Telegram telefonda, arxiv şəkli

"Telegram"da yeni funksiya işə düşəcək

16
(Yenilənib 10:27 15.03.2021)
Xidmət "Telegram"ın ən son yenilənmələrindən birində işə düşəcək, testləşdirmənin bu həftə başlanılması planlaşdırılır.

BAKI, 12 mart — Sputnik. "Telegram" kanalı səsli ünsiyyəti asanlaşdıracaq yenilik tətbiq edəcək. RİA Novosti xəbər verir ki, yeni xidmət istifadəçi sayından asılı olmayaraq səsli söhbətləri dəstəkləyəcək. Əvvəllər bu xidmət yalnız qrup şəklində aparılan söhbətlərdə mövcud idi və 5000 nəfərlik məhdudiyyət tətbiq edilirdi.

Kanal administratorları yeni səsli söhbətlər üçün qeydləri podkast kimi saxlaya biləcəklər. Bundan başqa, iştirakçılar canlı müzakirə aparmaq üçün "əllərini qaldıra" biləcəklər. İnsayderlərin sözlərinə görə, yenilik anonimliyə təsir göstərməyəcək.

Xidmət "Telegram"ın ən son yenilənmələrindən birində işə düşəcək - testləşdirmənin bu həftə başlanılması planlaşdırılır.

"Telegram"ın səsli ünsiyyət funksiyalarını genişləndirməsi yalnız səsli rabitə üzərində qurulmuş, ancaq bir çox məhdudiyyətləri olan "Clubhouse" sosial şəbəkəsinin uğur qazanması ilə əlaqələndirilir.

 

16
Kompüter arxasında qız, arxiv şəkli

Bu qurumlar "Hökumət buludu"na keçəcək

24
(Yenilənib 19:42 10.04.2021)
Maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Energetika Nazirliyi, Dövlət Reklam Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi və Gənclər Fondunun nümayəndələri ilə görüşlər təşkil olunub.

BAKI, 10 aprel — Sputnik. Azərbaycanda daha 5 dövlət qurumunun "Hökumət buludu"na ("G-cloud") keçidi ilə bağlı müzakirələr aparılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "AzInTelecom" MMC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid planı üzrə dəyirmi masalar davam etdirilir.

"Hökumət buludu"na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Energetika Nazirliyi, Dövlət Reklam Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələləri Tənzimləmə Agentliyi və Gənclər Fondunun nümayəndələri ilə görüşlər təşkil olunub və müzakirələr aparılıb.

Qeyd edək ki, cari ildə "Hökumət buludu"na keçidi nəzərdə tutulan 36 dövlət qurumu ilə görüşlər təşkil olunacaq. Bu günədək Müdafiə Sənayesi Nazirliyinin, Ədliyyə Nazirliyinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, İpoteka və Kredit Zəmanət Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə görüşlər baş tutub.

24
Kişi Google şirkətinin loqosunun qarşısından keçir, arxiv şəkli

"Google" öz prosessorunu buraxacaq

8
"Google"-un hazırda aktual olan "Pixel" seriyalı smartfonlarında "Qualcomm" prosessorlarından istifadə olunur.

 

BAKI, 8 aprel — Sputnik. Dünyanın İT nəhənglərindən biri olan "Google" növbəti flaqman smartfonlarını şirkətin öz istehsalı olan prosessorlarla buraxacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hazırda "Google" və "Samsung" şirkətinin əməkdaşları yeni çip üzərində birgə iş aparırlar. "Whitechapel" adını almış prosessorun ilin sonuna qədər hazır olacağı bildirilir. Ehtimal ki, yeni qurğu ilk dəfə payızda təqdim olunacaq "Pixel 6" seriyalı smartfonlarda istifadə ediləcək.

Qeyd olunur ki, "Google"-un hazırda aktual olan "Pixel" seriyalı smartfonlarında "Qualcomm" prosessorlarından istifadə olunur.

Ekspertlər hesab edir ki, öz prosessorunu buraxmaqla şirkət smartfonların iş məhsuldarlığını artırmağa və təchizatçılardan asılılığı aradan qaldırmağa çalışır. Jurnalistlərin əldə etdikləri məlumatlara əsasən, yeni çip əvvəlcə smartfonlarda, sonra isə "Chromebook" noutbuklarında tətbiq olunacaq. Onların fikrincə, bununla "Google" öz prosessorları əsasında "iPhone" və "iPad" buraxan "Apple" şirkətinin konsepsiyasını təkrar edir.

Xatırladaq ki, ötən ilin noyabrında "Apple" öz məhsulu olan M1 prosessorları əsasında yeni kompüterlərini də təqdim edib. Əvvəllər isə "Apple" kompüterlərində "Intel" markalı çiplərdən istifadə olunurdu.

Qeyd edək ki, öz prosessorları əsasında smartfon istehsal edən şirkətlərdən biri də "Samsung" şirkətidir.

8
Türkiyə hərbçiləri, arxiv şəkli

İrandan Türkiyəni qəzəbləndirəcək plan

0
(Yenilənib 22:55 17.04.2021)
Rusiya ordusuna bağlı birliklər Suriyanın Tel-Rıfat bölgəsini tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib.

BAKI, 17 aprel — Sputnik. Türkiyə 6 ildir PKK işğalı altında olan Suriyanın Tel-Rıfat qəsəbəsini və İraq-Suriya sərhəddində yerləşən Sincar bölgəsini terrorçulardan təmizləməyə çalışır.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Tel-Rıfatda Rusiya ordusuna bağlı birliklər bölgəni tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib. Digər terror bölgəsi olan Sincara isə Tehrana bağlı "Haşdi Şabi" milisləri yerləşdirilib.

"Hizbullah"ın baş katibi Hüseyin Həmdavi və "Haşdi Şabi"nin qurucusu Hadi əl-Amiri və digərləri Sincar ilə əlaqədar Türkiyəni təhdid ediblər.

"Fərat qalxanı" bölgəsindəki yüksək səviyyəli bir mənbə Tel-Rıfata qarşı hərbi əməliyyat üçün bütün hazırlıqların 2018-ci ildə tamamlandığını, ancaq İranın maneə törətdiyi üçün əməliyyatın təxirə salındığını söyləyib.

 

 

0