Smartfonda sosial şəbəkə tətbiqlərinin loqosu, arxiv şəkli

İnternetdə yeni sosial şəbəkə peyda olub

29
(Yenilənib 23:33 01.07.2021)
Facebook və Twitter də daxil olmaqla əsas sosial şəbəkələr on milyonlarla izləyicisi olan Trampı ötən il keçirilən prezident seçkisinin nəticələrini şübhə altına aldıqdan sonra bloklamışdı.

BAKI, 1 iyul — Sputnik. İnternetdə peyda olan yeni sosial şəbəkəni KİV ABŞ-ın sabiq prezidenti, ənənəvi sosial şəbəkələrin blokladığı Donald Trampın komandasının layihəsi adlandırır. 

GETTR adlı şəbəkə smartfonlar üçün tətbiq mağazalarında da əlçatandır. O, funksiyalarına görə Twitter-i xatırladır. Özünü "qərəzsiz və hər kəsə öz rəyini sərbəst bildirməyə imkan yaradan platforma kimi" təqdim edir. 

Politico nəşri yazır ki, GETTR-nin başına Trampın sabiq mətbuat katibi Ceyson Miller durur. Keçmiş prezidentin bu sosial şəbəkə ilə nə qədər maraqlandığı hələ bəlli deyil. "Trampın komandası" hesabı hələlik ölkənin sabiq liderini tərifləyən və rəqiblərini tənqid edən üç şəkilli paylaşım edib.

Facebook və Twitter də daxil olmaqla əsas sosial şəbəkələr on milyonlarla izləyicisi olan Trampı ötən il keçirilən prezident seçkisinin nəticələrini şübhə altına aldıqdan və tərəfdarlarını Konqres binasına hücuma təhrik etməkdə ittiham olunandan sonra bağlamışdı.

Eləcə də oxuyun:

 

29
Teqlər:
ABŞ, sosial şəbəkə, Donald Tramp
Xaker, arxiv şəkli

Milyonlarla Clubhouse istifadəçisinin məlumatları şəbəkəyə sızıb

1343
(Yenilənib 22:09 25.07.2021)
Ekspertin fikrincə, internet şəbəkəsində olanlar yalnız Clubhouse-da qeydiyyatda olanların deyil, həm də onların telefonlarında olan şəxslərin nömrələridir.

BAKI, 25 iyul - Sputnik. Hakerlər internet platformalarından birində Clubhouse sosial şəbəkəsinin istifadəçilərinin təxminən 4 milyard telefon nömrəsinin satılması barədə status yerləşdiriblər. Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Mark Ryuf özünün tvitter-akkauntunda məlumat verib.

Forumdakı paylaşımlarındakı cinayətkarlar bəyan ediblər ki, sentyabrın 4-dək olan bütün məlumatları satmaq fikrindədirlər və "bir ciddi alıcı axtarırlar". Dediklərini təsdiqləmək üçün onlar 83 milyon nömrəni dərc ediblər.

Ryufun fikrincə, şəbəkədə olanlar yalnız Clubhouse-da qeydiyyatda olanların deyil, həm də onların telefonlarında olan şəxslərin nömrələridir. "Çox yəqin ki, Clubhouse da olmasanız da, sizin nömrəniz də oradadır", - o qeyd edib.

Daha öncə kibertəhlükəsizlik sahəsindəki ekspertlər məlumatlarınızın sızması halında parolları dəyişməyi, ikifaktorlu təsdiqləmədən istifadə etməyi, həmçinin şəxsi məlumatı ümumi bazadan pozmağı tələb etməyi məsləhət görüblər.

Həmçinin oxuyun:

Hakerlərin qurbanı olan məşhur azərbaycanlılar: Virtual hücumlardan necə yaxa qurtarmalı

"Politico": "Rusiyalı hakerlər" ABŞ dövlət departamentinin minlərlə məktubunu oğurlayıb

1343
İT məsələləri üzrə ekspert Vahid Qasımov

İT eksperti kiber hücumlardakı kəskin artımın səbəbini açıqlayır

25
(Yenilənib 17:27 17.07.2021)
İT məsələləri üzrə ekspert Vahid Qasımov deyir ki, onlayn xidmətlərdən istifadə edənlərin sayının artması ilə paralel olaraq kiber hücumlar da artmağa başladı
Vahid Qasımov: “Kiber hücumlardan müdafiə üsulları fərqlidir”

2021-ci ilin birinci rübündə texnologiya sahəsində kiberinsidentlərin sayı 2020-ci ilin dördüncü rübü ilə müqayisədə 54 faiz artıb.

Bəs kiber hücumların sayında belə kəskin artımın səbəbləri nədir?

Mövzunu Sputnik Azərbaycan-a şərh edən İT məsələləri üzrə ekspert Vahid Qasımov deyir ki, pandemiya ilə əlaqədar olaraq onlayn xidmətlərdən istifadə kəskin artıb: “Əvvəl heç bir onlayn xidmət göstərməyən müəssisələr də bu rejimdə fəaliyyət göstərməyə məcbur oldular. Onlayn xidmətlərdən istifadə edənlərin sayının artması ilə paralel olaraq kiber hücumlar da artmağa başladı. Dələduzluq həmişə var və bunun üçün imkanlar olduqca, onun sayı artacaq. Bu baxımdan mən kiber hücumların artmasının əsas səbəbini pandemiya ilə bağlı olaraq onlayn aktivliyin artmasına bağlayıram. Bir çox kiber hücum metodu olduğuna görə ondan müdafiə üsulları da fərqlidir”.

Vahid Qasımovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

25
Kişi Tokio-2020 Olimpiya Oyunlarının installyasiyasının qarşısından keçir

Koreya ilə Belarus liderlərini birləşdirən dəyər ermənilərin təbiətin məhvinə sevinməsi

8
(Yenilənib 20:39 01.08.2021)
Təəəcüblü deyil, Laçını, Kəlbəcəri tərk edərkən, evlərə od vuran, meşələri qırıb-dağıdan, 30 ildə abad kəndləri, şəhərləri Xirosimaya çevirən vandal toplumdan başqa reaksiya gözləmək əbəs olardı.

Təbiətə qarşı

Türkiyədə səmaya yüksələn alovlar ürəyimizi dağladı. Düzdür, bir millət-iki dövlət olduğumuzdan belə hadisələr bizdə xüsusi emosiyalar yaradır. Ancaq bu, həm də insani hissdir. Bütün dünya bu vəziyyətlə bağlı dərin təəssüf hissini ifadə edir, kədərlənir. Yalnız ermənilər istisnadır, sosial şəbəkələrin Ermənistan seqmentində toy-bayramdır... Təəəcüblü deyil, Laçını, Kəlbəcəri tərk edərkən, evlərə od vuran, meşələri qırıb-dağıdan, 30 ildə abad kəndləri, şəhərləri Xirosimaya çevirən vandal toplumdan başqa reaksiya gözləmək əbəs olardı.

Qardaş ölkə nə sınaqlar gördü, bunu da geridə qoyacaq. “Ağacsız torpaq vətən deyildir” – deyirdi böyük Atatürk.  Bu cür düşünən xalq nə baş versə də, cənnəti bərpa edəcək.

Təbii fəlakətlərə sevinən toplum isə görünür, anlamır ki, dünyanın bir küncündə məhv olan bir ağac digər küncündə də oksigeni azaldır.

Hadisənin təbii fəlakət olması ehtimalları isə getdikcə öləziyir.

Ermənilər və koreyalılar

Revaş ümidləri öləzimiş Paşinyan isə müttəfiqləri arasında tərəddüdlərini davam etdirir. Bəlkə də manipulyasiyalarını.

Gah Qərbə, gah da Moskvaya yönələn Paşiki daxildə daha çox Qərbin adamı kimi xarakterizə edir, yerli media onun rus kadrlarını təmizlədiyini vurğulayır. Paşikin ritorikası da Rusiyanın tezisi ilə ziddiyyət təşkil edir: şimal nəhəngi bölgədə kommunikasiyaların açılmasının vacibliyini, bunun 10 noyabr bəyanatının tələbi olduğunu deyir, Nikol isə hökumətin son iclasında bu məsələnin müzakirə edilmədiyini söyləyir.

Şimali Koreya kimi arxaik ruhlu dövlət Cənubi Koreya ilə sərhədini açdı, bizim qonşumuz isə...

Şimali Koreyanı xatırlamışkən, Kim Çen İn ordusuna döyüş hazırlığını artırmağı tapşırıb. Kim Cənubi Koreya və ABŞ-ın avqustun ortalarında keçirilməsi palanlaşdırılan illik hərbi təlimləri şimaldakı koreyalılar üçün təhdid kimi qiymətləndirib.

Ümumiyyətlə, Koreya dünyanın ən unikal ölkəsi olaraq qalır (Ermənistan da faşizm ənənələrini yaşadan ölkə kimi bu unikallığa aiddir). Şimali Koreya ilə Ermənistanın fərqi ondadır ki, birincilər bədbəxtliklərindən xəbərdar deyil, ermənilər isə artıq bunu anlayırlar. Təsadüfi deyil ki, hələ rəsmi statistikaya görə, bu ilin əvvəlindən Ermənistanı tərk edənlərlə ölkəyə qayıdanlar arasında nə az, nə çox, 30 min nəfər fərq var. 

Müqayisə üçün deyək ki, son 60 ildə Şimali Koreyadan Cənubi Koreyaya 23000 insan mühacirətə gedib, Cənubi Koreyadan Şimali Koreyaya isə 2 nəfər. Bu yazını Şimali Koreyalılar heç google translate-lə də oxuya bilməyəcəklər, çünki orda internet açıq deyil, ölkədə internet istifadəçilərinin sayı 605 nəfərdir.

