Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya

Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Peyvəndləmə iki mərhələdə aparılacaq. Öncə səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; ikinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar); 50 yaş və daha yuxarı, ən az bir xroniki xəstəliyi olan şəxslər; təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi; yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər vaksinasiya olunacaqlar.

Vaksinasiyada Çinin SinoVac şirkətinin peyvəndindən istifadə olunacaq.