(1:31 / 9.80Mb / просмотров видео: 97)

Zibillikdən doğan təmizlik haqda eqosentrik tamaşa

59
(Yenilənib 16:52 23.11.2015)
Yuğ Dövlət Teatrında «Şok» tamaşasının premyerası keçirilib. Türk yazarı Turqay Narın «Zibillik» pyesi əsasında hazırlanmış bu eqosentrik transaksiyada bir çox mənəvi mətləblərə toxunulur.

Yuğ Dövlət Teatrında «Şok» tamaşasının premyerası keçirilib. Türk yazarı Turqay Narın «Zibillik» pyesi əsasında hazırlanmış bu eqosentrik transaksiyada bir çox mənəvi mətləblərə toxunulur. 

Nəticədə insan məfhumunun və onu günahlandırmanın bizim mətləblərdən çox yüksək olduğu, müxtəlif mədəniyyətlərin vahid universal başlanğıcdan qaynaqlandığı, Allahın təkliyi prinsipini üstün tutulur.

Müəllifin intensiyasına görə isə çağdaş tamaşaçı gerçək həyatda o qədər dəhşətli hadisələrin şahidi və iştirakçısı olub ki, düşünürsən, onu səhnədə ölüm belə nə şoka sala, nə də təəccübləndirə bilər.

“Şok” tamaşası müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, nəfəs dərmək, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur. Həqiqət meydana gələndə çox çirkinliklərdən, yalanlardan arınıb doğulur. Demək ki, paradoksal səslənsə də, zibillik həm də bir təmizlik rəmzidir, təmizliyin doğulmasına kömək edir. Bir yerdə zibillik varsa, deməli, hardasa təmizlik də var.

Psixosof poetikasında hazırlanmış “Şok” tamaşasının quruluşçu rejissoru Günay Səttar, musiqi tərtibatçısı Amid Qasımovdur. Səhnəqrafiya Rəşid Şerifə məxsusdur.

Rollarda Oqtay Mehdiyev, Amid Qasımov (Xaço), Rasim Cəfərov, Vüqar Hacı (İsrafil), Təranə Atacan, Zümrüd Qasımova (Aymələk) iştirak edirlər.

59