Bu arada BMT dünyanın 23 ölkəsində, xüsusən də Afrika qitəsində aclıq fəlakəti gözlənildiyi barədə xəbərdarlıq edib. Məsələn, Əfqanıstanda ilin sonunadək 3,5 milyon insanın aclıq və yoluxucu xəstəliklərdən həyatını itirəcəyi proqnozlaşdırılır.

Bugünkü avantura erməniləri də aclıq çəkən ölkələrin siyahısına doğru aparır.

Belarus idmançılar hara getsin?

Həftənin ən maraqlı açıqlamalarından biri Belarus prezidenti Lukaşenkoya aiddir. Belarus prezident Tokio-2020-yə gedən idmançılara Şimali Koreya liderinin ritorikasında müraciət edib: “Əgər oraya turist kimi gedirsinizsə və əliboş qayıdacaqsınızsa, yaxşı olar ki, qayıtmayasınız. Bunu sizə hansısa ictimai təşkilat rəhbəri kimi yox, ölkə prezidenti kimi deyirəm. Məni necə istəyirsiniz, elə də başa düşün”.

Hələlik, Belarusun 1 qızılı var.

Bu arada Belarus dövlət başçısının nəvəsinin toyu olub. Məclis karantin qaydalarına uyğun olaraq, 70 nəfərlə keçib.

Prezident mandatı olan adamdır, istəsə 7000 adamla da keçirə bilərdi, etməyib.

Deputat adamdır...

Mandat demişkən, bu həftənin ən yaddaqalan hadisələrindən biri deputat mandatlı Elbrus Səlimovun polisi döyməsi idi. Belə ki, Xaçmazda restoranda yeyib-içmək məclisində olan E.Səlimov polisin gecə saat 12 olduğundan restoranın qapadılmalı olduğu tələbinə şillə-təpiklə cavab verib. İndi parlament onun mandatına baxacaq.

E.Səlimov Dağıstan Dövlət Universitetində təhsil alıb. Necə?! Yox, ağlınıza başqa şey gəlməsin, sadəcə, xatırlatdım.

…və təsadüfi deyil ki, bu günlərdə parlamentin payızda buraxılacağı, yeni tərkibin formalaşdırılacağı barədə söz-söhbətlər dolaşır.

Şəhid puluna göz dikənlər

Bu yaxınlarda şəhid ailəsinin evindən oğurluq edən dələduzları polis saxlamışdı. Canını vətən üçün qurban verənlərin malına göz dikməyə dələduzluq demək, yəqin, çox yumşaq səslənir… Ötən həftə isə Göyçay rayon sakini Ş.Qafarova oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun oğurlandığını bildirib. Polis bu şərəfsiz əməlin sahibini də saxlayıb. Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.

Bu hərəkətə də, bu cür addımı atanlara da içəridə nəsə ad tapıb qoyacaqlar, biz başımızı çox yormayaq.

 “Delta” və “Patı”

Koronavirusun “Delta” ştammı sürətlə yayılmağa davam edir. Payızda onun 4-cü dalğa şəklində ciddi qapanmalara səbəb olacağı da istisna deyil.

Yaponiya kimi intizamlı insanların yaşadığı ölkədə ştamm tüğyan edir: Yay Olimpiya Oyunlarının keçirildiyi gündoğar ölkədə bazar günü 12 342 yoluxma hadisəsi təsdiqlənib.

Ştammın görmə, eşitmə zəifliyinə səbəb olduğu deyilir.

Ən azı “Delta” qədər bizim üçün təhlükəyə çevrilmiş daha bir bəla var: Patı. Hər gün onun dəstə-dəstə istifadəçi və satıcıları polis bölmələrinə gətirilir.

Ötən həftə bu bəlanın yayılması ilə bağlı tükürpədici məlumat yayıldı. Belə ki, onun Xankəndidə istehsal olunduğu, məqsədli şəkildə İran vasitəsilə Azərbaycana ötürüldüyü bildirildi. Həm də Almaniya kəşfiyyatına istinadən. Mediada yayılan məlumatlarda qeyd edilir ki, Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, ermənilər əvvəllər “patı” istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə, bu işi Xankəndidə davam etdirirlər.

İslahatlara qarşı

Narkotikin bu qədər tüğyan etməsinə görə təhsil ocaqları da məsuliyyət daşıyır. Amma görünür, əvvəlcə bu ocaqların özünü təmizləmək lazımdır.

Ötən həftə Bakı Dövlət Universitetində universitet rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirildi. Hadisəni universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyevin törətdiyi bildirilir. Ki, onun müqaviləsini uzatmayıblar və İsmixan müəllim də bu cür haqq-hesab çürütməyə qərar verib.

İslahatlara qarşı gedənlər, hətta əli bıçaqlı gedənlər həmişə olur.

İslahalar demişkən, biz BDU-da oxuyanda  (2003-2007) həm də bizim ixtisas - Nəşriyyat işi və redaktəetmə ixtisasının tələbələri üçün nəzərdə tutulmuş komputer otağından istifadəyə icazə verilmirdi, 4 ildə o otağı 2-3 dəfə gördük. Görəsən, islahatlar o otağın qapısındakı qıfılı da qıra bilibmi?!

8