CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Süni intellekt itirilmiş şedevrləri bərpa etməyi öyrənib - VİDEO

© AFP 2023 / Mladen AntonovЖенщина у картины в торговом центре River City Arts and Antiques в Бангкоке
Женщина у картины в торговом центре River City Arts and Antiques в Бангкоке - Sputnik Azərbaycan, 1920, 21.04.2021
Abunə olmaq
Hələ 2018-ci ildə qalereyanın ekspertləri rentgen vasitəsilə müəyyən ediblər ki, Pikassonun fırçasının 1902-ci ilə aid izləri altında onun müasiri, kataloniyalı digər rəssam Santyaqo Rusinolyinin Barselonanın Labirint Ort parkının təsvir olunduğu peyzaj əsəri gizlənib.

BAKI, 21 aprel — Sputnik. London Universitetinin nəzdindəki kolleclərdən birinin alimləri Entoni Buraçed və Corc Kann süni intellekt və 3D printer vasitəsilə itirilmiş incəsənət əsərlərinin tam rəngli surətini yaratmağa müvəffəq olublar. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, mütəxəssislər yeniliyi Pablo Pikassonun Kanadanın Toronto şəhərindəki Ontario incəsənət qalereyasında saxlanılan "Çöməlib oturmuş yoxsul qadın" (1902) əsəri üzərində yoxlayıblar.

Hələ 2018-ci ildə qalereyanın ekspertləri rentgen vasitəsilə müəyyən ediblər ki, Pikassonun fırçasının 1902-ci ilə aid izləri altında onun müasiri, kataloniyalı digər rəssam Santyaqo Rusinolyinin Barselonanın Labirint Ort parkının təsvir olunduğu peyzaj əsəri gizlənib. Məsələ bundadır ki, sənətə təzə başlayan Pikasso yeni kətan parça almağa pulu olmadığı üçün "Çöməlib oturmuş yoxsul qadın" əsərini artıq çəkilmiş digər şəkil üzərində həkk edib.

Texnologiya bu faktı aşkara çıxarsa da, Pikassonun müdaxiləsindən əvvəl həmin şəklin görünüşünün necə olduğunu tam təsəvvür etmək mümkün olmayıb.

İndi isə Buraçed və Kann öz yeniliklərini tətbiq edərək kataloniyalı rəssamın itirilmiş əsərinin 100-dən artıq üçölçülü surətini yaradıblar. Onlar printeri elə proqramlaşdırıblar ki, cihaz Rusinolyinin fırçasının izlərini dəqiqliklə təsvir edərək lazımi rəngləri bir-birinə qarışdırıb.

"Bunu əvvəllər heç kim edə bilməyib. Kətan üzərinə bu üsulla boya və mürəkkəbin çəkilməsi üçölçülü çap işində irəliyə doğru atılmış böyük bir addımdır", - deyə Buraçed bildirib.

Hazırda Pablo Pikassonun müasirinin bərpa edilmiş əsərlərinin hər birinin qiyməti 11 min dollardır və hər bir lövhəyə dələduzlardan qorunmaq üçün xüsusi işarə və unikal kod həkk olunur.

 

Xəbər lenti
0