Microsoft loqosu

"Microsoft" şirkəti "Windows 10"dakı kritik səhvi aradan qaldırıb

10
(Yenilənib 20:55 29.04.2021)
Şirkət problemin mövcudluğunu rəsmən etiraf etməsə də, həmin sistem səhvinin tam aradan qaldırılmasını təmin edən KB5001330 kodlu yenilənməni istifadəyə verib.

 

BAKI, 29 aprel — Sputnik. İstifadəçilərin kompüterlərindəki "Windows 10" əməliyyat sistemində ehtiyat surətlərin itməsi ilə bağlı səhvlər "Microsoft" şirkətinin aprel yenilənmələrində aradan qaldırılıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, adıçəkilən səhv əməliyyat sisteminin fevral yenilənmələrində müşahidə olunub.

Belə ki, həmin sistem səhvi "Windows"da problemlər yarandığı təqdirdə istifadəçiləri bir çox çətinlikdən qurtaran "ehtiyat surətlərin avtomatik yaradılması" funksiyasının itməsinə səbəb olub. Bundan əlavə, həmin surətlərin səyyar qaydada da yaradılması da mümkün olmayıb.

"Microsoft" şirkəti təqribən iki ay istifadəçiləri narahat etmiş problemin mövcudluğunu rəsmən etiraf etməsə də, həmin sistem səhvinin tam aradan qaldırılmasını təmin edən KB5001330 kodlu yenilənməni istifadəyə verib.

Lakin fevral yenilənməsi ilə bağlı problemlər hələ də tam olaraq aradan qalxmayıb. Belə ki, istifadəçilər hələ də bəzi kompüterlərdə veb-kameraların işinin sabitliyinə mənfi təsir edən digər bir sistem səhvindən şikayət edirlər.

10
Teqlər:
səhv, Windows 10
Flora Kərimova

İP qurbanı olan məşhurlar - buna görə cəza tətbiq olunurmu?

1171
(Yenilənib 00:59 02.05.2021)
Hüquqşünas: "Hazırda informasiya dövrüdür. Bu cür xəbərlər tez-tez yayılır və insanlar bundan zərər çəkirlər. Əslində bununla bağlı inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmalıdır".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Mediada zaman-zaman hansısa məşhurun ölüm xəbəri yayılır. Bu da həmin məşhurların doğmalarına mənfi təsir edir. Bu yaxınlarda Kütləvi İnformasiya Vasitələrində Xalq artristi Flora Kərimovanın ölüm xəbəri yayıldı. Bunu dəqiqləşdirmək üçün müğənninin köməkçisi Yaqut İmanova ilə əlaqə saxladıq. İmanova bu xəbərin yalan olduğunu dedi: "Bu, yalan xəbərdir. Mən xalam haqqında danışmışam. Media nümayəndələri də yalandan yazıblar ki, Flora xanım dünyasını dəyişib. Media nümayəndələrindən çox xahiş edirəm ki, informasiyanı araşdırmadan məlumat yazmasınlar".

Gənclər və idman naziri Azad Rəhimov
© Sputnik / Murad Orujov

Mərhum məşhur gitaraçı, Xalq artisti Rəmişin də vəfatından öncə dəfələrlə ölüm xəbəri yayılmışdı. Xalq artisti vəfat etdikdən sonra mərhumun xanımı Gülü Hüseynova: "O qədər yalandan Rəmiş öldü yazdız ki, öldü. Gedin, başınıza xına qoyun, Rəmiş öldü. Allah sizi qırsın", - demişdi.

Bir müddət öncə Xalq artisti Azər Zeynalovun dilinin tutulması, danışa bilməməsi haqqında mətbuatda xəbər yayılmışdı.

Xalq artistinin xanımı mətbuatda yayılan Zeynalovun danışa bilməməsi ilə bağlı xəbərlərin yalan olduğunu söyləmiş və buna görə mətbuatı qınamışdı: "Təəssüf ki, mətbuatda yazdılar ki, guya Azər müəllim danışa bilmir. Bunu araşdırmadan necə verə bilərlər? Səhhətində hər şey qaydasındadır, danışa bilir. Sadəcə olaraq həkim deyir ki, ona həyəcanlanmaq olmaz, ona görə də telefondan istifadə etməyə icazə vermir".

