Həbib Nurməhəmmədov, arxiv şəkli

Həbib Nurməhəmmədov mobil rabitə sahəsində özünü sınayacaq

31
(Yenilənib 07:26 21.11.2020)
Həbib qeyd edib ki, mobil xidmət ilk olaraq Moskva və Moskvaətrafı ərazilərdə reallaşacaq. Əgər işlər müvəffəqiyyətlə getsə, onda Nurməhəmmədov şirkətinin fəaliyyətinin miqyasını artırmağı nəzərdə tutur

BAKI, 21 noyabr — Sputnik. Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov qarşıdakı planları barədə danışıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, idmançı tezliklə mobil rabitədə sahəsində şəxsi operator şirkəti ilə işə başlamaq niyyətindədir. Bu mobil xidmət "Eagle Mobile" adlanır.

Həbib qeyd edib ki, mobil xidmət ilk olaraq Moskva və Moskvaətrafı ərazilərdə reallaşacaq. Əgər işlər müvəffəqiyyətlə getsə, onda Nurməhəmmədov şirkətinin fəaliyyətinin miqyasını artırmağı nəzərdə tutur.

Keçmiş döyüşçü bununla yanaşı, nəhayət ali təhsil almaq niyyətinə köklənib. Həbib Q.V Plexanov adına Rusiya İqtisad Universitetinin tələbəsidir, qiyabi təhsil alır. O, 2021-ci ildə diplom işini müdafiə etməlidir. Nurməhəmmədov bundan sonra magistraturaya daxil olmaq, həmçinin aktiv şəkildə kənd təsərrüfatı ilə məşğul olmaq imkanlarını nəzərdən keçirir.

"Təhsilə daha çox vaxt ayırmaq istəyirəm. Mən qoyunlar aldım, kənd təsərrüfatı ilə məşğul oluram, fəaliyyətimi bir qədər bu istiqamətdə inkişaf etmək istərdim. Kökəldilmədə öküzlərim, inəklərim var", - idmançı deyib.

Oktyabrın 25-də Həbib Nurməhəmmədov UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib. O, Castin Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu deyib. "Mən dağ kəndindən adi oğlanam. Qardaşım dedi ki, "Google" mənim planetdə ən çox müzakirə edilən insan olduğumu deyir. Mən inanmadım. Sadəcə atamla birlikdə çempion olmaq istəyirdim. Hər şeyin belə çiyinlərimə düşəcəyini düşünmürdüm.

Əgər valideynləriniz varsa, onların yanında olun, vəssalam, mənim bir valideynim qaldı – bu, anamdır, istərdim ona daha çox vaxt ayırım", - Həbib Nurməhəmmədov əlavə edib.

"Bu mənim son döyüşüm idi. UFC-dən Castinlə bağlı zəng edəndə anamla 3 gün söhbət etdim. O, mənim atam olmadan döyüşməyimi istəməzdi. Ancaq mən söz verdim ki, bu, son döyüşümdür. Söz verdim və buna əməl etməliyəm. Bu, UFC-də son döyüşüm idi", - Nurməhəmmədov deyib.

31
Teqlər:
Kənd təsərrüfatı, rusiyalı, Moskva, mobil operator, Həbib Nurməhəmmədov
Facebook şirkətinin Menli Parkdakı ofisinin qarşısında like ikonası, arxiv şəkli

İllinoys sakinləri məhkəmədə Facebook-dan 650 milyon dollar uddular

10
Facebook əvvəl kollektiv iddianın yoluna qoyulması üçün 550 milyon dollar təklif etmiş, ancaq San-Fransisko dairə məhkəməsi bu məbləğin kifayət qədər olmayacağını bildirmişdi

BAKI, 27 fevral — Sputnik. Kaliforniya məhkəməsi İllinoys ştatı sakinlərinin kollektiv iddiasını təmin etmək üçün Facebook şirkətinin 650 milyon dollarlıq təklifini təsdiqləyib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Chicago Tribune yazır.

