Haker, arxiv şəkli

Nazirlikdə laboratoriya yaradılıb: yeni nəsil mütəxəssislər hazırlayacaqlar

14
(Yenilənib 20:17 16.07.2021)
Bu laboratoriyada kibertəhlükəsizliklə bağlı proseslər araşdırılacaq, bu sahə üzrə mütəxəssislər hazırlanacaq, baş verə biləcək kiberhücumlara qarşı həmlələr həyata keçiriləcək.

 

BAKI, 16 iyul — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nəzdində Kiberhücumların Simulyasiya Laboratoriyası yaradılıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, laboratoriyada kibertəhlükəsizliklə bağlı proseslər araşdırılacaq, bu sahə üzrə mütəxəssislər hazırlanacaq, baş verə biləcək kiberhücumlara qarşı həmlələr həyata keçiriləcək.

Həmçinin sistemlərdəki boşluqların yoxlanılması, təhlükəsizlik auditi xidmətinin göstərilməsi planlaşdırılır. Mütəxəssislər tərəfindən mütəmadi simulyasiya hücumlarının həyata keçiriləcəyi laboratoriyada qurumun layihələri, eləcə də digər qurumların istifadəsi üçün nəzərdə tutulan İT hesabatların hazırlanması da mümkün olacaq. Məlumat üçün bildirək ki, kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasında ən önəmli rollardan birini simulyasiya hücumlarının təşkili bacarıqlarının qazandırılması oynayır. Bu, mütəxəssislərə hücumun baş vermə texnikasını dəqiq öyrənməyə, test edilən sistemlərdəki boşluqları aşkarlamağa və çatışmazlıqları vaxtında aradan qaldırmağa imkan verəcək.

Bulud infrastrukturunda qurulmuş laboratoriya tam izolyasiya olunmuş mühiti təmin edir və infrastruktur dəyişikliklərinin daha qısa müddətə həyata keçirilməsinə şərait yaradır. Qeyd edək ki, kibertəhlükəsizlik sahəsi üzrə kadr hazırlanması üçün mütəmadi olaraq laboratoriyada təcrübə proqramları elan ediləcək. Təcrübə proqramlarına seçilən namizədlər müxtəlif tapşırıqlar yerinə yetirəcək, o cümlədən simulyasiya hücumlarında iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycanın İKT yönümlü ilk qurumlarından olan Məlumat Hesablama Mərkəzi (MHM) 1974-cü ildə fəaliyyətə başlayıb. Qurum ölkəmizdə Data Analiz və Smart həllərin ilkin mərhələlərinin formalaşmasında bünövrə rolu oynayıb. "İSO 9001:2015" beynəlxalq keyfiyyət sertifikatına malik Məlumat Hesablama Mərkəzi ölkə əhəmiyyətli bir neçə layihənin texniki operatorudur. Mərkəz Elektron İmza, Bilinq sistemi, Açıq Məlumatlar Portalı, Mobil Cihazların Qeydiyyatı Sistemi, "AzDataCom" şəbəkəsi, "Smartpay" ödəmə sistemi və s. kimi rəqəmsal xidmətlər göstərir.

Eləcə də oxuyun:

14
Teqlər:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, laboratoriya, mütəxəssis, kibertəhlükəsizlik, kibercinayət, kiberhücum
Xaker, arxiv şəkli

Milyonlarla Clubhouse istifadəçisinin məlumatları şəbəkəyə sızıb

1325
(Yenilənib 22:09 25.07.2021)
Ekspertin fikrincə, internet şəbəkəsində olanlar yalnız Clubhouse-da qeydiyyatda olanların deyil, həm də onların telefonlarında olan şəxslərin nömrələridir.

BAKI, 25 iyul - Sputnik. Hakerlər internet platformalarından birində Clubhouse sosial şəbəkəsinin istifadəçilərinin təxminən 4 milyard telefon nömrəsinin satılması barədə status yerləşdiriblər. Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Mark Ryuf özünün tvitter-akkauntunda məlumat verib.

