An-26 Siklon təyyarəsindən mənzərə, arxiv şəkli

Yakutiyadakı yanğınlar süni yağışların köməyi ilə söndürülür

51
(Yenilənib 13:31 15.08.2021)
An-26 "Siklon" təyyarəsi havaya yodlaşdırılmış gümüş piropatronları buraxır. Yer səthindən 5 km hündürlükdə olan buludlara təsir edən gümüş yodu su damçılarının kristallaşmasına gətirir və bunun nəticəsində yağış yağır.

BAKI, 15 avqust — Sputnik. Yakutiyadakı yanğınlar süni yağışlarım köməyi ilə söndürülüb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu ölkənin An-26 "Siklon" zondlaşdırıcı təyyarəsi Yakutiya səmasında yağışlar əmələ gətirib ki, bu da yaşayış məntəqələrinə yaxın meşəlik ərazilərdə yanğının qarşısını almağa kömək edib.

"Təyyarənin əməliyyatlara cəlb edilməsi nəticəsində Yakutiyanın bir çox rayonlarında baş verən yanğınların miqyasını azaltmaq mümkün olub", - deyə yerli operativ qərargahdan bildirilib.

Qeyd edək ki, adıçəkilən təyyarə havaya yodlaşdırılmış gümüş piropatronları buraxır. Yer səthindən 5 km hündürlükdə olan buludlara təsir edən gümüş yodu su damçılarının kristallaşmasına gətirir və bunun nəticəsində yağış yağır. Təyyarənin göyərtəsində piropatronların havaya buraxılmasını idarə etmək və ərazidə yanğına nəzarət etmək üçün avadanlıq var. Təyyarə işini bitirdikdən sonra müxtəlif intensivlikli yağıntılar, bəzən isə leysan yağışları da baş verir.

Həmçinin oxuyun:

51
BakıKart terminalı, arxiv şəkli

"BakıKart" balansını onlayn artırmaq mümkün olacaq

273
(Yenilənib 16:04 24.09.2021)
Yaxın bir həftədə Bakı şəhərinin bütün ərazisindəki “MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq.

BAKI, 24 sentyabr — Sputnik. Bakıda mövcud avtobus parkının 70%-dən çoxu “BakıKart” sisteminə inteqrasiya edilib. İş prosesinə uyğun olaraq digər marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası nəzərdə tutulub.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, fəaliyyət planına əsasən mərhələli qaydada internet portalı üzərindən ödəmənin tətbiqi, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub: “Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Kartın balansını iki üsulla artırmaq mümkündür: birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Ödənilən məbləğ kartın balansına ən geci bir saat ərzində oturacaq".

Bundan başqa, qeyd olunub ki, “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1000-ə çatdırılıb: "Vətəndaşlar artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil, Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKart" balansını artıra biləcəklər. Yaxın bir həftə ərzində isə Bakı şəhərinin bütün ərazisindəki “MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq. Məlumat üçün bildiririk ki, sərnişin ödəmə terminalının əsas ekranında nəqliyyat xidmətləri bölümünə daxil olaraq “BakıKart” işarəsini seçib kartı kart oxuyucuya yerləşdirərək ödəniş edə bilər".

Növbəti mərhələdə digər ödəmə və balans artırma üsullarının da tətbiqi istiqamətində işlər davam etdirilir”.

273
Teqlər:
'BakıKart', Bakı, onlayn
İnternet şəbəkəsi, arxiv şəkli

İki provayder internet tariflərini dəyişdirdi

173
(Yenilənib 19:24 21.09.2021)
Yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.

 

BAKI, 21 sentyabr — Sputnik. İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) internet tariflərinə dəyişiklik edib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.

Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib. Bu da onlayn qoşulma, ağır həcmli yükləmələr və digər əməliyyatların sürətli icrasına imkan yaradıb.

Dəyişikliklərə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün aylıq istifadə haqqı minimum 35%-dək endirilib.

O cümlədən, GPON (Gigabit Passive Optical Network) texnologiyası üzərindən göstərilən xidmətlərin tariflərinə də dəyişiklik olunub.

Qeyd edək ki, "Baktelecom.az" saytı üzərindən "onlayn qoşulma" funksiyası da fəaliyyət göstərir. Optik internet xidmətinə qoşulmanı seçilən tarif əsasında məsafə qət etmədən və növbələrdə vaxt itirmədən onlayn sifariş etmək mümkündür.

Yeni tariflər barədə ətraflı məlumatı hər iki şirkətin rəsmi veb-səhifəsi üzərindən əldə etmək mümkündür.

Eləcə də oxuyun: 

173
Teqlər:
internet, provayder, qiymət, azalma
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

0
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

0
Teqlər:
İES, SES