"Küçələrə su səpmişəm" - yəhudi icmasının ifasında

977
(Yenilənib 10:58 14.07.2015)

Bu, Berlindəki əsasən Azərbaycandan olan Yəhudi icmasının toplaşdığı sinaqoqdur.

Onlar öz istəkləri ilə, heç kəsin dəstəyi olmadan həftədə bir dəfə toplaşırlar. Öz çıxışları ilə Azərbaycanı xatırlayır, onun mahnılarını, mədəniyyətini yaşadır, təbliğ edirlər. Bu adamları Azərbaycandan artıq onilliklər ayırır. Amma onların Azərbaycan sevgisi tükənmir.

Onlar bu ölkəyə sadiqdirlər, onu sevirlər, təbliğ edirlər, öz qəlblərində yaşadırlar, öz vətənləri kimi… 

977
Teqlər:
Yəhudi icması, Azərbaycandan olan Yəhudi icması, Küçələrə su səpmişəm, Berlin

Ağdam, biz səni yenidən qarış-qarış tikəcəyik: “Ruhlar şəhəri”ndən reportaj video

17
Noyabrın 20-dən etibarən Ağdam rayonu erməni işğalından tamamilə azad edilib. Şəhərdə daş üzərində daş qalmayıb desək, yanılmarıq. Şəhərin 27 illik işğaldan sonra necə göründüyünü videomuzda izləyin.

Ağdam hal-hazırda “Ruhlar şəhəri”nə bənzəyir. Şəhərdə bütün binalar dağıdılıb, ətrafı minalanıb, üzüm sahələri çoxdan əkilib-becərilmir. Ümumiyyətlə, elə təəssürat yaranır ki, elə bil burada 30 il heç kim yaşamayıb.

Bütün bu dağıntılar fonunda isə möcüzə nəticəsində məhv olmayan Cümə Məscidi ucalır. Məscid iki müharibə görüb, dəhşətlərin şahidi olub – 1992-ci ildə Xocalı soyqırımı qurbanlarının nəşlərini Ağdama çatdıraraq bu məscidə gətiriblər. İndi isə, 27 illik işğaldan sonra məscidin ərazisi təmizlənib sahmana salınıb, Azərbaycan bayrağı sancılıb, burada yenidən azan oxunaraq namaz qılınıb.

Füzuli bu gün necə görünür: Erməni faşizminin sübutları
© Sputnik / İbrahim Həşimov / Leyla Orucova

Ağdamlılar artıq məcburi köçkün hesab edilmirlər. Evinə xoş gəldin, Ağdam!

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Azərbaycan Silahlı Qüvvələri Füzuli istiqamətində hərəkət edir – video>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

17

Rusiya FHN Şuşa Xankəndi şəhərlərinə humanitar yardım göndərib - VİDEO

174
(Yenilənib 23:34 22.11.2020)
Noyabrın 22-də Rusiya FHN tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan FHN tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının Şuşa və Xankəndi şəhərlərinə göndərdiyi humanitar yardımın "Samur" sərhəd-keçid məntəqəsində qarşılanaraq müşayiəti təşkil olunub.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, noyabrın 22-də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.

174
Teqlər:
Xankəndi, Şuşa, "Samur" gömrük postu, humanitar yardım, Rusiya, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rusiya FHN
Rusiyalı minaaxtaran, arxiv şəkli

Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

0
(Yenilənib 21:33 23.11.2020)
Pavel Pautov deyib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

BAKI, 23 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib.

"Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək" - deyə rusiyalı hərbçi vurğulayıb.

0
Teqlər:
sülhməramlılar, Rusiya, Mina