Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN kiberhücumlara görə ABŞ-a müraciətləri dəyərləndirib

© Sputnik / Anton Denisov / Mediabanka keçidЗдание Министерства иностранных дел РФ (в центре), фото из архива
Здание Министерства иностранных дел РФ (в центре), фото из архива - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Abunə olmaq
Rusiyanın xarici siyasət idarəsi kiberhücumlarla mübarizə sahəsində bu ölkənin ABŞ-la əməkdaşlığının gələcəyinə optimist yanaşmır.

BAKI, 28 iyun - Sputnik. Moskva ABŞ-a Rusiyanın dövlət strukturlarına və sistemlərinə qarşı kiberhücumlara dair 40-dan artıq məktub göndərib. Bu barədə RİA Novosti-yə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

"Epizodik, çox nadir hallarda cavab verirlər, yəni, demək olar ki, amerikalılar praktiki olaraq heç vaxt bizim müraciətlərimizə cavab vermirlər", - o əlavə edib.

Diplomat həmçinin qeyd edib ki, digər məsələlərlə yanaşı bu problem Putin-Bayden görüşündə qaldırılıb: "Söhbət "internetin imkanlarından istifadə edərək Voronej vilayətinin səhiyyə sisteminə kiberhücumdan gedirdi", lakin reaksiya olmadı.

Ryabkov belə yanaşmanı yolverilməz adlandırıb: ABŞ "nəyə görəsə hesab edir ki, biz onların bütün iddialarına reaksiya verməliyik, onlar isə bizim müraciətləri sadəcə "görmürlər".

"Onlar qəsdən müraciətləri qəbul etmirlər. Bu ziyanlı mövqedir və heç bir tərəqqiyə gətirməyəcək", - o qeyd edib.

Putin - Bayden görüşü

Cenevrədə iyunun 16-da Putinlə Baydenin tamformatlı sammiti keçirilib. Prezidentlər təkbətək və geniş tərkibdə 4,5 saat görüşüblər və razılaşmalar əldə ediblər. Belə ki, Rusiya lideri bəyan edib ki, strateji sabitliyə dair idarələrarası səviyyədə məsləhətləşmələrə başlamaq barədə qərar verilib. Bundan əlavə, tərəflər nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi barədə prinsipə sadiqliyə dair birgə bəyanat qəbul ediblər.

 

Görüşdə müzakirə olunan əsas mövzulardan biri də kibertəhlükəsizlik sahəsində əməkdaşlıq olub.

Xəbər lenti
0