Asılılıqdan qurtulmağa yardım eden çip

Çipli çipsiz insanlar: cəmiyyət düşünür?

77
(Yenilənib 15:59 23.03.2021)
Gələcəkdə implantlar, süni orqanlar tibbin əsas tendensiyalarından biri olacaq. Bununla belə, məqsəd bir qədər fərqli olacaq - nəinki kompensasiya etmək, həm də keyfiyyəti yaxşılaşdırmaq və ömrü uzatmaq üçün.

BAKI, 23 mart - Sputnik. Kaspersky şirkəti insanların insan bədəninin qabiliyyətlərini təkmilləşdirən və mövcud məhdudiyyətlərin (məsələn, bionik protezləri) öhdəsindən gələn texnologiyalardan (məsələn, çiplər və implantlar) istifadə barədə nə düşündüklərini öyrənmək üçün beynəlxalq bir sorğu keçirib. Şirkətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, respondentlərin, demək olar ki, yarısı (46.5%) hər kəsin müasir ixtiraların köməyi ilə öz bədənini dəyişdirmək hüququna malik olduğuna inanır.

Sorğuda iştirak edənlərin yalnız 12%-i bədənlərində mexaniki və ya elektron komponentlər gəzdirən insanlarla işləməyin əleyhinə olduğunu bildirib. Səbəb isə mümkün narahatlıqdır, çünki bu cür texnologiyalar xüsusi üstünlüklər təmin edə bilər. Respondentlərin üçdə birindən çoxu (39%) təkmilləşdirici texnologiyaların istifadəsinin gələcəkdə bərabərsizlik və ya qarşıdurmaya səbəb ola biləcəyindən qorxur. Demək olar ki, hər iki nəfərdən biri (49%) həm adi insanların, həm də implant və ya çipli insanların yaşayacağı bir cəmiyyət fikri ilə bağlı nikbin və hətta həvəslidir. Respondentlərin üçdə birindən çoxu təkmilləşdirici texnologiyalardan istifadə etmək istəyənləri hər zaman anlayışla qarşıladıqlarını və 17%-i isə bu cür insanların mövcudluğunu qəbul etməyin on il əvvələ nisbətən indi daha asan olduğunu söyləyir.

Hər iki nəfərdən biri (51%) bədəninə implant cihazlar yerləşdirilmiş insanlarla şəxsən qarşılaşıb. Ümumiyyətlə, respondentlərin 24%-i orqanizmə texnoloji müdaxilə fikrini cəsarətli hesab edir. Sorğuda iştirak edənlərin, demək olar ki, yarısı (45%) belə bir şəxslə görüşə getməyə razı ola biləcəyini, 5.5%-i isə artıq belə bir görüşdə olduğunu söyləyib.

“Öz bədənimizin məhdudiyyətlərini aşmağa və qabiliyyətlərini təkmilləşdirməyə imkan verən texnologiyalara maraq artır. Əlbəttə ki, hər bir innovasiya sahəsində olduğu kimi, burada da risklər var. Araşdırmamız göstərir ki, bu cür cihazlar kibertəhdidlərə qarşı həssasdır. Gələcəkdə bu texnologiyaların bəşəriyyətin həyatını yaxşılaşdıracağına inanırıq, amma bunun üçün bu gün onların mümkün hücumlara qarşı davamlı olması üçün çalışmalıyıq. Hökumətlər, sənaye liderləri, kibertəhlükəsizlik mütəxəssisləri birlikdə etibarlı bir gələcək qurmaq üçün güclərini birləşdirməlidir”, - deyə Kaspersky-nin Rusiya tədqiqat mərkəzinin rəhbəri Maria Namestnikova bildirib.

Bir ailə üzvünə tibbi səbəblərdən belə bir müdaxilə tələb olunduğu təqdirdə, əgər söhbət bionik qoldan gedərsə, respondentlərin 38%-i bunu sakit qarşılayacağını, 37%-i isə eyni reaksiyanı mövzunun bionik bir ayaq olacağı təqdirdə göstərəcəyini bildirib. Respondentlərin təxminən üçdə biri (29,5%) öz şəxsi fikrindən asılı olmayaraq, qohumunun texnologiyanı qeyri-tibbi səbəblərdən öz bədəninin imkanlarını təkmilləşdirmək üçün tətbiq etmə qərarını dəstəkləməyə hazırdır.

