(1:28 / 9.30Mb / просмотров видео: 118)

Reper Orxan Zeynallı “Dərində” adlı yeni klipini təqdim etdi

397
Populyar rep ifaçısı Orxan Zeynallı mediaya “Dərində” adlı yeni klipini təqdim etdi.

O.Zeynallının sözlərinə görə, bu klip, onun yaradıcılığında ən uğurlu işi sayılır.

“Əvvəlki işlərimdən fərqli olaraq bu klipə daha çox zaman sərf edilib. Hər detal üzərində düşünürdüm və nəticədə istədiyim səviyyədə iş alındı”, — deyə ifaçı bildirdi.

Klipin çəkilişləri iki məkanda – Şamaxıda və Dübəndi qəsəbəsində aparılıb. Ekran işinin ideya müəllifi və rejissoru Alvin Mahmudov bildirdi ki, klip, Kristofer Nolanın “Başlanğıc” filminin üslubunda çəkilib.

“Bir çoxları, məhəbbət haqda mahnını çox asan və yayılmış hesab edir. Lakin bu səhv yanaşmadır. Bu mövzuda mahnıların məhz çoxluğunu nəzərə alaraq fərqli bir iş yaratmaq mümkündür. Mən də klipimdə bu mövzunu fərqli aspektdən görükdürməyə çalışmışam”, — deyə reper əlavə etdi.

Qeyd edək ki, gələn ilin yanvar ayında Orxan Zeynallının işıq üzü görəcək yeni albomunda “Dərində” mahnısı da yer alacaq.

397

Cənubi Qafqazda bir ilk Azərbaycanda gerçəkləşir - VİDEO

14
(Yenilənib 15:35 13.04.2021)
Azərbaycan paytaxtını turistlər üçün maraqlı olan bölgələrlə birləşdirən yolda yeraltı tunel və ən uzun asma körpü tikilir. İşlərin gedişatını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması istiqamətində işlər davam edir. Ölkəmizdə ilk dəfə olaraq məhz bu yolda asma körpü və yeraltı tunel çəkilir. Sözügedən avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol olacaq.

Sürücü Cəlal Eyyubov Sputnik Azərbaycan-a deyir ki, qışda həmin yolda sürüşmə çox olur: "Yollar buz bağlayır, sürücülər üçün, yolu yaxşı bilməyən insanlar üçün narahatlıq yaradır. Yayda da çox sıxlıq olur. Yay aylarında gəlib-gedən insanlar çox olur, yol isə dardır, ona görə də çox sıxlıq yaranır".

Digər sürücü Zabit Əzizov da bu qənaətdədir ki, əgər bu yol yenidən təmir olunarsa, inkişafımıza böyük təsiri olar: "Azərbaycanda ilk dəfə asma körpünün olması həm turist cəlb edəcək, həm də ölkənin prespektivli inkişafına böyük təsir edəcək. Asma körpünün qurulması tezliklə başa çatdırılsa, daha yaxşı olar. Tunel də bizdə birinci dəfə olacaq. Bizim bölgə turist bölgəsi olduğu üçün bunların olması daha çox turist cəlb edəcək".

Lahiyə rəhbəri Zahir Həsənovun sözlərinə görə, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4.5-ci kilometrliyində, Ağsu çayı üzərində tikilən asma körpünün ümumi uzunluğu 1135 metr, hündürlüyü çay səviyyəsindən 76.5 metr, asma qüllələrin hündürlüyü isə 142 metr olacaq:

"Eyni zamanda yol 4 hərəkət zolağından ibarətdir. Körpünün bu parametrlərdə layihəndirilməsində əsas məqsəd mövcud Muğanlı-İsmayıllı avtomobil yolunda olan dolamacların sayının minimuma endirmək və bu yolda baş verə biləcək sürüşmələrin qarşını mümkün qədər almaqdır".

Yol ilk 2 km-lik ərazidə Muğanlı qəsəbəsinə çatmamış mövcud lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə layihələndirilib. Nəticədə yolun Ağsu çayınadək olan hissəsində trassa 1.1 km, Ağsuçaydan sonrakı hissədə yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır. Qeyd edilən körpünün tikintisi və Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması işləri tamamlandıqdan sonra bu region üzrə insanların rahat gediş-gəlişinin təmin edilməsi ilə yanaşı, turizm və kənd təsərrüfatının da inkişafına böyük töhfə verəcək.

Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

14

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO

12
Hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

BAKI, 13 aprel - Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

12
Teqlər:
video, təlim, sülhməramlılar, Azərbaycan Müdafiə Nazirliyi
 Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Bölgələrdəki məktəblərlə bağlı hansı qərar veriləcək? Nazirlik açıqladı

0
(Yenilənib 16:32 13.04.2021)
"Hazırda hansısa bölgədə yerləşən məktəblərdə yoluxma faizinin daha yüksək olduğunu söyləmək mümkün deyil".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Son günlər bölgələrdə yerləşən təhsil ocaqlarında koronavirusa yoluxma hallarının qeydə alınması rayonlarda da təhsilin distant formaya keçəcəyinə dair məlumatların yayılmasına səbəb olub. Xəbərlərə görə, Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidən sonra koronavirusa yoluxma qeydə alınan məktəblərin yerləşdiyi rayonlarda da təhsilin distant formaya keçəcəyi bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə koronavirusa yoluxmaya görə bir sıra bölgələrdə əyani tədris dayandırılıb.

Ağdamda 7 məktəb koronavirusa görə distant tədrisə keçib. Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov deyib ki, rayonun Birinci Yüzbaşılı, Alıbəyli, Əfətli, Mahrızlı, Baharlı-2, Dörd yol-2 və 150 saylı orta məktəblərdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testi pozitiv çıxıb. Eyni zamanda Əhmədağalı kənd tam orta məktəbində 2 sinif, Qaradağlı tam orta məktəbində 1 sinif, 87 saylı tam orta məktəbdə 1 sinif, 97 saylı tam orta məktəbdə 1 sinif fəaliyyətini dayandırıb. Tovuz, Qazax, Mingəçevir, Şəmkir rayonlarında da koronavirusa yoluxmaya görə ənənəvi tədrisi dayandırılan məktəblər var.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda şagird sıxlığı yüksək olan məktəblərdə əyani tədris dayandırılıb. Yoluxma qeydə alınan digər bölgələrdə isə şagird sıxlığı çox deyil:

"Bakıda 440 min şagird var. 1,6 milyon şagirdin yarısı bağlanan məktəblərdə yerləşir. Digər rayonlarda şagird sayı çox aşağıdır. Sıxlıq, demək olar ki, o qədər də çox deyil. Bundan əlavə, bölgələrdə intensivlik aşağıdır. Odur ki, virusa yoluxma qeydə alınan rayonlarda təhsili tam dayandırmağa ehtiyac yoxdur. Məktəblərdə tədrisin dayandırılması lokal xarakter daşımalıdır".

K.Əsədov bildirir ki, koronavirusa yoluxma qeydə alınan məktəblərdə ənənəvi təhsilin tam dayandırılması bölgələrdə təhsildən yayınmaya yol açır: "Əgər bölgələrdə bir neçə məktəbdə yoluxmaya görə rayon üzrə təhsil dayandırılsa, şagirdlər üçün problemlər yaranacaq. Çünki rayonların çoxunda alternativ təhsil almaq imkanı çox aşağıdır. Dərslər distanta keçərsə, bölgələrdə dərsə qoşulanların sayı azalır. Ona görə də bölgələrdə tədrisin dayandırılmasına ehtiyac yoxdur".

Ekspert deyir ki, hazırda virusa yoluxma Ağdam, Tovuz, Kürdəmir və Ucar rayonlarındakı təhsil müəssisələrində rast gəlinir: "Elə rayonlar var ki, oradakı ümumtəhsil müəssisələrində ümumiyyətlə virusa yoluxma yoxdur".

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bölgələrdəki məktəblərdə koronavirusa yoluxma barədə rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən mütəmadi məlumat verilir. C.Valehov bölgələrdəki koronavirusa yoluxma qeydə alınan məktəblərdə tədrisin lokal dayandırıldığını söyləyib:

"Koronavirusa yoluxma qeydə alınan məktəblərdə tədris həmin bölgə üzrə yox, yoluxma olan məktəblər üzrə distant formaya keçir".

C.Valehov deyib ki, hazırda hansısa bölgədə yerləşən məktəblərdə yoluxma faizinin daha yüksək olduğunu söyləmək mümkün deyil. Bütün bölgələr üzrə ümumtəhsil ocaqlarında virusa yoluxma qeydə alınır. Əgər yoluxma halları çoxdursa, məktəb müvəqqəti distant formaya keçir.

0
Teqlər:
Təhsil Nazirliyi, yoluxma, bölgələr, təhsil, distant, məktəb
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar