Azərbaycan ordusunun növbəti təlimi keçirilir

28
(Yenilənib 12:03 29.05.2015)
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən SQ birlik, birləşmə və bölmələrində döyüşə hazır vəziyyətin yoxlanılması məqsədilə əməliyyat-taktiki, taktiki və taktiki-xüsusi intensiv təlimlər keçirilir.

BAKI, 29 may — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin birlik, birləşmə və bölmələrində döyüşə hazır vəziyyətin yoxlanılması məqsədilə əməliyyat-taktiki, taktiki və taktiki-xüsusi intensiv təlimlər keçirilir.

Bütün səviyyələrdə motoatıcı, tank və digər qoşunlar arasında qarşılıqlı ələqənin yaradılması və döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə keçirilən təlimlər istənilən hava və iqlim, çətin və ağır relyef, o cümlədən gecə və məhdud görmə şəraitində döyüş atışları ilə tam müharibə vəziyyətinə yaxın elementlərlə icra olunur.

Təlimlərdə iştirak edən birləşmə və bölmə komandirləri qoşunların idarə olunmasını, şəxsi heyət isə silahların düzgün tətbiqi, döyüş texnikasının istismarı bacarığı və vərdişlərinin artırılması üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər. Şəxsi heyətin əldə edəcəyi bilik və bacarıqlar gələcək döyüş fəaliyyətlərində məharətlə tətbiq olunacaq.

Yüksək bacarıq və döyüş hazırlığı ilə fərqlənən tank, PDM, artillerya qurğularının heyətləri, hava hücumundan müdafiə və motoatıcı bölmələrin şəxsi heyəti təlim rəhbərliyi və komandanlıq tərəfindən həvəsləndiriliblər.

28

İlk konsertimi Şuşada verəcəyəm –“Sən Supersən!” layihəsinin iştirakçısı

17
(Yenilənib 21:21 02.12.2020)
Şanlı Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra bütün şuşalılar doğma yurduna geri dönəcəkləri günü səbirsizliklə gözləyir. Bu cür ailələrdən biri də Novruzovlar ailəsidir. Daha ətraflı videomuzda izləyin.

Əslən şuşalı olan Səməd Novruzovu Azərbaycanda Rusiyanın NTV kanalında yayımlanan “Sən Supersən!” vokal layihəsində uğurlu iştirakından sonra tanımağa başladılar.

Şuşadan olan məcburi köçkün ailəsi öz oğlunu Moskvaya göndərir>> 

İlk turdan jüri və izləyicilərin simpatiyasını qazanan Səməd Sağlamlıq imkanları məhdud, görmə əngəlli uşaqlar üzrə ixtisaslaşmış 5 nömrəli Respublika xüsusi internat məktəbində oxuyub. Daha sonra ölkəni layihənin ikinci turunda da uğurla təmsil edib. Moskvadan qayıtdıqdan sonra isə Səməd ifa etməyə, vokalla məşğul olmağa, eyni zamanda yerli və beynəlxalq müsabiqələrdə iştirak etməyə davam edib.

Novruzovlar ailəsi — Səmədin atası, anası və kiçik bacısı artıq 28 ildir ki, Bakıda yaşayır. Onlar 1992-ci ildə Ermənistan SQ tərəfindən işğal edilmiş Şuşa şəhərindən məcburi köçkün düşüblər. Oğlanın atası Əbülqasım Novruzov öz oğlunu Milli Konservatoriyanın tələbəsi kimi görmək istəyir.

“Hər qarabağlı kimi, Səməd də müəyyən istedadlarla doğulub – onun gur və gözəl səsi var”, - deyə ata öz oğlu haqqında danışıb.

İndi isə bütün ailə 8 noyabr tarixində şanlı Ordumuz tərəfindən azad edilmiş doğma şəhərinə geri qayıdacağı günü gözləyir. Ailənin hər üzvünün öz arzuları, öz planları var. Səməd isə Şuşa səhnəsində verəcəyi ilk solo konsertə hazırlaşır.

17

Kəlbəcərin Zod qızıl yatağından VİDEOgörüntülər

33
(Yenilənib 14:24 02.12.2020)
Üçtərəfli bəyanata görə, Azərbaycanın Müzəffər Ordusu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonuna daxil olub.

Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağından videogörüntülər yayılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüntüləri Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

33
Teqlər:
video, yataq, qızıl, Azərbaycan, Qarabağ, Kəlbəcər
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

0
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

0