İllinoys ştatının sakinləri 2015-ci ildə məhkəmədə Facebook şirkətinə qarşı iddia qaldıraraq onun üztanıma texnologiyasından istifadə edərək biometrik məlumatları topladığını və bu səbəbdən qanunu pozduğunu demişdilər. Facebook əvvəl kollektiv iddianın yoluna qoyulması üçün 550 milyon dollar təklif etmiş, ancaq San-Fransisko dairə məhkəməsi bu məbləğin kifayət qədər olmayacağını bildirmişdi.

Məhkəmənin qərarına əsasən, ştatın 1.6 milyon sakinindən hər biri kompensasiya qismində şirkətdən ən azı 345 dollar alacaq. Məbləğin bir qismi hüquqşünasın xidmətinin ödənməsinə sərf olunacaq.

Hakim Ceyms Donato bu işi "əlamətdar nəticə" adlandırıb: "Ümumilikdə iddianın təmin olunması rəqəmsal mühitdə hər zaman aktual problem olan şəxsi məlumatların qorunması baxımından istehlakçılar üçün ciddi qələbə deməkdir". 

Bir qədər öncə Facebook-dan bildirilib ki, sosial şəbəkədə üztanıma texnologiyasından avtomatik olaraq istifadə edilməyəcək. Şirkətdən bəyan ediblər ki, istifadəçilərin hər zaman üztanıma texnologiyasından istifadə edib-etməmə kimi seçimi olub, ancaq söz veriblər ki, gələcəkdə bu funksiya ilkin variantda söndürüləcək, istifadəçilər ondan istifadə etmək istəsələr, bunu əyarlarda özləri tənzimləyə biləcəklər.

10
Teqlər:
ABŞ, İllinoys, iddia, məhkəmə, Facebook
Twitter разрешил пользователям делиться твитами в Instagram и Snapchat

Sosial şəbəkədə yeni funksiya: izləmək üçün pul ödəməlisən

12
(Yenilənib 01:27 26.02.2021)
Twitter izləyiciləri üçün yeni funksiyalar yaradır: çox maraqlı kontenti pullu etmək, qrup yaratmaq və xoşunuza gəlməyən hesabları 7 gün içində səssizliyə atmaq.

BAKI, 26 fevral - Sputnik. Twitter sosial şəbəkəsində Super Follow funksiyası yaradılır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə 9To5Mac yazır. Funksiya eksklüziv kontentə görə izləyicilərdən pul almağa imlan verəcək.

​Qiymət formalaşdırılması mexanizmi dəqiqləşdirilməyib. Təqdimatın slaydlarından birində ay ərzində 4,99 dollar göstərilsə də, bu sadəcə nümunə olub. Həmçinin bu sosial şəbəkədə qrup yaratmaq imkanı da olacaq. 

Yeni funksiyanın nə vaxt işə düşəcəyi barədə şirkətdən məlumat verilməyib.

The Verge yazır ki, Twitter cümə axşamı "Analitika günü"ndə həmçinin narahat edən hesabların avtomatik bloklanması imkanını yaradacağını da bəyan edib. Yeni "təhlükəsizlik rejimində" bir keçid olacaq, oraya basdığınız təqdirdə belə yazı görəcəksiniz: "Twitter qaydalarını pozduğu güman edilən hesabları avtomatik olaraq blok edin və təhqir, ağır söz və ya nifrət dolu ifadələrdən istifadə edən hesabları səssizləşdirin".

Yeni təhlükəsizlik rejimi ilə Twitter avtomatik olaraq “təhqiramiz və ya spam xarakterli ola biləcək” hesabları aşkarlayacaq və bu hesabların yeddi gün ərzində sizin hesabınızdakı paylaşımlarla əlaqələrini məhdudlaşdıracaq.

