BAKI, 10 fevral - Sputnik. Çin və ABŞ-dan olan alimlər insan bədəninin təbii hərarətini elektrik enerjisinə çevirən, bahalı olmayan, eyni zamanda kompakt qurğu icad ediblər. Onu üzük, bilərzik, yaxud bədənə toxunan başqa bir aksessuar kimi gəzdirmək olur. Onun gücü elektron saatları və ya fitnes trekerləri enerji ilə təmin etməyə çatır.
Sputnik Azərbaycan bildirir ki, qurğu barədə Science Advances jurnalı yazır.
New wearable #device turns the body into a battery @ScienceAdvances https://t.co/ltarVt4tNI
— TechXplore (@TechXplore_com) February 10, 2021
Qurğu elastikdir, o, əzilərkən öz-özünə düzələ bilir, təkrar emala tam yararlıdır, şəbəkədən qidalanmağa ehtiyacı yoxdur. O, insan istiliyini bioloji akkumulyator qismində istifadə edən miniatür termoelektrik generatordur.
"Hər dəfə batareyadan istifadə etdikcə siz onu tükədirsiniz və nəhayətdə onu dəyişməyə məcbur olursunuz. Bizim termoelektrik qurğunun bir şeyi yaxşıdır ki, onu daim üstünüzdə gəzdirə bilərsiniz", - tədqiqatın rəhbəri Syao Tszyanlyan deyib.
Qurğu 1 kvadrat santimetr dəri səthindən 1 volt enerji əldə edə bilir. Məsələn, sürətlə yeriyən adam belə bilərzik taxarsa, o, 5 volt cərəyan yarada bilər, bu isə bir çox saatların batareyasından güclüdür.
BAKI, 26 fevral - Sputnik. Twitter sosial şəbəkəsində Super Follow funksiyası yaradılır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə 9To5Mac yazır. Funksiya eksklüziv kontentə görə izləyicilərdən pul almağa imlan verəcək.
“$4,99/month - Cancel anytime”: Twitter arbeitet an einer “Super Follow”-Funktion, mit der man direkt auf der Plattform Geld verdienen kann. Hier sind die ersten Screenshots, via @TwitterIR: pic.twitter.com/hPiq27Ov5U
— Martin Hoffmann (@martinhoffmann) February 25, 2021
Qiymət formalaşdırılması mexanizmi dəqiqləşdirilməyib. Təqdimatın slaydlarından birində ay ərzində 4,99 dollar göstərilsə də, bu sadəcə nümunə olub. Həmçinin bu sosial şəbəkədə qrup yaratmaq imkanı da olacaq.
Yeni funksiyanın nə vaxt işə düşəcəyi barədə şirkətdən məlumat verilməyib.
The Verge yazır ki, Twitter cümə axşamı "Analitika günü"ndə həmçinin narahat edən hesabların avtomatik bloklanması imkanını yaradacağını da bəyan edib. Yeni "təhlükəsizlik rejimində" bir keçid olacaq, oraya basdığınız təqdirdə belə yazı görəcəksiniz: "Twitter qaydalarını pozduğu güman edilən hesabları avtomatik olaraq blok edin və təhqir, ağır söz və ya nifrət dolu ifadələrdən istifadə edən hesabları səssizləşdirin".
Yeni təhlükəsizlik rejimi ilə Twitter avtomatik olaraq “təhqiramiz və ya spam xarakterli ola biləcək” hesabları aşkarlayacaq və bu hesabların yeddi gün ərzində sizin hesabınızdakı paylaşımlarla əlaqələrini məhdudlaşdıracaq.
BAKI, 21 fevral - Sputnik. Clubhouse istifadəçiləri nəzarətdə saxlayaa bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının iqtisadi siyasət məsələləri üzrə sədr müavini Sergey Kalaşnikov deyib.
Maraqlıdır ki, parlamentari özü bu şəbəkədən heç vaxt istifadə etmədiyini söyləyib, ancaq əmindir ki, xüsusi xidmətlər onun vasitəsilə insanları izləyirlər.
"Əlbəttə, qoy insanların heç bir şübhəsi olmasın ki, biz tam şəffaf akvariumda yaşayırıq. İnsanların şəbəkəyə istənilən girişi qeydə alınır: kim, kimlə, nə barədə", - deputat "Qovorit Moskva"nın efirində deyib.
Adı Azərbaycan XİN-in "qara siyahısı"na düşmüş digər deputat Vitali Milonov da Kalaşnikovu dəstəkləyib: "Müxtəlif ölkələrin xüsusi xidmət orqanları, xüsusilə də ABŞ bizi izləmək üçün hüdudsuz imkanlara malikdir, çünki biz Amerikanın iOS və Google Android əməliyyat sistemlərindən istifadə edirik".
Clubhouse-da səsli mesajlar yaymaq mümkündür, ancaq danışıqları yazmaq və yaymaq imkanı yoxdur. Tətbiq 2020-ci ildə işə salınsa da bu yaxınlarda populyar olub. Sosial şəbəkəyə qoşulmaq üçün artıq orada qeydiyyatdan keçmiş istifadəçidən dəvət almalısan.
Clubhouse bu yaxınlarda qalmaqallı teleaparıcı Vladimir Solovyovu iki dəfə bloklayıb, bu gün isə onun "sanksiya siyahısı"na Esquire jurnalının baş redaktoru Sergey Minayev düşüb.
BAKI, 26 fevral — Sputnik. "Ermənistan baş nazirinin "İsgəndər" raket kompleksi ilə bağlı bəyanatları bizdə də suallar doğurub. Mən bunu ironiyalaşdırmaq istəməzdim. Bu məsələyə istər Rusiyanın rəsmi şəxsləri, istər parlament üzvləri, istərsə də ekspertlər tərəfindən kifayət qədər şərh verilib ki, raketin 10% partlaması üçün gərək xeyli çalışasan".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
"Biz "İsgəndər" raketinin atılmasını görməmişik. Ona görə bu bəyanat səsləndiriləndə ötən gün biz yenə də maraqlandıq, ancaq yox, biz bunu görməmişik. Bu sadəcə publik şəkildə deyilmiş boş söz idi. Əsas hərbi texnikamız Rusiya istehsalıdır. Ermənistandan fərqli olaraq biz heç vaxt ondan şikayətlənməmişik, ümumiyyətlə, buna səbəb də olmayıb. Rusiyanın hərbi texnikası bəzi göstəricilərinə görə dünyanın ən yaxşısıdır, bütövlükdə, dünyanın ən yaxşılarındandır. Sadəcə, o, doğru əllərdə olmalıdır ki, sonra belə əsassız ittihamlar da olmasın ki, bu da Ermənistanda hərbi-siyasi böhrana yol açıb", - dövlət başçısı bildirib.