(0:47 / 4.88Mb / просмотров видео: 9)

Londonda etiraz aksiyaları

22
(Yenilənib 18:09 28.05.2015)
Böyük Britaniyanın paytaxtı Londonda hökumətin dövlət xərclərini azaltmasına qarşı kütləvi aksiyalar keçirilib.

BAKI, 28 may — Sputnik. Böyük Britaniyanın paytaxtı Londonda hökumətin dövlət xərclərini azaltmasına qarşı kütləvi aksiyalar keçirilib.

Müxtəlif məlumatlara əsasən, bir neçə min nəfərədək insan öz etirazını bildirmək üçün London küçələrinə çıxıb.

Bu, birinci aksiya deyil. May ayında bir neçə etiraz aksiyası keçirilib. İnsanlar dövlət xərclərinin azalmasına və tətillərə qoyulan məhdudiyyətlərə etiraz edirlər. Çərşənbə axşamı kraliça II Yelizaveta hökumətin proqramını elan edib. Proqramda dövlət vəsaitlərinə qənaət nəzərdə tutulur.

Etiraz aksiyarının təşkilatçılarından olan UK Uncut təşkilatının nümayəndələrinin dediyinə görə, mitinqlərdə "hakimiyyətdəki mühafizəkarların hərkətlərinin ucbatından çətinliklə yaşayan" minlərlə insan iştirak edib. 

Onların sözlərinə görə, mühafizəkarların siyasətinə qarşı növbəti mitinq mayın 30-da keçiriləcək.

22
Əlaqədar
Londonda Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
(2:35 / 20.05Mb / просмотров видео: 97)

Bir ailədən üç əsgər ön cəbhədə: Tat icması qələbə xəbərini dörd gözlə gözləyir video

93
(Yenilənib 13:59 24.10.2020)
Şabran şəhərində orta məktəbin direktoru könüllü olaraq cəbhəyə yollanıb. Tat icmasının nümayəndələri olan bu ailənin əsgərləri necə dəstəklədiklərini, qələbə xəbərini necə gözlədiklərini videomuzda izləyin.

Əsgər anası Məlahət Şamxalova oğlunun onlardan xəbərsiz hərbi səfərbərlikdə könüllü olaraq  qeydiyyatdan keçdiyini bildirib. Əsgər anası deyib ki, onun oğlu ailəsini, övladlarını, şagirdlərini həmişə çox sevib, lakin vətən sevgisi daha üstün olub.

Atası Abdulla Şamxalov isə bildirib ki, 90-cı illərdə baş verən Qarabağ müharibəsində azsaylı xalqlardan olan tatlar da müharibədə şücaət göstərib. Onlar vətəni çox sevir, vətən uğrunda son damla qanına qədər vuruşmağa hazırdır.

Qarabağ əlili olan Muxtar Şabəddinov qəhrəmanımızın dayısıdır. Dediyinə görə, onun oğlu da ön cəbhədədir:

“Oğlum və bacımın oğlu müharibədə vuruşur. Mən bir Qarabağ əlili kimi bununla qürur duyuram. Mən özüm də könüllü olaraq səfərbərliyə müraciət etmişəm. Mənə ehtiyac olarsa, düşünmədən cəbhəyə yollanmağa hazıram”.

Məktəb direktorunun azyaşlı oğlu Orxan da atası ilə qürur duyduğunu bildirir.

93

Ermənistan ordusunun döyüş texnikaları məhv edilib VİDEO

205
(Yenilənib 23:01 24.10.2020)
Rəşadətli Azərbaycan Ordusu tərəfindən işğalçıların döyüş texnikalarının məhv edilməsi davam etdirilir.

Ermənistan silahlı qüvvələrinin döyüş texnikaları məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən bildirilib.

Həmin görüntüləri təqdim edirik.

205
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

0
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

0