12
Teqlər:
yeni funksiya, izləyici, Twitter
Füzuli rayonunda yeraltında yatan gizli şəhər

Yer altında yatan möcüzə: Füzuli rayonunda gizli şəhər mövcuddur - FOTO

6
(Yenilənib 21:51 27.02.2021)
Azərbaycanda, Füzuli rayonunda yeraltı şəhər mövcuddur. Daha doğrusu, şəhərin böyük bir hissəsi qalın torpaq qatı altındadır.

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. Dünyanın bir çox ölkələri var ki, orada yeraltı şəhərlər mövcuddur və bu, onların qədim tarixinin bir parçası kimi turistlərin görməli və gəzməli yerinə çevrilib. Uzağa getmirik. Qardaş ölkə olan Türkiyənin Dərinquyu bölgəsində çoxqatlı yeraltı şəhər var. Altmış metrə yaxın dərinliyə malik olan bu məkan eyni anda 20000 insanı yatacaq və su ilə təmin edə biləcək bir sığınacaqdır. Dost ölkədə bir neçə belə yeraltı şəhər var, Dərinquyu isə bunlardan ən böyüyüdür. O, turistlərin ölkəyə cəlb edilməsində mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda isə Füzuli rayonunda yeraltı şəhər mövcuddur. Daha doğrusu, şəhərin böyük bir hissəsi qalın torpaq qatı altındadır. O, Füzuli rayonunun Horadiz qəsəbəsinə yaxın ərazidə, Babı kəndində yerləşir. Abidə kəndin qədim qəbristanlığında, hündür ərazidə aşkarlanıb.

Sərdabə kompleksi

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya-Etnoqrafiya İnstitutunun aparıcı elmi işçsi və tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovla görüşdük. Müsahibimiz Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, adıçəkilən ərazidə, doğrudan da torpaq altında böyük bir şəhərin qalıqları var. Üzdə qalanlardan isə orta əsrlər dövrünə aid olan, xüsusən XIII-XIV əsrlərə məxsus böyük bir xanəgah olub. Həmin xanəgah əsasən məsciddən, türbədən, hücrələrdən, eyni zamanda yardımçı binalardan ibarətdir.

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində Şeyx Babı türbəsi

İlkin olaraq belə anlaşılır ki, burada olan məscidlərdə yalnız ibadət edilməyib, həm də məscid-mədrəsə kimi istifadə olunub. Məscidin ayrı-ayrı otaqları var. Türbələrin məscid binasına yaxın ərazidə yerləşməsi və onların bir neçə nəfər üçün nəzərdə tutulması, yüklərin boşaldılması üçün yaxınlıqda yerlərin olmaması onu göstərir ki, kənardan gələn şagirdlər burada qalırlarmış. Divarlardakı kaşılar XIII-XIV əsrə aid edilir.

On hektarlıq ərazi

Füzuli rayonunun Babı kəndi ərazisində təriqəti, həm də İslam dinini yaymaq məqsədilə qədimlərdə təbliğat işləri aparılıb (ancaq mənbələr "babı" sözünü tək təriqətlə əlaqələndirmirlər, onun bir mənası da "sadə" deməkdir - red.). Oradan keçən ticarət yolunun da Ərdəbilə doğru istiqamətlənməsi həmin xanəgahın məhz göstərilən ərazidə tikilməsini şərtləndirib. Müsahibimiz deyir ki, xanəgahlar ticarət yollarının üzərində yerləşir, hörmətli adamların qəbirləri üzərində tikilir və gələcəkdə də bu xanəgahların böyüməsi nəticəsində şəhərlər əmələ gəlirdi. "Xanəgahın yerləşdiyi əraziyə ümumi baxış keçirən zaman hiss olunur ki, şəhərcik təxminən 10 hektardan artıq bir sahəni əhatə edir və böyük bir şəhər kompleksidir. Bu da divarlarla əhatə olunub".