Ötən həftə aktyor Elməddin Cəfərovun da ölüm xəbəri yayılmışdı. Aktyor bizə verdiyi açıqlamada KİV-ləri tənqid etmişdi:

"Xəbər yayılandan bəri heç bir iş görə bilmirdim. Dost-tanış, qohum-əqraba hər kəs mənə zəng edirdi. Anlaya bilmirəm, bununla nə qazanırlar? IP qazanmaq xatirinə bunu necə edə bilərlər? Axı mənim də doğmalarım var?! Bu xəbərin ən pisi odur ki, doğru olanda inanmayacaqlar. Sən 10 nəfər izləyici qazanacaqsan deyə mənim doğmalarım stress keçirməlidirlər? Mən heç bir təzminat davası açmadım. Elə xarakterli insan deyiləm. Bu gün mənim doğmalarım narahat oldular, sabah başqası üçün bu xəbəri yayacaqlar. Ola bilər ki, onun doğmaları bu xəbərdən sarsılıb ciddi xələl görə bilər".

Bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Quliyevin vəfat etməsi barədə xəbər yayılıb. "Yeni Klinika"da müalicə olunan aktyorun ötən gün dünyasını dəyişdiyi bildirilib. TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış məlumatın yalan olduğunu bildirib.

Bəs görəsən, bununla bağlı qanunvericiliyimizdə konkret olaraq maddə varmı? Bunu araşdırmaq üçün hüquqşünas Xəyal Bəşirovla əlaqə saxladıq. Hüquqşünasın Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, qanunvericilikdə yalan xəbər verən hansısa mətbu orqanı cəzalandırma kimi maddə yoxdur: "Bu cür xəbərlərin rezonansından kiməsə xələl gələrsə, bunu sübut etmək də çətindir. Əgər bu xəbərdən kiminsə səhhətində problem yaranıbsa, sağlamlığına zərər vurulması ilə bağlı cinayət məsuliyyətinə cəlb oluna bilər. Amma bunu o xəbərlə əlaqələndirmək və sübuta yetirmək çox çətin bir prosesdir. Bəzi ölkələr var ki, bu cür xəbərləri yayanları bəzən inzibati, bəzən də cinayət məsuliyyətinə cəlb edirlər. Amma bizdə bu yoxdur. Hazırda informasiya dövrüdür. Bu cür xəbərlər tez-tez yayılır və insanlar bundan zərər çəkirlər. Əslində bununla bağlı inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmalıdır. Bu tipli xəbərlərə görə "şəxsi həyata müdaxilə" maddəsi ilə də cinayət işi açıla bilər. Amma bunu da sübuta yetirmək lazım gələcək".

1171
Teqlər:
media, qanun, ip, yalan, xəbərlər, vəfat, məşhurlar
Telefonda WhatsApp loqosu, arxiv şəkli

"WhatsApp"-da dəyişikliklər: sms-lərlə bağlı yeniliklər

28
(Yenilənib 20:27 26.04.2021)
Hazırda "WhatsApp" parametrlərində sms-lərin yalnız 7 gün sonra avtomatik silinməsi funksiyasını seçmək olar. Bu halda həmin sms-lər həm göndərən, həm də alan tərəfin cihazından silinir.

 

BAKI, 26 aprel — Sputnik. Hazırda populyar messencer olan "WhatsApp"ın mütəxəssisləri sms-lərin avtomatik olaraq yoxa çıxması funksiyasının yenilənməsi üzərində işləyirlər. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yeni funksiya işə düşdükdən sonra sms göndərildikdən artıq 24 saat sonra onun yaddaşdan avtomatik silinməsi mümkün olacaq. Yeni funksiya həm təkbətək, həm də qrupdaxili yazışmalar üçün əlçatan olacaq.

Hazırda "WhatsApp" parametrlərində sms-lərin yalnız 7 gün sonra avtomatik silinməsi funksiyasını seçmək olar. Bu halda həmin sms-lər həm göndərən, həm də alan tərəfin cihazından silinir.

Yeni funksiya hələ ki beta-sınaqdan keçirilir. Əməliyyat sistemində növbəti yenilənmələrdən sonra həmin funksiyanın Android, iOS və stolüstü versiyalar üçün əlçatan olacağı gözlənilir.

28
Teqlər:
silinmə, sms, yenilik, WhatsApp
Ağstafa rayonunda Qaltan dərəsi, arxiv şəkli

Sabahın hava proqnozu: yağış, şimşək, dolu

0
(Yenilənib 16:27 06.05.2021)
Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 6 may — Sputnik. Azərbaycanda mayın 7-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 18-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Mayın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 7-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0