Telefonda WhatsApp loqosu, arxiv şəkli

"WhatsApp"da zərərverici virus aşkarlanıb

24
(Yenilənib 21:36 25.08.2021)
Bu troyan digər zərərli modulları yükləyə və işə sala, reklam göstərə və ödənişli abunəlikləri təsdiqləyə bilir.

BAKI, 25 avqust — Sputnik. "Kaspersky" şirkəti məşhur "WhatsApp" mesenceri üçün əlavələrin birində "Triada troyan"ı aşkarlayıb.

Sputnik Azərbaycan şirkətə istinadən xəbər verir ki, şirkətin mütəxəssisləri "WhatsApp" mesenceri üçün "FMWhatsapp16.80.0" əlavəsində "Triada troyanı" aşkarlayıblar.

Bu troyan digər zərərli modulları yükləyə və işə sala, reklam göstərə və ödənişli abunəlikləri təsdiqləyə bilir.

Əksər "WhatsApp" istifadəçisi onun imkanlarını genişləndirmək istəyir. Daha rahat versiya axtarışı zamanı yeni imkanlar (məsələn, dinamik şablonlar seçmək və ya silinmiş mesajları oxumaq) təqdim edən əlavələr yükləyirlər. Onların tərkibində tətbiqdə adətən müxtəlif cür bannerlər kimi meydana çıxan reklamlar olur. Belə olan halda, təcavüzkarlar proqram tərtibatçılarına reklam modulları adı altında zərərli proqramlar verərək bu reklamlardan bir boşluq kimi istifadə edirlər.

2021-ci il ərzində "Kaspersky" həlləri "WhatsApp"la bağlı 33 min hücum, o cümlədən messencerin öz adından istifadə edən və ya əlavə və yeniləmə şəklində olan hücumlar qeydə alıblar.

"Haqqında danışdığımız əlavə istifadəçilər üçün zərərsiz görünür, axı o, doğrudan da nə qeyd olunubsa, onu da edir - əlavə funksiyalar təmin edir. Amma onun tərkibində təkcə reklam modulları yox, həm də troyan proqramları da quraşdırılıb. Buna görə də, tətbiqləri yalnız rəsmi mağazalardan yükləməyi tövsiyə edirik. Onların funksionallığı bir az kasad ola bilər, əsas odur ki, özlərilə cihaza çox sayda zərərli fayllar gətirmirlər", - deyə "Kaspersky"nin təhlükəsizlik üzrə mütəxəssisi İqor Qolovin bildirib.

Xatırladaq ki, troyan proqramlar hazırda dünyada ən geniş yayılmış virus proqramlarıdır.

Həmçinin oxuyun:

"WhatsApp"a şübhəli emoji nişanlar əlavə olunacaq

24
Teqlər:
virus
BakıKart terminalı, arxiv şəkli

"BakıKart" balansını onlayn artırmaq mümkün olacaq

277
(Yenilənib 16:04 24.09.2021)
Yaxın bir həftədə Bakı şəhərinin bütün ərazisindəki “MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq.

BAKI, 24 sentyabr — Sputnik. Bakıda mövcud avtobus parkının 70%-dən çoxu “BakıKart” sisteminə inteqrasiya edilib. İş prosesinə uyğun olaraq digər marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası nəzərdə tutulub.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, fəaliyyət planına əsasən mərhələli qaydada internet portalı üzərindən ödəmənin tətbiqi, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub: “Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Kartın balansını iki üsulla artırmaq mümkündür: birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Ödənilən məbləğ kartın balansına ən geci bir saat ərzində oturacaq".

Bundan başqa, qeyd olunub ki, “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1000-ə çatdırılıb: "Vətəndaşlar artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil, Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKart" balansını artıra biləcəklər. Yaxın bir həftə ərzində isə Bakı şəhərinin bütün ərazisindəki “MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq. Məlumat üçün bildiririk ki, sərnişin ödəmə terminalının əsas ekranında nəqliyyat xidmətləri bölümünə daxil olaraq “BakıKart” işarəsini seçib kartı kart oxuyucuya yerləşdirərək ödəniş edə bilər".

Növbəti mərhələdə digər ödəmə və balans artırma üsullarının da tətbiqi istiqamətində işlər davam etdirilir”.

277
Teqlər:
'BakıKart', Bakı, onlayn
İnternet şəbəkəsi, arxiv şəkli

İki provayder internet tariflərini dəyişdirdi

173
(Yenilənib 19:24 21.09.2021)
Yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.

 

BAKI, 21 sentyabr — Sputnik. İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) internet tariflərinə dəyişiklik edib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.

Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib. Bu da onlayn qoşulma, ağır həcmli yükləmələr və digər əməliyyatların sürətli icrasına imkan yaradıb.

Dəyişikliklərə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün aylıq istifadə haqqı minimum 35%-dək endirilib.

O cümlədən, GPON (Gigabit Passive Optical Network) texnologiyası üzərindən göstərilən xidmətlərin tariflərinə də dəyişiklik olunub.

Qeyd edək ki, "Baktelecom.az" saytı üzərindən "onlayn qoşulma" funksiyası da fəaliyyət göstərir. Optik internet xidmətinə qoşulmanı seçilən tarif əsasında məsafə qət etmədən və növbələrdə vaxt itirmədən onlayn sifariş etmək mümkündür.

Yeni tariflər barədə ətraflı məlumatı hər iki şirkətin rəsmi veb-səhifəsi üzərindən əldə etmək mümkündür.

Eləcə də oxuyun: 

173
Teqlər:
internet, provayder, qiymət, azalma
Heydər Əliyev Mərkəzinin üzərində Azərbaycan bayrağı proyeksiya olunub

Heydər Əliyev Mərkəzi "Alov qüllələri" üzərində Azərbaycan bayrağı proyeksiya olunub

0
(Yenilənib 19:45 27.09.2021)
Bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib.

BAKI, 27 sentyabr — Sputnik. Vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Axşam saatlarında başlayan tədbir çərçivəsində xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunub.

  • "Alov qüllələri" üzərində Azərbaycan bayrağı proyeksiya olunub
    © Photo : APA
  • Heydər Əliyev Mərkəzinin üzərində Azərbaycan bayrağı proyeksiya olunub
    © Sputnik / Murad Orujov
1 / 2
© Photo : APA
"Alov qüllələri" üzərində Azərbaycan bayrağı proyeksiya olunub

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib. Aksiyada "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Qeyd edək ki, sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur. 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilib. Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir.

Eyni zamanda Bakının bəzi küçə və prospektlərində eyvanlardan bayraqlar asılıb. Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər sakinləri, hərbçilər və rəsmilər İkinci Fəxri Xiyabanda uyuyan şəhidlərimizin məzarlarına baş çəkərək şəhidlərin xatirələrini yad ediblər.

Paytaxtda Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş keçirilib. Yürüş iştirakçıları əllərində Vətən müharibəsində qəhrəmancasına şəhid olanların şəkilləri əks olunan plakatlar daşıyıblar.

0