© Sputnik / Emin Babayev
Xəqani Alməmmədov

Adsız şəhər

Şəhərin adının necə olduğu barədə heç bir fikir söyləmək mümkün deyil. Amma Xəqani Alməmmədov bildirir ki, çox güman ki, şəhərin adı bab sözündən götürülüb. "Ancaq bir şey məlumdur ki, ümumiyyətlə, orta əsr müəllifləri Qarabağda orta əsrlər dövrünə aid bir neçə iri şəhərin adlarını çəkiblər. Lakin bu adlar indiyə kimi hələ də heç kəsə məlum deyil. Ola bilsin ki, tapılan bu abidə orada gedən arxeoloji qazıntılar bitdikdə, həm də elmi faktların araşdırılması nəticəsində belə bir şəhərin olduğunu tam təsdiqləməyə imkan verəcək. Həmin şəhərin adının müəyyənləşdirilməsində də bizə yardımçı olacaq".

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində qədim şəhərin qalıqları

Hərbi əməliyyatlar meydanı

Ərazidə arxeoloji qazıntıların aparılmasının vacib olduğunu söyləyən müsahibimiz buranın hərbi əməliyyatlar meydanı olduğunu da önə çəkdi: "Abidənin bir tərəfi dağıntılara məruz qalıb. Eyni zamanda, bu ərazi Azərbaycanın bir vaxtlar işğal altında olan torpaqlarının yaxınlığında yerləşir və digər tərəfdən İranla həmsərhəddir. Həm Şimali Azərbaycan, həm də Cənubi Azərbaycanla mədəni əlaqələri, vahid mədəni irsin öyrənilməsi, həm də Qarabağda olan orta əsrlər dövrünə aid ən yaxşı abidə kompleksi kimi bu abidənin öyrənilməsini olduqca vacib sayıram. Bu gün orada qazıntı işlərinin getməsi gələcəkdə Qarabağ ərazisində ən böyük turizm mərkəzinin yaradılması ilə nəticələnə bilər. Bu da bizim XII-XIII əsrdə nə qədər böyük abidələrimizin, şəhərlərimizin, mədəniyyətimizin mövcud olduğunu dünyaya yaymaq üçün vacib amil sayılmalıdır".

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində yarıuçuq məscid minarəsi

Vəsaitə ehtiyac var

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya-Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi onu da əlavə edir ki, dedikləri ilkin mülahizələrdir, ancaq qazıntı işləri aparıldıqdan sonra daha zəngin fikirlər söyləmək olar: "Ola bilsin ki, qazıntılar zamanı aşağı mədəni qatlardan daha qədim dövrlərə, erkən orta əsrlər dövrünə, antik dövrə aid olan hansısa təbəqələr aşkarlana bilər. Bundan əlavə, abidənin yanında XIV əsrə aid olan qoç heykəlləri var ki, onların da XIV-XV əsrlərdə Azərbaycanda mövcud olan Qaraqoyunlu və Ağqoyunlu hakimiyyəti dövrünə təsadüf etdiyini söyləmək olar. Ərazidə həmçinin çoxlu sayda qəbir abidəsi var və hazırda onların da tədqiqinə ehtiyac duyulur".

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində qədim şəhərin qalıqları

Torpaq altındakı sərvət

Şəhərin tamamilə torpaq altında qalması ilə bağlı da müəyyən fikirlər söylənilir. Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli Tarix Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov da şəhərin tam dəqiqləşməsi üçün mütləq arxeoloji qazıntıların aparılmasını vacib sayır: "Abidə Qarabağın tarixinin öyrənilməsi üçün də olduqca əhəmiyyətlidir. Ümid edirik ki, aidiyyəti qurumlar, imkanlı təşkilatların köməkliyi ilə bu qazıntı aparılacaq".

6
Teqlər:
minarə, türbə, abidə, tarix, arxeologiya, qədim şəhər, Füzuli, Qarabağ, "Qarabağ, Azərbaycan
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri