layihəsinin ən vacib tərkib hissəsidir
    © Sputnik / Kamilla Aliyeva
  • Ərazidə parklar və yollar salınacaq
    Ərazidə parklar və yollar salınacaq
    © Sputnik / Kamilla Aliyeva
1 / 5
© Sputnik / Kamilla Aliyeva
Tarixi məhəllədə söküntü işləri bugün də davam etdirilir

Hal-hazırda söküntü işləri İnşaatçılar, Nəriman Nərimanov prospektləri, Əlibəy Hüseynzadə və Tolstoy küçələri, Bəhram Ağayev və Landau küçələrinin kəsişməsində və həmçinin Qurban Xəlilov küçəsindən Mikayıl Müşviq küçəsi səmtində aparılır.

Xatırladaq ki, bu ərazidə yenidənqurma işləri Bakı və Abşeronun Baş inkişaf layihəsinin ən vacib tərkib hissəsidir. "Sovetski" kimi tanınan ərazidə isə parklar və yollar salınacaq. Ekspertlərin fikrincə, bu ərazinin sakinlərinin yaşayış səviyyəsinin yaxşılaşdırılması və buranın abadlaşdırılması müasir Bakının prioritetlərindən biridir.

111