Smartfonun enerjisini necə qorumalı - mütəxəssis məsləhəti

28
(Yenilənib 02:01 30.01.2021)
Bir neçə sadə məsləhətə əməl etməklə smartfonun həm tez enerji yığmasına, həm də yığdığı enerjini uzun müddət saxlamasına nail olmaq mümkündür

BAKI, 30 yanvar - Sputnik. Smartfonun yığdığı enerjini uzun müddət saxlaması üçün ekranın parlaqlığını azaltmaq və Wi-Fi rejiminə keçmək lazımdır. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Прайм" agentliyinə "Rəqəmsal vətəndaş" platformasının ekperti Vladimir Qritsenko danışıb. 

Mütəxəssis deyir ki, ilk növbədə zəngləri mobil şəbəkədən deyil, Wi-Fi ilə qəbul etmək lazımdır. Buna görə smartfonda: Android-də "Zənglər Wi-Fi vasitəsilə", iOS-da "Çağırışlar Wi-Fi vasitəsilə" funksiyalarını aktivləşdirmək lazımdır. "Bu halda rabitənin keyfiyyəti artacaq, enerji sərfi isə azalacaq", - Qritsenko deyib. 

Ekspert həmçinin ekranın avtoparlaqlığını söndürərək tünd fonlardan istifadə etməyi məsləhət görüb - bu, telefonun OLED displeyi olduğu zaman aktualdır. Yəni bu halda telefon daha az enerji itirəcək və uzun müddət xidmətə yararlı olacaq.

Gün boyu telefonunu tez-tez enerji mənbəyinə qoşmağa məcbur olanlara isə məlumatların 4G/LTE vasitəsilə ötürülməsi funksiyasını söndürmək, 3G funksiyasını isə saxlamaq məsləhət görülür. Avtomatik sinxronlaşdırma, smart-saat və fitnes-trekerlər də enerjini "yeyir". Vibrasiyanı söndürməklə də enerjiyə xeyli qənaət etmiş olarsınız. 

Qritsenko deyir ki, videozənglər, video çəkilişi və 3D oyunlar da smartfonun enerji sərfinə, eləcə də qurğunu enerjiylə doldurarkən akkumulyatorunun gücə düşməsinə səbəb olur. Enerjini çox sərf edən tətbiqlərdən imtina batareyanın ömrünü uzadır. Üstəlik, bütün tətbiqlər rəsmi mağazalardan yüklənirsə, o zaman antivirusu da daim işlətmək lazım deyil. 

28
Teqlər:
wi-fi, məsləhət, enerji, smartfon
Twitter şirkətinin loqosu, arxiv şəkli

Twitter-in qurucusu ilk tvitini hərraca çıxarıb

99
(Yenilənib 23:52 06.03.2021)
İlk tviti almaq hüququ uğrunda əsas mübarizə “Bridge Oracle” şirkətinin icraçı direktoru Hakan Estavi ilə çinli sahibkar, “Tron” kriptovalyutasının qurucusu Castin San arasında gedir.

BAKI, 7 mart - Sputnik. Twitter sosial şəbəkəsinin qurucusu Cek Dorsinin ilk tviti Valuables auksionunda hərraca çıxarılıb.

“Report”un məlumatına görə, şənbə günü səhərədək ilk tivitin qiyməti 2 milyon ABŞ dolları olub.

Dorsi ilk tvitini 2006-cı ilin 21 mart tarixində paylaşıb.

İlk tviti almaq hüququ uğrunda əsas mübarizə “Bridge Oracle” şirkətinin icraçı direktoru Hakan Estavi ilə çinli sahibkar, “Tron” kriptovalyutasının qurucusu Castin San arasında gedir.

99
Səmada dron, arxiv şəkli

Azərbaycan səmasında tezliklə xüsusi təyinatlı uçuş aparatları peyda olacaq - VİDEO

59
(Yenilənib 11:55 02.03.2021)
Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub

BAKI, 2 mart — Sputnik. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Ağıllı Şəbəkələr konsepsiyasının həyata keçirilməsində daha bir yenilik edib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, söhbət kommunal sektorda ilk dəfə xüsusi təyinatlı uçuş aparatlarının tətbiq edilməsindən gedir.

"Azərişıq"ın Ağıllı Şəbəkələr konsepsiyası tamamilə müasir və innovativ texnologiyaların istifadəsi üzərində qurulub. Bu konsepsiya çərçivəsində, artıq reallaşdırılmış müasir tipli mühafizəli və izolyasiyalı yüksək gərginlikli xətlərinin, 3D-mobil xəritəçilik sisteminin, məsafədən Optik portla elektrik sayğaclarının oxunması və mövcud idarəetmə platformasına inteqrasiya işləri uğurla davam etdirilir.

Rəqəmsal idarəetməyə keçid proqramı istiqamətində aparılan genişmiqyaslı tədbirlər sırasına xüsusi təyinatlı uçuş aparatları ilə Hava Elektrik Veriliş Xətlərinə (HEVX) kompleks və lokal baxış keçirilməsinin təşkili də əlavə edilmək üzrədir. Belə ki, ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində "Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi" üzrə təlim-tədris kursuna start verilib. Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulmuş dronlardan xeyli fərqlənir. Bu səbəbdən də onlara Xüsusi Təyinatlı Texniki Uçuş aparatları adı verilib. Belə kameralar 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş apara bilir. Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.

Ənənəvi üsulla xətlərə texniki baxışın keçirilməsi üzun müddətli və mürəkkəb dispetçer əməliyyatlarının aparılmasını tələb edən bir prosesdir. Burada əlavə işçi heyətin, maşın–mexanizlərin, xüsusi qaldırıcı texnikanın cəlb edilməsi də qaçılmazdır. Nəticədə, elektrik enerjisi verilişində uzunmüddətli fasilələr yaranır, abonent məmnunluğu və xidmət keyfiyyəti göstəriciləri pisləşir. Müasir texnologiyaların tətbiqi ilə bütün bu problemlər aradan qaldırılır, yüksək dəqiqlikli vizual qeydiyyat aparılır, virtual arxivləşdirilir, ən əsası – abonentlərin elektrik enerjisi verilişində fasilələr yaranmır.

Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub", - deyə qurum bəyan edib.

59
Teqlər:
elektrik xətləri, elektrik naqili, qəza, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, dron
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0