Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda ilk dəfə "Global Game Jam"

© AP Photo / Elaine Thompson Чемпионат по DOTA 2
 Чемпионат по DOTA 2  - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün oyun yaratmağa həvəsli proqramçılar, rəssamlar, UI/UX dizaynerlər, 3D modelçilər, səs və vizual effekt peşəkarları "GGJ Azerbaijan"-a dəvətlidirlər

 

BAKI, 11 yanvar — Sputnik. Yanvarın 27-dən 31-dək 200-ə yaxın ölkədə təşkil ediləcək "Global Game Jam" Azərbaycanda da baş tutacaq.

Sputnik Azərbaycan xəbər verir ki, "Global Game Jam" pandemiya səbəbindən onlayn keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünya ilə əlaqələndirməkdir.

Azərbaycanda ilk dəfə "Global Game Jam" onlayn təşkil ediləcək. Bütün oyun yaratmağa həvəsli proqramçılar, rəssamlar, UI/UX dizaynerlər, 3D modelçilər, səs və vizual effekt peşəkarları "GGJ Azerbaijan"-a dəvətlidirlər.

Tədbirdə iştirakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Müsabiqə mövzusu bütün dünyada eyni vaxtda elan olunacaq. Bütün iştirakçılar dəyərli hədiyyələr və sərhədsiz təcrübə əldə edəcəklər.

Tədbir "Game Tech Azerbaijan"ın təşkilatçılığı, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SUP VC, "Next Step" İnnovasiya mərkəzi , "Kreativ Azərbaycan" və "Mad Rooster" şirkətlərinin dəstəyi ilə həyata keçiriləcək.

Qeydiyyatdan keçmək üçün https://globalgamejam.org/user/signup/to/participate/using ünvanına daxil olmaq lazımdır.

Xəbər lenti
0