Nokia loqosu, arxiv şəkli

Məşhur şirkət birdəfəyə dörd yeni nəsil smartfonu satışa çıxaracaq

20
(Yenilənib 01:30 19.03.2021)
Aprelin əvvəllərində şirkət Nokia 6.3 və 6.4, habelə 7.3 və 7.4 modellərini bazara çıxara bilər. Lakin modellərin adlarının fərqli də ola biləcəyi bildirilir.

BAKI, 19 mart — Sputnik. Cari ilin aprel ayında HMD Global şirkəti Nokia markalı dörd yeni smartfonunu təqdim edəcək. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, şirkətin yeni məhsullarının təqdimatı aprelin 8-nə planlaşdırılır. Onlayn tədbir Bakı vaxtı ilə saat 19.00-da başlanacaq. Şirkət yeni modellərin adlarını və sayını bildirmir.

Aprelin əvvəllərində şirkət Nokia 6.3 və 6.4, habelə 7.3 və 7.4 modellərini bazara çıxara bilər. Lakin modellərin adlarının fərqli də ola biləcəyi bildirilir.

Məlumatda o da bildirilir ki, Nokia 7.3 və 7.4 cihazları 5G texnologiyasını dəstəkləyəcək. Nokia 6.3 və 6.4 devaysları isə standart beşinci nəsil rabitədən əlavə, həmçinin Carl Zeiss optikasından istifadə olunmuş dörd obyektivlə də təchiz olunacaq. Aktiv ekran isə 48 meqapiksellik sensorla çalışacaq.

Bir müddət əvvəl müxtəlif qrafik oyun həvəskarları üçün Nokia G10 smartfonunun texniki göstəriciləri açıqlanmışdı. Bu modelin bazara çıxarılması ilə HMD Global videooyun həvəskarları cihazların yeni seriyasına start verəcək.

20
Teqlər:
Nokia, nəsil, yeni, smartfon
Kompüter arxasında qız, arxiv şəkli

Bu qurumlar "Hökumət buludu"na keçəcək

24
(Yenilənib 19:42 10.04.2021)
Maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Energetika Nazirliyi, Dövlət Reklam Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi və Gənclər Fondunun nümayəndələri ilə görüşlər təşkil olunub.

BAKI, 10 aprel — Sputnik. Azərbaycanda daha 5 dövlət qurumunun "Hökumət buludu"na ("G-cloud") keçidi ilə bağlı müzakirələr aparılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "AzInTelecom" MMC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid planı üzrə dəyirmi masalar davam etdirilir.

"Hökumət buludu"na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Energetika Nazirliyi, Dövlət Reklam Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi və Gənclər Fondunun nümayəndələri ilə görüşlər təşkil olunub və müzakirələr aparılıb.

Qeyd edək ki, cari ildə "Hökumət buludu"na keçidi nəzərdə tutulan 36 dövlət qurumu ilə görüşlər təşkil olunacaq. Bu günədək Müdafiə Sənayesi Nazirliyinin, Ədliyyə Nazirliyinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, İpoteka və Kredit Zəmanət Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə görüşlər baş tutub.

24
Kişi Google şirkətinin loqosunun qarşısından keçir, arxiv şəkli

"Google" öz prosessorunu buraxacaq

8
"Google"-un hazırda aktual olan "Pixel" seriyalı smartfonlarında "Qualcomm" prosessorlarından istifadə olunur.

 

BAKI, 8 aprel — Sputnik. Dünyanın İT nəhənglərindən biri olan "Google" növbəti flaqman smartfonlarını şirkətin öz istehsalı olan prosessorlarla buraxacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hazırda "Google" və "Samsung" şirkətinin əməkdaşları yeni çip üzərində birgə iş aparırlar. "Whitechapel" adını almış prosessorun ilin sonuna qədər hazır olacağı bildirilir. Ehtimal ki, yeni qurğu ilk dəfə payızda təqdim olunacaq "Pixel 6" seriyalı smartfonlarda istifadə ediləcək.

Qeyd olunur ki, "Google"-un hazırda aktual olan "Pixel" seriyalı smartfonlarında "Qualcomm" prosessorlarından istifadə olunur.

Ekspertlər hesab edir ki, öz prosessorunu buraxmaqla şirkət smartfonların iş məhsuldarlığını artırmağa və təchizatçılardan asılılığı aradan qaldırmağa çalışır. Jurnalistlərin əldə etdikləri məlumatlara əsasən, yeni çip əvvəlcə smartfonlarda, sonra isə "Chromebook" noutbuklarında tətbiq olunacaq. Onların fikrincə, bununla "Google" öz prosessorları əsasında "iPhone" və "iPad" buraxan "Apple" şirkətinin konsepsiyasını təkrar edir.

Xatırladaq ki, ötən ilin noyabrında "Apple" öz məhsulu olan M1 prosessorları əsasında yeni kompüterlərini də təqdim edib. Əvvəllər isə "Apple" kompüterlərində "Intel" markalı çiplərdən istifadə olunurdu.

Qeyd edək ki, öz prosessorları əsasında smartfon istehsal edən şirkətlərdən biri də "Samsung" şirkətidir.

8

Xalq artisti ilə vida mərasimi keçirilir

0
(Yenilənib 12:42 18.04.2021)
Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

BAKI, 18 aprel - Sputnik. Bu gün Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, mərasim “Təzə Pir” məscidində təşkil olunub.

Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Mərhum "Qurd qapısı" qəbristanlığında dəfn ediləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, onun dəfn yeri ailəsi tərəfindən, özünün vəsiyyəti ilə mərhum həyat yoldaşının dəfn olduğu Bakı şəhərindəki "Qurd qapısı" qəbristanlığı müəyyən edilib.

Daha əvvəl Nazirlikdən bildirilmişdi ki, mərhum sənətkarımızın qızı xarici ölkədə yaşadığına görə, dəfn onun gəlişinə kimi müvəqqəti təxirə salınıb.

0