Telefonda WhatsApp loqosu, arxiv şəkli

Diqqətli olun: dələduzlar inandırıcılıq üçün Azərbaycan nömrələrinə keçiblər - FOTO

27
(Yenilənib 15:46 18.02.2021)
Dələduzlar əvvəllər xarici nömrələrlə azərbaycanlılara zəng vurub kartlarından pul çəkirdilərsə, indi yerli nömrələrə üstünlük verməyə başlayıblar.

 

BAKI, 18 fevral — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin adından sui-istifadə etməklə hədəflərinə "Whatsapp" vasitəsilə yazan və onları aldadaraq bank kartlarından oğurluq edən dələduzlar artıq Azərbaycan nömrələrindən istifadə edirlər. Bu barədə Sputnik Azərbaycan-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

"Vətəndaşların artıq Azərbaycan nömrələri ilə aldadılması daha öncə haqqında yazdığımız sosial mühəndislik kiberhücumlarının məntiqi davamıdır. Yerli nömrələrlə yazışmanı həyata keçirmək hədəfi daha asan inandırmağa hesablanıb.

Vətəndaşlara bir daha belə dələduzluq hallarına qarşı ehtiyatlı olmağı tövsiyə edir, media nümayəndələrinə isə maarifləndirmənin geniş kütləyə çatdırılması üçün köməklik göstərməsini xahiş edirik", - deyə açıqlamada qeyd olunub.

27
Teqlər:
zəng, nömrə, telefon, dələduz
A journalist makes a video of the Instagram logo

"Instaqram"da yeni funksiya yaradılır

11
İstifadəçilər “Live Rooms”un yardımı ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə biləcəklər.

BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.

Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.

Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.

"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.

Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.

“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.

11
Логотип компании Google

Türkiyə milli Google, Apple Facebook yaratmaq niyyətindədir

1 / 2
28
(Yenilənib 18:04 28.02.2021)
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məşhur "Dünya beşdən böyükdür" ifadəsi bir azdan yeni məna kəsb edəcək.

BAKI, 28 fevral - Sputnik. Türkiyə Prezidenti yanında Rəqəmsal Dəyişiklik İdarəsinin rəhbəri Ali Taha Koç, texnologiya sahəsində dünya nəhəngləri olan  şirkətlərə alternativlərin ortaya çıxarılmasını hədəflədiklərini bildirib. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Google, Facebook, Amazon, Microsoft, Apple şirkətlərinin texnologiya sahəsindəki gücünə qarşı "yerli və milli" alternativləein çıxarılmasını istədiklərini deyən Koç vurğulayıb:

"Möhtərəm Prezidentimiz həmişə deyir ki, "dünya beşdən böyükdür". Mən də rəqəmsal anlamda ona oxşar fikri deyirəm: Dünya GAFAM-dan büyüktür. GAFAM, yəni, Google, Apple, Facebook, Amazon, Microsoft. Google, bizim bütün axtarış sistemlərimizi bilir. Apple həm kompüterimizi, həm də telefonumuzu bilir. Biometrik məlumatlarımızdan başqa barmaq izlərimizi də götürüb. Facebook, kimi sevib-sevmədiyimizi, nə yeyib-içdiyimizi belə bilir. Amazon, necə alış-veriş etdiyimizi, hansı filmləri izlədiyimizi, nəyi xoşlayıb-xoşlamadığımızı bilir. Microsoft, istifadə etdiyimiz bütün əməliyyat sistemlərimiz barədə məlumatlara malikdir".

Koç, "bu şirkətlər bu qədər çox məlumata malik olduğu halda sizin müstəqillik və demokratiyadan danışmağınız bir az çətindir. Çünki bu beş korporasiya sizinlə bağlı bir çox dövlətin bildiyi məlumatdan daha artığını bilir. Əgər bu korporasiyalar əllərindəki bütün məlumatları bir-biriləri ilə paylaşsalar halımız pis olacaq. Bu prizmadan baxıldığında məlumat təhlükəsizliyi bizim sərhədlərimizin təhlükəsizliyi qədər önəmli və əhəmiyyətlidir", deyə bəyan edib.

28
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0