Azərbaycan Tarif Şurasının Əsasnaməsi 2005-ci il dekabrın 26-da təsdiqlənib. O, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin, xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilib.

Sədri Azərbaycan Respublikasının İqtisadiyyat naziridir. Üzvləri maliyyə, vergilər, ədliyyə, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinlərindən və eləcə də Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrlərinin müavinlərindən ibarətdir.
Əsasnaməyə görə, bütün hallarda qiymətlərin tənzimlənməsi ilə bağlı qəbul edilən qərarlar, hazırlanan normativ hüquqi sənədlər, qiymətlərin tətbiqi ilə bağlı mübahisə və ziddiyyətlərin həlli və istiqamətləndirilməsi üzrə işlər Şuranın birbaşa və dolayısı iştirakı və vasitəsi ilə həyata keçirilir. Şura həm də qiymətlərin tənzimlənməsi üzrə beynəlxalq və regional əməkdaşlığın həyata keçirilməsində iştirak edir. 

məqalələr
Dövrü seçmək
Daha 20 məqalə
  • Həftə ərzində
  • Ay ərzində
  • İl ərzində
  • Bütün dövr ərzində
Xəbər lenti
0