Facebook şirkətinin ofisi, arxiv şəkli

“Facebook”un yarım milyarddan çox istifadəçisinin şəxsi məlumatları yayıldı

18
(Yenilənib 10:15 05.04.2021)
Forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon daxil olmaqla ümumilikdə 106 ölkədən olan istifadəçilərin tam adları, yeri, doğum tarixi, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları forumda yayılıb.

BAKI, 3 aprel - Sputnik. "Facebook" sosial şəbəkəsinin 533 milyondan çox istifadəçisinin şəxsi məlumatları haker forumunda yerləşdirilib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə "Business Insider" nəşri məlumat yayıb. 

Qeyd olunub ki, forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon daxil olmaqla ümumilikdə 106 ölkədən olan istifadəçilərin tam adları, yeri, doğum tarixi, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları forumda yayılıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür məlumatlar kiber cinayətkarlar üçün dəyərli ola bilər.

18
Teqlər:
haker hücumu, hakerlər, haker, Facebook istifadəçiləri, "Facebook", Facebook, facebook, Facebook
Kompüter arxasında qız, arxiv şəkli

Bu qurumlar "Hökumət buludu"na keçəcək

24
(Yenilənib 19:42 10.04.2021)
Maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Energetika Nazirliyi, Dövlət Reklam Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi və Gənclər Fondunun nümayəndələri ilə görüşlər təşkil olunub.

BAKI, 10 aprel — Sputnik. Azərbaycanda daha 5 dövlət qurumunun "Hökumət buludu"na ("G-cloud") keçidi ilə bağlı müzakirələr aparılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "AzInTelecom" MMC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid planı üzrə dəyirmi masalar davam etdirilir.

"Hökumət buludu"na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Energetika Nazirliyi, Dövlət Reklam Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi və Gənclər Fondunun nümayəndələri ilə görüşlər təşkil olunub və müzakirələr aparılıb.

Qeyd edək ki, cari ildə "Hökumət buludu"na keçidi nəzərdə tutulan 36 dövlət qurumu ilə görüşlər təşkil olunacaq. Bu günədək Müdafiə Sənayesi Nazirliyinin, Ədliyyə Nazirliyinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, İpoteka və Kredit Zəmanət Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə görüşlər baş tutub.

24
Kişi Google şirkətinin loqosunun qarşısından keçir, arxiv şəkli

"Google" öz prosessorunu buraxacaq

9
"Google"-un hazırda aktual olan "Pixel" seriyalı smartfonlarında "Qualcomm" prosessorlarından istifadə olunur.

 

BAKI, 8 aprel — Sputnik. Dünyanın İT nəhənglərindən biri olan "Google" növbəti flaqman smartfonlarını şirkətin öz istehsalı olan prosessorlarla buraxacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hazırda "Google" və "Samsung" şirkətinin əməkdaşları yeni çip üzərində birgə iş aparırlar. "Whitechapel" adını almış prosessorun ilin sonuna qədər hazır olacağı bildirilir. Ehtimal ki, yeni qurğu ilk dəfə payızda təqdim olunacaq "Pixel 6" seriyalı smartfonlarda istifadə ediləcək.

Qeyd olunur ki, "Google"-un hazırda aktual olan "Pixel" seriyalı smartfonlarında "Qualcomm" prosessorlarından istifadə olunur.

Ekspertlər hesab edir ki, öz prosessorunu buraxmaqla şirkət smartfonların iş məhsuldarlığını artırmağa və təchizatçılardan asılılığı aradan qaldırmağa çalışır. Jurnalistlərin əldə etdikləri məlumatlara əsasən, yeni çip əvvəlcə smartfonlarda, sonra isə "Chromebook" noutbuklarında tətbiq olunacaq. Onların fikrincə, bununla "Google" öz prosessorları əsasında "iPhone" və "iPad" buraxan "Apple" şirkətinin konsepsiyasını təkrar edir.

Xatırladaq ki, ötən ilin noyabrında "Apple" öz məhsulu olan M1 prosessorları əsasında yeni kompüterlərini də təqdim edib. Əvvəllər isə "Apple" kompüterlərində "Intel" markalı çiplərdən istifadə olunurdu.

Qeyd edək ki, öz prosessorları əsasında smartfon istehsal edən şirkətlərdən biri də "Samsung" şirkətidir.

9
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgindir

0
(Yenilənib 23:05 19.04.2021)
Ermənistanda bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

BAKI, 19 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.

Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0