Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidməti portalına baxan adam, arxiv şəkli

Əmlak Məsələləri Dövlət Xidmətinin elektron informasiya resursları müvəqqəti işləməyəcək

15
(Yenilənib 16:44 15.03.2021)
Martın 22-dən 24-dək Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) elektron informasiya resursları müvəqqəti olaraq işləməyəcək.

BAKI, 15 mart — Sputnik. Martın 22-dən 24-dək Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) elektron informasiya resursları müvəqqəti olaraq işləməyəcək.

Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, müvəqqəti fasilə ƏMDX-in tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin server otağında rekonstruksiya işlərinin görülməsi ilə əlaqədardır.

15
Kompüter arxasında qız, arxiv şəkli

Bu qurumlar "Hökumət buludu"na keçəcək

19
(Yenilənib 19:42 10.04.2021)
Maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Energetika Nazirliyi, Dövlət Reklam Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi və Gənclər Fondunun nümayəndələri ilə görüşlər təşkil olunub.

BAKI, 10 aprel — Sputnik. Azərbaycanda daha 5 dövlət qurumunun "Hökumət buludu"na ("G-cloud") keçidi ilə bağlı müzakirələr aparılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "AzInTelecom" MMC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid planı üzrə dəyirmi masalar davam etdirilir.

"Hökumət buludu"na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Energetika Nazirliyi, Dövlət Reklam Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi və Gənclər Fondunun nümayəndələri ilə görüşlər təşkil olunub və müzakirələr aparılıb.

Qeyd edək ki, cari ildə "Hökumət buludu"na keçidi nəzərdə tutulan 36 dövlət qurumu ilə görüşlər təşkil olunacaq. Bu günədək Müdafiə Sənayesi Nazirliyinin, Ədliyyə Nazirliyinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, İpoteka və Kredit Zəmanət Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə görüşlər baş tutub.

19
Kişi Google şirkətinin loqosunun qarşısından keçir, arxiv şəkli

"Google" öz prosessorunu buraxacaq

8
"Google"-un hazırda aktual olan "Pixel" seriyalı smartfonlarında "Qualcomm" prosessorlarından istifadə olunur.

 

BAKI, 8 aprel — Sputnik. Dünyanın İT nəhənglərindən biri olan "Google" növbəti flaqman smartfonlarını şirkətin öz istehsalı olan prosessorlarla buraxacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hazırda "Google" və "Samsung" şirkətinin əməkdaşları yeni çip üzərində birgə iş aparırlar. "Whitechapel" adını almış prosessorun ilin sonuna qədər hazır olacağı bildirilir. Ehtimal ki, yeni qurğu ilk dəfə payızda təqdim olunacaq "Pixel 6" seriyalı smartfonlarda istifadə ediləcək.

Qeyd olunur ki, "Google"-un hazırda aktual olan "Pixel" seriyalı smartfonlarında "Qualcomm" prosessorlarından istifadə olunur.

Ekspertlər hesab edir ki, öz prosessorunu buraxmaqla şirkət smartfonların iş məhsuldarlığını artırmağa və təchizatçılardan asılılığı aradan qaldırmağa çalışır. Jurnalistlərin əldə etdikləri məlumatlara əsasən, yeni çip əvvəlcə smartfonlarda, sonra isə "Chromebook" noutbuklarında tətbiq olunacaq. Onların fikrincə, bununla "Google" öz prosessorları əsasında "iPhone" və "iPad" buraxan "Apple" şirkətinin konsepsiyasını təkrar edir.

Xatırladaq ki, ötən ilin noyabrında "Apple" öz məhsulu olan M1 prosessorları əsasında yeni kompüterlərini də təqdim edib. Əvvəllər isə "Apple" kompüterlərində "Intel" markalı çiplərdən istifadə olunurdu.

Qeyd edək ki, öz prosessorları əsasında smartfon istehsal edən şirkətlərdən biri də "Samsung" şirkətidir.

8
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

0
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

0
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin