CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toyların keçiriləcəyi restoranların diqqətinə: Bunları bilməniz vacibdir

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidНовобрачные, фото из архива
Новобрачные, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Abunə olmaq
Şənlik mərasimlərinin keçirilməsinə icazələrin verilməsi üçün icaze.e-gov.az portalı 26 iyun tarixində aktivləşdirilib.

İnsanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, şənlik mərasimlərinin keçirildiyi ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır. Sputnik Azərbayan-ın AQTA-ya istinadən xəbərinə görə, koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə ciddi riayət etmələri zəruri şərtlərdəndir.
Şənlik mərasimləri (toy, nişan, ad günləri və s.) “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir.

Eləcə də, hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsul şəxslər tərəfindən operativ nəzarətin mütəmadi qaydada həyata keçirilməsi zəruridir.

Qaydalara əsasən, şənlik mərasimlərində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir və sahibkarlar tərəfindən bu tələbin icrasına nəzarət edilməlidir. İctimai iaşə müəssisəsində karantin rejiminin tələblərinə riayət olunması üzrə əlaqələndirici məsul şəxs təyin edilməli, obyektlərinin giriş-çıxışlarında, masalarda, kassalarda, sanitar qovşaqlarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğular (dispenserlər) yerləşdirilməli və həmin qurğular işlək vəziyyətdə olmalıdır. Qida qəbulu zallarında, otaqlarda, habelə açıq hava sahələrində oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Bununla yanaşı, koronavirus (COVID-19) pandemiyası dövründə restoranlar üçün adambaşına 100 nəfərə qədər 5.08 m2, 100 nəfərdən sonrakı hər adam üçün əlavə 4,4 m2 tələbinin yerinə yetirilməsi zəruri şərtlərdəndir.

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Portala daxil edilmiş bu məlumatlara dair çıxarış monitorinqə gələn Agentliyin müfəttişlərinə təqdim edilməlidir.

Toy etmək üçün icazə portalı

Şənlik mərasimlərinin keçirilməsinə icazələrin verilməsi üçün icaze.e-gov.az portalı iyunun 26-da aktivləşdirilib.

İyulun 1-dən etibarən toyların müəyyən şərtlər daxilində keçirilməsinə icazə verilib. Şənlik mərasimlərinin keçirilməsi üçün icazə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icaze.e-gov.az portalından əldə olunmalıdır. Portalın fəaliyyəti 26 iyun tarixindən etibarən Mərkəz tərəfindən aktivləşdiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumatı portala daxil etməlidir. Məkan sahibi tərəfindən əməkdaşlar haqqında məlumatlar portala daxil edildikdən sonra qurumda COVID-19 pasportu olan əməkdaşların faiz göstəriciləri haqqında məlumat əsas səhifədə əks olunacaq. 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.

Həmçinin şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatlar icaze.e-gov.az portalına əlavə olunmalıdır. Bu zaman, həmçinin məkan sahibi ilə toy sahibi arasında "Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunması ilə bağlı metodiki göstərişlər"də müəyyən edilmiş tələblərə əməl edilməsinə dair iltizam sənədi də doldurularaq portala yüklənilməlidir. Tədbirin başlamasına 5 gün qalmış tədbirlə bağlı heç bir düzəliş edilə bilməz.

Sistemdən istifadəyə dair təlimat videosu: 

icaze.e-gov.az portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar 9108 "Çağrı" Mərkəzinə müraciət edilə bilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına dəyişiklik edilib. Qərara əsasən, müvafiq şərtlər daxilində şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.

Eləcə də oxuyun:

Azərbaycanda toylara icazə verildi: nələri bilməliyik

Xəbər lenti
0