* AZƏRBAYCAN *
Kaliforniyada Tik-tok şirkətinin ofisi, arxiv şəkli

TikTok istifadəçilərin biometrik məlumatlarını toplayır - YENİLİK

21
(Yenilənib 01:27 07.06.2021)
TikTok-un bir milyarddan çox istifadəçisi var. Bu tətbiq təhlükəsizlik məsələsində və Çin hökumətinə istifadəçilərin məlumatlarını verməkdə ittiham edilir.

BAKI, 7 iyun — Sputnik. Çinin TikTok sosial şəbəkəsi yeni bir qərar verərək istifadəçilərinin biometrik məlumatlarını toplamağa başlayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, TikTok diqqəti özünə çəkəcək bir addım atıb. Gizlilik siyasətini yeniləyən şirkət istifadəçilərin biometrik məlumatlarını toplamağa başlayıb. Buna görə, həmin məlumatlar tətbiq tərəfindən saxlanacaq və istifadəçiləri tanımaq üçün istifadə olunacaq. Saxlanılan məlumatlar arasında istifadəçilərin üz və səs izləri də olacaq.

TikTok-un bir milyarddan çox istifadəçisi var. Sosial şəbəkə tətbiqi təhlükəsizlik məsələsində və Çin hökumətinə istifadəçilərin məlumatlarını verməkdə ittiham edilir.

Bu arada digər sosial şəbəkə olan Facebook-a qarşı ikiqat araşdırma başladılıb. Avropa Birliyi və Böyük Britaniya facebook-a qarşı rəqabət məsələsilə bağlı araşdırma başladıb.

Avropa Komissiyası 3 milyard istifadəçisi olan facebook-un reklam xidmətinin rəqabəti pozub-pozmadığını araşdıracaq.

Sosial media nəhənginin reklam bazarında üstünlük təmin etdiyi və əlindəki istifadəçi məlumatları sayəsində haqsız rəqabətə yol açdığı iddia edilir.

Araşdırmalar nəticəsində facebook-un milyardlarla dollar cərimə edilə biləcəyi deyilir.

Avropa Birliyi daha əvvəl Google, Apple və Amazon-a qarşı rəqabət araşdırmaları aparmışdı.

Qeyd edək ki, biometrik məlumatlar - identifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxsin fizioloji xüsusiyyətlərini xarakterizə edən, onu birmənalı və ya digər məlumatlarla uzlaşdıraraq identifikasiya etməyə imkan verən (əl-barmaq və ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs fraqmenti və onun akustik parametrləri, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətlərinin və qüsurlarının təsviri, yazı xətti və imzası və s.), müvafiq standartlar tətbiq olunan və maddi daşıyıcıda əks etdirilən fərdi məlumatlardır. 

Eləcə də oxuyun: 

  • İki məktəbli qız "TikTok" eşqinə ot tayalarını və fermanı yandırıb

  • Azərbaycanlılar daha çox "Whatsapp"da zaman keçirirlər - Araşdırma

21
Xaker

Onlayn satışlarla bağlı problemlər var, diqqətli olun

16
Dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

BAKI, 18 iyun — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib. DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə deyilir:

"Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşların satışa çıxardığı məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirib bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Belə ki, həmin dələduzlar vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edərək və "WhatsApp" vasitəsilə yazaraq guya alacağı məhsulun ödənişini etmək məqsədilə onların şəxsi bank kart məlumatlarının əldə edirlər. Daha sonra onlar vətəndaşların bank kartlarındakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu ("3D secure") əldə etməyə çalışırlar. Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

Bir daha vətəndaşları onlayn alış-veriş zamanı diqqətli olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in "102 - Zəng Mərkəzi"nə məlumat vermələrini xahiş edirik".

Eləcə də oxuyun:

  • Banklar müştəriləri diqqətli olmağa səsləyir - Telefonla məlumatlarınızı ötürməyin

  • Əskinasları yastığın altına yığmayın, vahid ödəniş sistemi qapıdadır

16
Работа за компьютером, фото из архива

Dövlət qurumlarının istifadə etdiyi kompüterlər lisenziyalaşdırılır

23
(Yenilənib 10:07 14.06.2021)
"Microsoft Azerbaijan" şirkətinin baş meneceri Qaçay Mirzəyev deyib ki, Azərbaycanın dövlət qurumlarında kompüterlərin lisenziyalaşdırılmasına dair yeni saziş hazırlanır.

BAKI, 14 iyun - Sputnik. Azərbaycanın dövlət qurumlarında istifadədə olan kompüterlərin lisenziyalaşdırma layihəsinin ikinci mərhələsi bu ilin iyun ayında başa çatır.

Bunu "APA-Economics"ə "Microsoft Azerbaijan" şirkətinin baş meneceri Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, hazırda növbəti sazişin imzalanması müzakirə olunur. Neçə dövlət qurumuna və hansı miqdarda lisenziyaların təqdim olunacağı barədə məlumat yekun qərardan sonra açıqlanacaq.

"Ümid edirik, Azərbaycan hökuməti bu sazişi yeniləyəcək və digər ehtiyacı olan dövlət qurumları da bu sazişə qoşulacaq. Xatırladım ki, ilk saziş çərçivəsində 10 min, daha sonra əlavə olaraq 20 min proqram təminatı lisenziyaları alındı. Ümumilikdə, ölkədə dövlət strukturunda təxminən 100 min işçi çalışır. Əlbəttə, onların hamısı dövlət qulluqçusu olmasa da, onlar dövlət işlərinin idarə edilməsində fəaliyyət göstərən insanlardır və dövlət onları həm maddi, həm də qeyri-maddi aktivlərlə təmin edir", - deyə Q. Mirzəyev bildirib. 

Onun sözlərinə görə, ümumilikdə, icra olunan layihə çərçivəsində bu günədək 30 min son istifadəçi kompüterlərin proqram təminatı lisenziyalaşdırılıb.

"Əlbəttə, bəzi qurumların daxilində istifadə olunan proqram təminatları lisenziyalıdır, bəzilərindən isə bizim xəbərimiz yoxdur. Bunun üçün gərək onlar özləri daxili audit keçirsinlər", - o, əlavə edib. 

23
Охотничье ружье, фото из архива

Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

0
Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbriinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Yerli sakin Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə öncə əmisi oğlu Elmar Sərdar oğlu Fərəcovu, sonra isə bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevi qətlə yetirib.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hadisənin səbəbləri məlum deyil. Hazırda qətl hadisəsi araşdırılır.

 

0