Telefonda WhatsApp loqosu, arxiv şəkli

"WhatsApp"a şübhəli emoji nişanlar əlavə olunacaq

2060
(Yenilənib 20:03 09.08.2021)
Əvvəllər oxşar bir emoji dəsti Apple tərəfindən iPhone istifadəçilərinə tətbiq olunan iOS 14.5 yeniləməsində təqdim edilmişdi.

BAKI, 9 avqust — Sputnik. "WABetaInfo" portalı məşhur WhatsApp messencerinin beta versiyasında yeni emoji nişanlarının müşahidə olunması barədə məlumat yayıb. Bu haqda Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.

Ümumilikdə, yeniləməyə onlarla simvol daxil edilib. Onların arasında yeni mimikalar, cüt gülüşlər və daha çox şey tapmaq olar. Bundan əlavə, tərtibatçılar saqqallı qadınların təsvirlərini də əlavə ediblər.

Əvvəllər oxşar bir emoji dəsti Apple tərəfindən iPhone istifadəçilərinə tətbiq olunan iOS 14.5 yeniləməsində təqdim edilmişdi. Yeni emoji nişanlar dəsti hazırda yalnız Android cihazları üçün WhatsApp 2.21.16.10 beta versiyasında mövcuddur.

Eləcə də oxuyun:

2060
Teqlər:
WhatsApp, nişan, yeni
Yataq

Mütəxəssis - gecə yatmazdan əvvəl mobil telefonu hara qoymaq lazımdır

583
(Yenilənib 09:54 17.09.2021)
Cihazın elektromaqnit dalğalarının müdaxiləsinə səbəb olmaması üçün kardiostimulyatoru olan insanların telefonu özlərindən uzaq tutmaları xüsusilə vacibdir

BAKI, 16 sentyabr — Sputnik. İnsanların əksəriyyəti gecələr də mobil telefondan ayrılmaq istəmir və bu cihazı mümkün qədər özünə yaxın qoymağa çalışır. Hansı hallarda bunun təhlükəli ola biləcəyini "Yaşayış məkanının ekologiyası" laboratoriyasının direktoru Anton Yastrebtsev Sputnik radiosuna verdiyi müsahibədə bildirib.

Mobil cihazlar ilk dəfə ortaya çixanda bəzi həkimlər şüalanmaların xərçəng xəstəliyinin yaranmasına səbəb ola biləcəyindən qorxurdular. Ancaq bu qorxular öz təsdiqini tapmadı. Güman edilir ki, müasir telefon modelləri belə qorxulara səbəb olmamalıdır, çünki onlar insan üçün təhlükəsizliyi təstiqləyən sertifikasiyadan keçiblər. Yastrebtsev hesab edir ki, cib telefonlarının insanın daxili orqanlarına və toxumalarına təsir dərəcəsi hələ tam öyrənilməyib.

Mütəxəssis qeyd edib ki, ümumiyyətlə sertifikatlaşdırma zamanı cihazın bədənə yarım metr məsafədə təsiri qiymətləndirilir. O, telefonu ya bu vəziyyətdə, ya da başdan daha aralı saxlamağı məsləhət görüb.

"Ümumi qayda olaraq bu cihazı nə yastığın altına, nə də yataqda yanına qoyub yatmaq olmaz. Onu başdan bir metr, heç olmasa, ən azı yarım metr aralı saxlamamaq daha yaxşıdır", - deyə Yastrebtsev bildirib.

O əlavə edib ki, kənd yerlərində mobil telefonla yuxuda olan insan arasında məsafə daha böyük olmalıdır, çünki cihaz baza stansiyasından uzaqda olanda şüalanma güclənir.

"Əgər mobil baza stansiyası uzaqdadırsa və əlaqə zəifdirsə, məsələn, kənddə, bağ evində telefon baza stansiyası ilə əlaqə yaratmaq üçün çox enerji sərf edəcək və bu halda şüalanma artacaq. Bunu nəzərə almaq lazımdır. Belə hallarda onu baş nahiyəsindən uzaqlaşdırmaq daha məsləhətdir. Yəni yatmamışdan əvvəl rabitə səviyyəsinə nəzər yetirmək lazımdır", - deyə mütəxəssis izah edib.

Onun sözlərinə görə, cihazın elektromaqnit dalğalarının müdaxiləsinə səbəb olmaması üçün kardiostimulyatoru olan insanların telefonu özlərindən uzaq tutmaları xüsusilə vacibdir.

