E-sosial.az saytının istifadəçisi

Sosial xidmətlərlə bağlı yeni elektron idarəetmə sistemi yaradılır

34
(Yenilənib 19:41 06.02.2021)
Məqsəd sosial xidmətlərin çevik və müasir iş prinsipləri əsasında idarə olunması mexanizmini formalaşdırmaq, bu xidmətlərin operativliyini, keyfiyyət və əlçatanlığını daha da artırmaqdır.

BAKI, 6 fevral — Sputnik. Əhalinin həssas qruplarına göstərilən sosial xidmətlərlə bağlı müasir əsasda idarəetmə forması kimi "Elektron keys menecment" sisteminin hazırlanması işləri artıq yekunlaşır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, e-sistem Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlığı müstəvisində yaradılır: "Tezliklə hazır olacaq e-sistem Nazirliyin mərkəzləşmiş elektron informasiya sisteminə (MEİS) inteqrasiya olunaraq, MEİS-in altsistemi kimi fəaliyyət göstərəcək. Məqsəd sosial xidmətlərin çevik və müasir iş prinsipləri əsasında idarə olunması mexanizmini formalaşdırmaq, bu xidmətlərin operativliyini, keyfiyyət və əlçatanlığını daha da artırmaqdır.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial işçiləri və sosial xidmətçiləri gündəlik fəaliyyətləri, çətin həyat şəraitində olan ailələrlə, şəxslərlə görüşləri və onlara göstərdikləri xidmətləri barədə bütün məlumatları, fəaliyyət planlarını e-sistemə daxil edəcəklər. Bu məlumatlar, həmin ailə və şəxslərə göstərilən xidmət və onların problemlərinin həlli prosesi vahid sistemdə Agentlik tərəfindən daimi müşahidə olunacaq.

Bu cür ardıcıl nəzarət sistemi sosial xidmətlərin çevik və məqsədyönlü idarə olunması, yarana biləcək problemlərin daha obyektiv və operativ araşdırılması və həlli imkanı yaradacaq".

34
Twitter şirkətinin loqosu, arxiv şəkli

Twitter-in qurucusu ilk tvitini hərraca çıxarıb

99
(Yenilənib 23:52 06.03.2021)
İlk tviti almaq hüququ uğrunda əsas mübarizə “Bridge Oracle” şirkətinin icraçı direktoru Hakan Estavi ilə çinli sahibkar, “Tron” kriptovalyutasının qurucusu Castin San arasında gedir.

BAKI, 7 mart - Sputnik. Twitter sosial şəbəkəsinin qurucusu Cek Dorsinin ilk tviti Valuables auksionunda hərraca çıxarılıb.

“Report”un məlumatına görə, şənbə günü səhərədək ilk tivitin qiyməti 2 milyon ABŞ dolları olub.

Dorsi ilk tvitini 2006-cı ilin 21 mart tarixində paylaşıb.

İlk tviti almaq hüququ uğrunda əsas mübarizə “Bridge Oracle” şirkətinin icraçı direktoru Hakan Estavi ilə çinli sahibkar, “Tron” kriptovalyutasının qurucusu Castin San arasında gedir.

99
Səmada dron, arxiv şəkli

Azərbaycan səmasında tezliklə xüsusi təyinatlı uçuş aparatları peyda olacaq - VİDEO

59
(Yenilənib 11:55 02.03.2021)
Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub

BAKI, 2 mart — Sputnik. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Ağıllı Şəbəkələr konsepsiyasının həyata keçirilməsində daha bir yenilik edib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, söhbət kommunal sektorda ilk dəfə xüsusi təyinatlı uçuş aparatlarının tətbiq edilməsindən gedir.

"Azərişıq"ın Ağıllı Şəbəkələr konsepsiyası tamamilə müasir və innovativ texnologiyaların istifadəsi üzərində qurulub. Bu konsepsiya çərçivəsində, artıq reallaşdırılmış müasir tipli mühafizəli və izolyasiyalı yüksək gərginlikli xətlərinin, 3D-mobil xəritəçilik sisteminin, məsafədən Optik portla elektrik sayğaclarının oxunması və mövcud idarəetmə platformasına inteqrasiya işləri uğurla davam etdirilir.

Rəqəmsal idarəetməyə keçid proqramı istiqamətində aparılan genişmiqyaslı tədbirlər sırasına xüsusi təyinatlı uçuş aparatları ilə Hava Elektrik Veriliş Xətlərinə (HEVX) kompleks və lokal baxış keçirilməsinin təşkili də əlavə edilmək üzrədir. Belə ki, ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində "Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi" üzrə təlim-tədris kursuna start verilib. Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulmuş dronlardan xeyli fərqlənir. Bu səbəbdən də onlara Xüsusi Təyinatlı Texniki Uçuş aparatları adı verilib. Belə kameralar 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş apara bilir. Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.

Ənənəvi üsulla xətlərə texniki baxışın keçirilməsi üzun müddətli və mürəkkəb dispetçer əməliyyatlarının aparılmasını tələb edən bir prosesdir. Burada əlavə işçi heyətin, maşın–mexanizlərin, xüsusi qaldırıcı texnikanın cəlb edilməsi də qaçılmazdır. Nəticədə, elektrik enerjisi verilişində uzunmüddətli fasilələr yaranır, abonent məmnunluğu və xidmət keyfiyyəti göstəriciləri pisləşir. Müasir texnologiyaların tətbiqi ilə bütün bu problemlər aradan qaldırılır, yüksək dəqiqlikli vizual qeydiyyat aparılır, virtual arxivləşdirilir, ən əsası – abonentlərin elektrik enerjisi verilişində fasilələr yaranmır.

Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub", - deyə qurum bəyan edib.

59
Teqlər:
elektrik xətləri, elektrik naqili, qəza, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, dron

Gəncədə polis vətəndaşlara xəbərdarlıq edib

0
(Yenilənib 20:08 08.03.2021)
Dövlət Yol Polisi Şöbəsi qarlı havada təcrübəsi az olan sürücülərə avtomobili idarə etməməyi tövsiyə edib. 

BAKI, 8 mart - Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi qeyri sabit hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Dövlət Yol Polisi Şöbəsi qarlı havada təcrübəsi az olan sürücülərə avtomobili idarə etməməyi tövsiyə edib: 

"Sürücülər mövcud şəraiti nəzərə alıb, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".

Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb. DYP şöbəsindən bildirib ki, sürücülər qarlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Həmçinin sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır.

Hava şəraiti ilə bağlı şəhərdə avtomobillərin hərəkətində çətinlik qeyd alınmayıb. Yol polisin əməkdaşları şəhərin küçə və prospektlərində hərəkəti tənzimləyirlər. Hazırda qərb bölgəsində qarın yağması davam edir.

0