Forumdakı paylaşımlarındakı cinayətkarlar bəyan ediblər ki, sentyabrın 4-dək olan bütün məlumatları satmaq fikrindədirlər və "bir ciddi alıcı axtarırlar". Dediklərini təsdiqləmək üçün onlar 83 milyon nömrəni dərc ediblər.

Ryufun fikrincə, şəbəkədə olanlar yalnız Clubhouse-da qeydiyyatda olanların deyil, həm də onların telefonlarında olan şəxslərin nömrələridir. "Çox yəqin ki, Clubhouse da olmasanız da, sizin nömrəniz də oradadır", - o qeyd edib.

Daha öncə kibertəhlükəsizlik sahəsindəki ekspertlər məlumatlarınızın sızması halında parolları dəyişməyi, ikifaktorlu təsdiqləmədən istifadə etməyi, həmçinin şəxsi məlumatı ümumi bazadan pozmağı tələb etməyi məsləhət görüblər.

Həmçinin oxuyun:

Hakerlərin qurbanı olan məşhur azərbaycanlılar: Virtual hücumlardan necə yaxa qurtarmalı

"Politico": "Rusiyalı hakerlər" ABŞ dövlət departamentinin minlərlə məktubunu oğurlayıb

1325
İT məsələləri üzrə ekspert Vahid Qasımov

İT eksperti kiber hücumlardakı kəskin artımın səbəbini açıqlayır

25
(Yenilənib 17:27 17.07.2021)
İT məsələləri üzrə ekspert Vahid Qasımov deyir ki, onlayn xidmətlərdən istifadə edənlərin sayının artması ilə paralel olaraq kiber hücumlar da artmağa başladı
Vahid Qasımov: “Kiber hücumlardan müdafiə üsulları fərqlidir”

2021-ci ilin birinci rübündə texnologiya sahəsində kiberinsidentlərin sayı 2020-ci ilin dördüncü rübü ilə müqayisədə 54 faiz artıb.

Bəs kiber hücumların sayında belə kəskin artımın səbəbləri nədir?

Mövzunu Sputnik Azərbaycan-a şərh edən İT məsələləri üzrə ekspert Vahid Qasımov deyir ki, pandemiya ilə əlaqədar olaraq onlayn xidmətlərdən istifadə kəskin artıb: “Əvvəl heç bir onlayn xidmət göstərməyən müəssisələr də bu rejimdə fəaliyyət göstərməyə məcbur oldular. Onlayn xidmətlərdən istifadə edənlərin sayının artması ilə paralel olaraq kiber hücumlar da artmağa başladı. Dələduzluq həmişə var və bunun üçün imkanlar olduqca, onun sayı artacaq. Bu baxımdan mən kiber hücumların artmasının əsas səbəbini pandemiya ilə bağlı olaraq onlayn aktivliyin artmasına bağlayıram. Bir çox kiber hücum metodu olduğuna görə ondan müdafiə üsulları da fərqlidir”.

Vahid Qasımovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

25

Londonun su batmış küçələri

0
(Yenilənib 22:21 26.07.2021)
Böyük Britaniyanın paytaxtı son onillikdə ən güclü daşqınlardan biri ilə qarşılaşıb. Sputnik Azərbaycan-ın fotolentində Londonun təbii fəlakətlə necə mübarizə apardığını görə bilərsiniz.

Londonda bazar günü günortadan sonra güclü yağış yağıb.

Su basması ilə əlaqədar yol-nəqliyyat polisi tunellərin və yol qovşaqlarının bağlanması barədə məlumat yayıb.

Şəhər yanğın xidməti bazar günü daşqınla əlaqədar insidentlərlə bağlı 600-dən artıq zəng qəbul edib.

Londonda bir neçə saat ərzində aylıq yağıntı miqdarı düşüb, sel metro stansiyalarına doğru axaraq turniketlərin yanında burulğanlar yaradıb. Daşqın nəticəsində bazar ertəsi nəqliyyatın hərəkətində ciddi ləngimələr olub. 

Britaniyalılara uzunboğaz çəkmələrini şkaflardan çıxarmağı məsləhət görüblər. Sinoptiklərin proqnozlrına görə, yay ən azı üç həftəlik olmayacaq.

 

0
  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.