Yastrebtsev hesab edir ki, telefonla danışarkən simsiz qulaqlıqlardan istifadə etmək daha yaxşıdır.

"Mobil telefonu başınıza yaxın tutmamaq üçün mütləq simsiz qulaqlıqlardan istifadə edin. Bu vəziyyətdə telefonla çox danışsanız, onu hətta masanın üstündə saxlaya bilərsiniz və beləliklə telefon sizi şüalandırmayacaq, orqanizmə heç bir zərər verməyən qulaqlıq şüalandıracaq", - deyə ekspert əminliklə bildirib.

Eləcə də oxuyun:

583
Teqlər:
mobil telefon, sağlamlıq, şüa, enerji
Xaker

İstifadəçilərimizi hədəf alan "skam" sxemləri barədə xəbərdarlıq

3323
(Yenilənib 13:12 14.09.2021)
Təcavüzkarlar insanların heç bir əziyyət çəkmədən öz cüzdanlarını doldurmaq istəyindən tez-tez sui-istifadə edirlər.

BAKI, 14 sentyabr — Sputnik. Mətbuatda yayılan məlumatlara görə, sosial şəbəkələrdə, xüsusilə "Instagram" platformasında istifadəçiyə mesaj göndərərək onun daha əvvəl iştirak etdiyi "giveaway" kampaniyasında qalib olması və uduşun çatdırılması üçün bank hesabına ödəniş etməsi barədə məlumatlandıran saxta səhifələr meydana çıxır.

Sputnik Azərbaycan-ın xəbərinə görə, internetdəki bu cür fırıldaq sxemlərindən qorunmaq üçün "Kaspersky"-dən bildirilir ki, "Skam" – istifadəçiyə səxavətli pul mükafatları təklif edən onlayn fırıldaqçılıq üsuludur. Pulu əldə etmək üçün kiçik bir komissiya ödənişi istənilir. Komissiya təcavüzkarlara çatır, qurban isə əliboş qalır. Əgər istifadəçi ödəniş üçün kart məlumatlarını daxil edirsə, bu zaman təhlükəsizliyi də riskə atmış olur:

"Təcavüzkarlar insanların heç bir əziyyət çəkmədən öz cüzdanlarını doldurmaq istəyindən tez-tez sui-istifadə edirlər. "Skamer"in ilkin hədəfi potensial qurbanda maraq oyatmaq və onu çaşdırmaqdır. "Skamer"in istəyi odur ki, istifadəçidən kiçik məbləğdə pul vəsaiti tələb olunan mərhələdə qurban hipnoz olunmuş olsun və ödənişdən imtina etməsin".

"Kaspersky"-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyir ki, komissiya ödənişi haqqında istək dərhal meydana çıxmır, o istifadəçi artıq qazandığı pulları hara xərcləyəcəyi barədə düşünməyə başladığı mərhələdə meydana çıxır: "Skam" böyük şirkətlər tərəfindən keçirilən sorğu və ya aksiyalar şəklində görünür.

Bundan başqa, "skamer"lər məşhurların keçirdiyi lotereyaların uduşsuz oxşarını yaradırlar. Hazırda "skamer"lər elektron poçtla yanaşı, sosial şəbəkələr, video xidmətlər, bloqlar və s. kimi digər platformalardan da istifadə edirlər".

"Kaspersky" əsas təhlükəsizlik qaydalarını xatırladır:

məktublar, messencer ismarışları və SMS-lərdəki şübhəli linkləri açmayın;

əgər bu və ya digər aksiyada iştirak etmək istəyirsinizsə, öncə mütləq bu aksiyanın həqiqətən də hər hansı şirkət və ya məşhurun keçirdiyini yoxlayın: bunu rəsmi saytda və rəsmi sosial şəbəkə hesablarında öyrənə bilərsiniz;

aktual fişinq və spam saytları bazasına malik etibarlı qoruma həlli quraşdırın;

yadınızda saxlayın, əgər təklif gerçək olmaq üçün həddən artıq cəlbedicidirsə, o, çox güman ki saxtadır.

Həmçinin oxuyun:

* "Microsoft Exchange Server"ə hücumlar artıb - Xəbərdarlıq

Azərbaycanda uşaqlar əsasən hansı saytlara daxil olurlar – Araşdırma

3323
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

0
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

0
Teqlər:
Belarus, ixrac, idxal