“İmplantların, süni orqanların və bionik protezlərin hazırlanması sahəsi hazırda başlanğıc mərhələdədir. Əvvəllər bu istiqamət yalnız klassik səhiyyəyə əlavə olaraq inkişaf etmişdisə, bu gün ayrı bir istiqamət olaraq seçilməyə başlayır. Fikrimizcə, gələcəkdə bu, tibbin əsas tendensiyalarından biri olacaq. Bununla belə, məqsəd bir qədər fərqli olacaq - nəinki kompensasiya etmək, həm də keyfiyyəti yaxşılaşdırmaq və ömrü uzatmaq üçün, - deyə Motorika şirkətinin həmtəsisçisi və baş icraçı direktoru İlya Çex bildirib. - İndi bu istiqamət bütün dünyada inkişaf edir. Üstəlik, investisiya və cəmiyyətə texnoloji töhfə baxımından ən perspektivli sahələrdən biridir. Bu, cəmiyyətin simasını və böyük ehtimalla sosial quruluşunu əhəmiyyətli dərəcədə dəyişdirəcək bir seqmentdir. Buna görə də bu cür texnologiyaların yaradılması ilə məşğul olan şirkətlər inkişaflarını mümkün qədər rəvan həyata keçirməlidirlər. Bu səbəbdən də, yəqin ki, kəskin bir sıçrayış olmayacaq, bir gün sadəcə bu cür texnologiyaların artıq hər yerdə istifadə edildiyini və hər kəsin bu və ya digər implantlara sahib olduğunu görəcəyik".

Qeyd edək ki, sorğu Kasperksy-nin sifarişi əsasında Atomik Research şirkəti tərəfindən 2021-ci ilin mart ayında aparılıb. Sorğuda Asvtriya, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya və Böyük Britaniyadan 6500 nəfər iştirak edib.

77
Teqlər:
sorğu, süni orqanlar, bionika, protez, çip
Kompüter arxasında qız, arxiv şəkli

Bu qurumlar "Hökumət buludu"na keçəcək

19
(Yenilənib 19:42 10.04.2021)
Maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Energetika Nazirliyi, Dövlət Reklam Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi və Gənclər Fondunun nümayəndələri ilə görüşlər təşkil olunub.

BAKI, 10 aprel — Sputnik. Azərbaycanda daha 5 dövlət qurumunun "Hökumət buludu"na ("G-cloud") keçidi ilə bağlı müzakirələr aparılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "AzInTelecom" MMC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid planı üzrə dəyirmi masalar davam etdirilir.

"Hökumət buludu"na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Energetika Nazirliyi, Dövlət Reklam Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi və Gənclər Fondunun nümayəndələri ilə görüşlər təşkil olunub və müzakirələr aparılıb.

Qeyd edək ki, cari ildə "Hökumət buludu"na keçidi nəzərdə tutulan 36 dövlət qurumu ilə görüşlər təşkil olunacaq. Bu günədək Müdafiə Sənayesi Nazirliyinin, Ədliyyə Nazirliyinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, İpoteka və Kredit Zəmanət Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə görüşlər baş tutub.

19
Kişi Google şirkətinin loqosunun qarşısından keçir, arxiv şəkli

"Google" öz prosessorunu buraxacaq

8
"Google"-un hazırda aktual olan "Pixel" seriyalı smartfonlarında "Qualcomm" prosessorlarından istifadə olunur.

 

BAKI, 8 aprel — Sputnik. Dünyanın İT nəhənglərindən biri olan "Google" növbəti flaqman smartfonlarını şirkətin öz istehsalı olan prosessorlarla buraxacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hazırda "Google" və "Samsung" şirkətinin əməkdaşları yeni çip üzərində birgə iş aparırlar. "Whitechapel" adını almış prosessorun ilin sonuna qədər hazır olacağı bildirilir. Ehtimal ki, yeni qurğu ilk dəfə payızda təqdim olunacaq "Pixel 6" seriyalı smartfonlarda istifadə ediləcək.

Qeyd olunur ki, "Google"-un hazırda aktual olan "Pixel" seriyalı smartfonlarında "Qualcomm" prosessorlarından istifadə olunur.

Ekspertlər hesab edir ki, öz prosessorunu buraxmaqla şirkət smartfonların iş məhsuldarlığını artırmağa və təchizatçılardan asılılığı aradan qaldırmağa çalışır. Jurnalistlərin əldə etdikləri məlumatlara əsasən, yeni çip əvvəlcə smartfonlarda, sonra isə "Chromebook" noutbuklarında tətbiq olunacaq. Onların fikrincə, bununla "Google" öz prosessorları əsasında "iPhone" və "iPad" buraxan "Apple" şirkətinin konsepsiyasını təkrar edir.

Xatırladaq ki, ötən ilin noyabrında "Apple" öz məhsulu olan M1 prosessorları əsasında yeni kompüterlərini də təqdim edib. Əvvəllər isə "Apple" kompüterlərində "Intel" markalı çiplərdən istifadə olunurdu.

Qeyd edək ki, öz prosessorları əsasında smartfon istehsal edən şirkətlərdən biri də "Samsung" şirkətidir.

8
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

0
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

0
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin