(0:55 / 5.68Mb / просмотров видео: 129)

Tailandda terror 19 nəfərin həyatına son qoydu

23
(Yenilənib 17:16 18.08.2015)
Baş nazirin köməkçisi Pravit Vonqsuvan hücumun kim tərəfindən və ya nə məqsədlə törədildiyinə dair əllərində məlumat olmadığını söyləyib.

Tailandın paytaxtı Banqkokda baş verən terror aktında ölənlərin sayı 19-a çatıb. 

Hər gün minlərlə turistin ziyarət etdiyi Eravan məbədi yaxınlığında törədilən partlayışda 120 nəfərin də yaralandığı bildirilir. 

Baş nazirin köməkçisi Pravit Vonqsuvan hücumun kim tərəfindən və ya nə məqsədlə törədildiyinə dair əllərində məlumat olmadığını söyləyib.

23
Teqlər:
Eravan məbədi, Tailandda terror, Taylandda terror, Tailand

Şəhid anası hər dəfə oğlunun məzarına bir qızılgül gətirən naməlum qızı axtarır - video

47
(Yenilənib 15:15 19.01.2021)
44 günlük Vətən müharibəsində pay sahibi olanlardan bir də 25 yaşlı Mingəçevir şəhər sakini Ruslan Cəfərlidir. Ətraflı videomuzda izləyin.

Ruslan Cəfərli Tərtər rayonunun Suqovuşan, Talış kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 13 oktyabrda isə komandiri ilə birgə şəhid olub və Mingəçevir Şəhidlər xiyabanında dəfn edilib.

Doğmaları sosial şəbəkələrdə bir xanımın onun ölümünə üzülərək yazdığı “Sənə qurban olum, Ruslan, sən nə tez qara torpağa getdin?!” statusuna rast gəliblər. Bir müddət sonra isə onun məzarını ziyarətə gedəndə orada tək qızılgül görüblər. Şəhidin anası Tahirə Nağıyeva həmin gülün kim tərəfindən qoyulduğunu bilmir. Ana həmin xanımı görmək, onunla söhbətləşib bir az təsəlli tapmağı arzulayır.

Bir bacının yeganə qardaşı olan Ruslan Cəfərli ölkə başçısının sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

47

Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər

9
Üçtərəfli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

9
Bakıda qarlı hava, arxiv şəkli

Sabah yollar buz bağlayacaq

0
(Yenilənib 15:49 20.01.2021)
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 3-7 dərəcə şaxta olacaq.

BAKI, 20 yanvar — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, gündüz 1-3, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Yanvarın 21-də Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 3-7 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

0