Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qarlı Bakı: hava sürprizlərini davam etdirir

Abunə olmaq
Qar Azərbaycan paytaxtına qayıdıb.Əgər dünən Bakıda hava +10 dərəcə idisə, bu gün 3 dərəcəlik şaxta və çovğun var.

Sinoptiklərin dedikləri kimi, yanvarın 25-dən 26-na keçən gecə Bakıda qar yağıb. Bakı və Abşeron yarımadasında yağıntının miqdarı 1-14 mm təşkil edib.

Ölkə ərazisində yağıntılar və külək sabah günün birinci yarısınadək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatında belə deyilir.

Sputnik-in daha öncə xəbər verdiyi kimi, Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.

Yanvarın 24-dən etbarən respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Havanın temperaturu əvvəlki günlərlə müqayisədə 6-8 dərəcə düşüb.

Xəbər lenti
0