CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumlarının istifadə etdiyi kompüterlər lisenziyalaşdırılır

© pixabay / Free-PhotosРабота за компьютером, фото из архива
Работа за компьютером, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
"Microsoft Azerbaijan" şirkətinin baş meneceri Qaçay Mirzəyev deyib ki, Azərbaycanın dövlət qurumlarında kompüterlərin lisenziyalaşdırılmasına dair yeni saziş hazırlanır.

BAKI, 14 iyun - Sputnik. Azərbaycanın dövlət qurumlarında istifadədə olan kompüterlərin lisenziyalaşdırma layihəsinin ikinci mərhələsi bu ilin iyun ayında başa çatır.

Bunu "APA-Economics"ə "Microsoft Azerbaijan" şirkətinin baş meneceri Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, hazırda növbəti sazişin imzalanması müzakirə olunur. Neçə dövlət qurumuna və hansı miqdarda lisenziyaların təqdim olunacağı barədə məlumat yekun qərardan sonra açıqlanacaq.

"Ümid edirik, Azərbaycan hökuməti bu sazişi yeniləyəcək və digər ehtiyacı olan dövlət qurumları da bu sazişə qoşulacaq. Xatırladım ki, ilk saziş çərçivəsində 10 min, daha sonra əlavə olaraq 20 min proqram təminatı lisenziyaları alındı. Ümumilikdə, ölkədə dövlət strukturunda təxminən 100 min işçi çalışır. Əlbəttə, onların hamısı dövlət qulluqçusu olmasa da, onlar dövlət işlərinin idarə edilməsində fəaliyyət göstərən insanlardır və dövlət onları həm maddi, həm də qeyri-maddi aktivlərlə təmin edir", - deyə Q. Mirzəyev bildirib. 

Onun sözlərinə görə, ümumilikdə, icra olunan layihə çərçivəsində bu günədək 30 min son istifadəçi kompüterlərin proqram təminatı lisenziyalaşdırılıb.

"Əlbəttə, bəzi qurumların daxilində istifadə olunan proqram təminatları lisenziyalıdır, bəzilərindən isə bizim xəbərimiz yoxdur. Bunun üçün gərək onlar özləri daxili audit keçirsinlər", - o, əlavə edib. 

Xəbər lenti
0