Twitter разрешил пользователям делиться твитами в Instagram и Snapchat

Sosial şəbəkədə yeni funksiya: izləmək üçün pul ödəməlisən

18
(Yenilənib 01:27 26.02.2021)
Twitter izləyiciləri üçün yeni funksiyalar yaradır: çox maraqlı kontenti pullu etmək, qrup yaratmaq və xoşunuza gəlməyən hesabları 7 gün içində səssizliyə atmaq.

BAKI, 26 fevral - Sputnik. Twitter sosial şəbəkəsində Super Follow funksiyası yaradılır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə 9To5Mac yazır. Funksiya eksklüziv kontentə görə izləyicilərdən pul almağa imlan verəcək.

​Qiymət formalaşdırılması mexanizmi dəqiqləşdirilməyib. Təqdimatın slaydlarından birində ay ərzində 4,99 dollar göstərilsə də, bu sadəcə nümunə olub. Həmçinin bu sosial şəbəkədə qrup yaratmaq imkanı da olacaq. 

Yeni funksiyanın nə vaxt işə düşəcəyi barədə şirkətdən məlumat verilməyib.

The Verge yazır ki, Twitter cümə axşamı "Analitika günü"ndə həmçinin narahat edən hesabların avtomatik bloklanması imkanını yaradacağını da bəyan edib. Yeni "təhlükəsizlik rejimində" bir keçid olacaq, oraya basdığınız təqdirdə belə yazı görəcəksiniz: "Twitter qaydalarını pozduğu güman edilən hesabları avtomatik olaraq blok edin və təhqir, ağır söz və ya nifrət dolu ifadələrdən istifadə edən hesabları səssizləşdirin".

Yeni təhlükəsizlik rejimi ilə Twitter avtomatik olaraq “təhqiramiz və ya spam xarakterli ola biləcək” hesabları aşkarlayacaq və bu hesabların yeddi gün ərzində sizin hesabınızdakı paylaşımlarla əlaqələrini məhdudlaşdıracaq.

18
Teqlər:
yeni funksiya, izləyici, Twitter
Twitter şirkətinin loqosu, arxiv şəkli

"Roskomnadzor" Twitter, Facebook Google-un yoxlamalarının nəticəsini açıqlayıb

780
(Yenilənib 16:04 11.06.2021)
Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sahələrində nəzarətə dair federal xidmətinin apardığı yoxlama maraqlı nəticələri ortaya çıxarıb.

BAKI, 11 iyun — Sputnik. Twitter təxminən 500 qadağan olunmuş statusa girişi başlamayıb, bu barədə "Roskomnadzor"un saytındakı məlumatda deyilir.

"2015-ci ildən platforma tərəfindən altı mindən çox qadağan olunmuş material ləğv olunmayıb. Sosial şəbəkənin trafikinin sürətinin aşağı salınması üzrə tədbirlərin tətbiq olunmasından sonra 490 material pozulmamış qalır. Qadağan olunmuş materialların silinməsi üzrə tələblərin yerinə yetirilməsi üçün orta vaxt 129-dan 8 sutkayadək azalıb", - relizdə deyilir.

Bundan əlavə, qurum aralarında Russia Today, Sputnik, RİA Novosti olan Rusiya KİV və informasiya resurslarının, həmçinin rusiyalı istifadəçilərin və layihələrin ("Rusiya liderləri", "Sputnik V" vaksini və digərləri) senzuraya məruz qalması üzrə 11 hal aşkar edib. Bundan əlavə, şəxsi məlumatların işlənməsi yenə də lokallaşdırılmayıb.

"İnzibati hüquqpozmalara dair on protokol təşkil edilib. Bu günədək məhkəmələr bütün protokollara baxıblar, qadağan olunmuş məlumatın silinməməsinə görə cərimənin ümumi məbləği 27,9 milyon rubldur. Rusia qanunvericiliyinin məlumatların lokallaşdırılması barədə tələblərinə riayət olunmamasına görə cərimə isə dörd milyon rubldur", - məlumatda bildirilir.

Tənzimləyici Facebook/Instagram və Google/YouTube-u da yoxlayıb. İlk halda son 6 ildə 3,7 min (Tələblərin yerinə yetirilməsi orta hesabla 105 günə başa gəlib), ikinci halda isə 5,2 (82 gün) qadağan olunmuş material silinməyib. Müvafiq olaraq 26 və 29 senzura halları aşkarlanıb, şəxsli məlumatların da işlənməsi də lokallaşmayıb.

“Facebook”-a qarşı 13 protokol hazırlanıb və nəzərdən keçirilib, cərimələrin ümumi məbləği 47 milyon rubldur. “Google” qarşı 8 protokol hazırlanıb, onun üçü nəzərdən keçirilib. Hələlik 6 milyon rubl məbləğində iddia təqdim olunub.

Rusiya qanunvericiliyinə əsasən, internet-platformanın administrasiyası gün ərzində şübhəli kontentə girişi məhdudlaşdırmalıdır, əks halda 3-8 milyon rubl həmində cərimə mümkündür. Təkrar pozuntu halında, cərimə şirkətin illik dövriyyəsinin onda biri ilə beşdə biri arasında artır. Yavaşlama və tam trafik məhdudiyyəti də tətbiq oluna bilər.

"Roskomnadzor"dan bildirilib ki, sözügedən təsir tədbirlərinin informasiya suverenliyi və şəffaflıq prinsipinə əsaslanır və ümumiyyətlə "ABŞ da daxil olmaqla bir çox xarici ölkədəki oxşar tənzimləmələrə nisbətən daha tolerantdır".

"Belə ki, ABŞ-da fəaliyyətdə olan Xarici agentlərin qeydiyyatı haqqında qanun (Foreign Agents Registration Act, FARA) hələ 1938-ci ildə faşist təbliğatı ilə mübarizə dalğasında qəbuul olunub, lakin bu gün də qüvvədədir. Onu ifadələrin yayğınlığı fərqləndirir: məsələn, "siyasi" sözü altında FARA-da ABŞ-ın qurumunun və ya vəzifəli şəxsinin işinə təsir göstərəcək istənilən fəaliyyət başa düşülür", - qurumdan bildirlib.

Tənzimləyici ABŞ-da xarici agentlərə qarşı tələbləri Rusiyada olduğundan "daha geniş" adlandırıb: Ədliyyə nazirliyində qeydiyyatdan və maliyyə hesabatlarının verilməsindən əlavə, təşkilatlar öz materiallarını nişanlamalı və öz işlərinin bütün aspektləri barədə məlumatları rəsmilərə təqdim etməlidirlər. 

Bu halda sözügedən Qanunun pozulmasına görə cəza ABŞ-da daha sərtdir. - beş ilədək həbs  və/və ya on min dollaradək cərimə, iş qadağası, əcnəbi vətəndaşlar üçün isə deportasiya (Rusiyada əsasən cərimələr).

2016-cı ildən FARA üzrə təqiblərə Rusiyanın Russia Today kanalı və Sputnik agentliyi məruz qalıb.

780
Telefonda WhatsApp loqosu, arxiv şəkli

WhatsApp-da yeni funksiya - yalnız Android istifadəçiləri üçün

29
(Yenilənib 23:34 07.06.2021)
Yenilik iOS-da əlçatan olmayacaq, çünki bu əməliyyat sistemində tətbiqlər zənglərin tarixçəsinə müdaxilə edə bilmirlər.

BAKI, 7 iyun - Sputnik. Android qurğularının sahibləri WhatsApp hesablarına "fleş-zəng" vasitəsilə daxil ola biləcəklər. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Webetainfo yazır.

Hazırda mesencerdə hesaba daxil olmaq üçün SMS-paroldan istifadə olunur - smartfona birdəfəlik şifrə gəlir.

Yeni funksiya işə düşəndən sonra telefona zəng gələcək, amma ona cavab vermək lazım olmayacaq - tətbiq bunu müstəqil şəkildə özü edəcək. Bunun üçün o, zənglərin tarixçəsinə əlçatanalığın təmin olunmasını istəyəcək. 

Yenilik iOS-da əlçatan olmayacaq, çünki bu əməliyyat sistemində tətbiqlər zənglərin tarixçəsinə müdaxilə edə bilmirlər.

Eləcə də oxuyun:

29
Teqlər:
tətbiq, yenilik, WhatsApp
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

0
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

0